Icma.az
close
up
RU
Hövsanda 58 yaşlı kişi Rusiyaya getmək istəyən kürəkənini döydü

Hövsanda 58 yaşlı kişi Rusiyaya getmək istəyən kürəkənini döydü

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda 58 yaşlı kişi qızının həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyulun 2-də rayonun Hövsan qəsəbəsində baş verib. 1967-ci il təvəllüdlü Əvəz həmin gün saat 22 radələrində evdə bacısı oğlu və kürəkəni olan Ehtiram (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Bu zaman qayınata kürəkəninə arvadı Mələyi körpə övladı ilə birlikdə tək qoyaraq razılıq olmadan işləmək məqsədi ilə Rusiya Federasiyasına getməyi planlaşdırdığına görə irad bildirib. Zərərçəkmiş şəxs isə ona etiraz etməsinə görə iki dəfə yumruq zərbələri ilə onun baş nahiyyəsinə vurub. 
Hadisəni törədən Əvəzin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü həyat yoldaşı Səliməyə zəng gəlib: “Bu zaman yoldaşımın ağladığını gördüm. Yoldaşım kürəkənimin Rusiyaya getdiyini, qızımı da gətirərək bizim yanımıza qoymaq istədiyini dedi. Məsələni soruşmaq məqsədilə kürəkənimə zəng etdim. O, pul qazanmağa gedəcəyini bildirdi. Aramızda bir az mübahisə oldu. Mən ona “ağıllı ol, qulağını dartaram” dedim. Kürəkən isə cavabında dedi ki, bu səni başın üçün deyil. Mən əsəbləşərək onlara getdim, qapı bağlı oldu. Kürəkənim telefonu söndürmüşdü. Qızıma zəng etdim, uşağı da götürərək qapıya çıxmağını bildirdim. Biraz keçəndən sonra qapı açıldı, kürəkənim çıxdı. Ondan bayaq telefonda mənə nə dediyini soruşdum. O, isə cavab verdi ki, eşitdiyini demişəm. Bu zaman əsəbləşərək ona bir şillə vurdum. Daha sonra bir dəfə də şillə atdım. Bununla da bitdim. Qızımı və uşağı götürərək evə getdim. Kürəkənimə 2 dəfə şillə vurmuşam. Həmin vaxt o, ayaq üstə olub. Kürəkənin aldığı xəsarət 2018-ci ildə öz atası tərəfindən kürəklə vurulan zaman yaranıb. Sadəcə mənim üstümə yıxmaq istəyir. Hadisə zamanı tək ikimiz olmuşuq”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ehtiramın sözlərinə görə, hadisə iyulun 2-də baş verib: “Mən işdən gələndən sonra kartıma pul vurmaq üçün dükana getdim. Əvəz mənə zəng etdi və məndən ailəmi niyə ataraq getdiyim barədə soruşdu. Mən isə ailəmi atmadığımı,  Rusiyaya işləmək üçün gedəcəyimi və pul qazanaraq hər ay ailəmə pul göndərəcəyimi bildirdim. O, isə mənə dedi ki, səni təpiyimin altına salaram. Ona bildirdim ki, bu sənin başın üçün deyil. Bu zaman söhbətlərimiz kəsildi. Telefonu söndürdüm və evə qayıtdım”. 
Zərərçəkmiş qeyd edib ki, evə gələrkən həyat yoldaşı ona zəng edib və ondan atasına nə dediyi barədə soruşub: "Mən evə gəldikdən sonra qayınatam yoldaşımı çağıraraq qapıya çıxmasını istədi. Bir metr məsafədən bildirdi ki, qızı aparıram, kiminsə cürəti varsa, bu məsələ ilə bağlı evimə gəlsin, qızın cehizini də evə göndərərsən. Mən də cavab qaytardım ki, cehiz sənindir, götür apar. Bu sözümün üstündə təqsirləndirilən şəxs məni vurdu. Mən yerə yıxıldım. Yıxılandan sonra nəylə və neçə dəfə vurduğunu görmədim. Huşumu itirdim. Sonra ev yiyəsi Əntiqə xanım gəldi və məni oyatdı”. 
Ehtiramın ifadəsinə görə, 2018-ci ildə damdan yıxılıb, başından xəsarət, qapalı beyin travması alıb: “2018-ci ildə aldığım xəsarətlə bu xəsarətin əlaqəsi yoxdur. Əvvəlki başımın qabaq hissəsində olub. İndiki xəsarət isə arxa hissədə yaranıb. Maaşım məni qane etməyib. Köhnə iş yoldaşım mənə Rusiyada iş təklif etdi, 1600 manatlıq iş olub. Hər ay bura pul göndərib, özümə ev almaq istəmişəm”. 
Zərərçəkmiş deyib ki, burada usta köməkçisi kimi tikintidə fəhlə işləyib: ”Mənim bir oğlum var. Qayınatamla aramda baş verən hadisədən sonra oğlumu görməmişəm. Ona aliment pulunu göndərmişəm. Rusiyaya getməmişəm, həmin iş alınmayıb”. 
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əvəzə 4 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 
Təqsirləndirilən şəxsin cəza müddətində yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməsi qadağan olunub. Onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi vəzifəsi qoyulub. 
Bundan başqa, onun daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza çəkmə müddətində tərk etməsi də qadağan edilib. Ona bu müddətdə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılıb. 
Bu hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verib. O, Suraxanı Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsi barədə hökm çıxarılmasını xahiş edib. 
Hökmdən həmçinin dövlət ittihamçısı da apellyasiya protesti verib. O, Suraxanı Rayon Məhkəməsinin hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilmədiyini deyib və hökmün dəyişdirilməsini xahiş edib. 
Dövlət ittihamçısı hesab edib ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti hesablanmaqla ona 4 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlamalı idi: “Göründüyü kimi, məhkəmə tərəfindən cəza müddətlərinin hesablanması və cəzaların hesaba alınması zamanı cinayət qanunu normaları düzgün tətbiq edilməyib”.
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakimlər heyəti zərərçəkmiş şəxsin şikayətini haqlı hesab etməyiblər. Buna görə də onun şikayəti təmin edilməyib. 
Amma dövlət ittihamçısını protestinə əsasən hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin barəsində 4 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri