Icma.az
close
up
RU
Qubada 70 yaşlı kişi kürəkənini döydü

Qubada 70 yaşlı kişi kürəkənini döydü

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Quba rayonunda 70 yaşlı kişi ailə münaqişəsi zəminində kürəkəninə xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 5-də baş verib. 1956-cı il təvəllüdlü Məsim yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı kürəkəni Xəlili (adlar şərtidir – red.) yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Məsimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məsim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, noyabrın 5-də, saat 19 radələrində kürəkəni Xəlil zəng edib və qızıyla boşanmaq istədiyini bildirib: 
“Mən də bu səbəbdən əsəbləşərək evə gəldim. Evə gəldiyim zaman Xəlildən evin giriş qapısında niyə görə qızımla boşanmaq istədiyini soruşdum. O, “yaxşı edirəm, boşanıram” dedi. Xəlilin bu sözündən qəzəbləndim və üzündən yumruqla vurdum, onu yerə yıxdım. Daha sonra mübahisəmiz sonlandı”.
İş üzrə ifadə verən Xəlilin sözlərinə görə, Quba rayon sakini Məsim ilə 2 ildir ki, ailə qurub və 1 övladı var: 
“Qayınatam Məsim də bizimlə bir mənzildə yaşayırıq. Saat 19 radələrində Məsimə zəng etdim və ona qızı ilə aramızda mübahisə olduğu üçün boşanmaq istədiyimi bildirdim. Məsim həmin vaxt mənimlə telefonda kobud danışdı. Daha sonra saat 20 radələrində Məsim işdən evə gəldi və evin girişində qəzəblənərək üzümdən yumruqla vurdu. Mən yerə yıxıldım. Daha sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən Məsimin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri