Icma.az
close
up
RU
HRnin gələcəyi: İnnovativ müsahibə yanaşmaları və keyfiyyətli kadr seçimi

HRnin gələcəyi: İnnovativ müsahibə yanaşmaları və keyfiyyətli kadr seçimi

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“İnsan Resursları  sahəsinə tələb gündən-günə  daha da artır. Bu sahədə 90% qadın,10% isə kişi namizəd olduğundan keyfiyyətli və bilikli bəy mütəxəssislərə daha çox  üstünlük verilir".

Bunu Moderator.az –a açıqlamasında “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə  deyib.

Onun sözlərinə görə, bir neçə ildir ki, İnsan Resurslarında işə qəbul prosesləri böyük dəyişikliklərə məruz qalıb:

“Bu sahə dinamik və çətin bir mühitdir. Bu xüsusilə yüksək keyfiyyətli və bilikli mütəxəssislərə olan tələbin getdikcə artması ilə əlaqədar. Lakin bu tələbin artmasına baxmayaraq, keyfiyyətin qorunması bir sıra problemlərlə üzləşir.İnsan Resursları təlimlərinin sayı kəskin şəkildə artır, lakin bu artım, təəssüf ki, keyfiyyətin aşağı düşməsinə səbəb olur. Xüsusilə, kursların qiymətinin aşağı düşməsi və təlimçilərin təcrübəsizlikləri, bəzi şəxslərin qısa müddətli təlimlər və az təcrübə ilə sahəyə girmələrinə yol açıb. Nəticədə, bazarda qeyri-peşəkar və hətta heç bir peşəkar kriteriyaya uymayan şəxslər meydana gəlir. Bu isə öz növbəsində bazara və şirkətlərə ziyan vurur. HR sahəsində yüksək keyfiyyətli mütəxəssislərə olan tələb çox artmış olsa da, onlara uyğun bilik və təcrübə sahibi namizədlərin sayı məhduddur”.

İnsan Resursları üzrə konsultant qeyd edir ki, HR meneceri yalnız texniki biliklərlə deyil, həm də yumşaq bacarıqlarla (soft skills) təchiz olunmalıdır:

 “HR-nin əsas missiyası yalnız işə qəbul deyil, həm də işçilərin motivasiyasını artırmaq, onların inkişafını təmin etmək və təşkilatda sağlam iş mühiti yaratmaqdır. Bunun üçün HR mütəxəssisi aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

• Empatiya: HR mütəxəssisi işçilərin ehtiyaclarını və narahatlıqlarını anlayaraq onlara dəstək ola biləcək bir şəxs olmalıdır.

• Çeviklik və İnnovativlik: Həm də çevik düşüncə və innovativ yanaşmalar tətbiq etmə bacarığına sahib olmalıdır. Bu, şirkət daxilində dəyişikliklərə və yeniliklərə asanlıqla adaptasiya olmağa kömək edir.

• Əmək Məcəlləsi və Strateji İdarəetmə: HR mütəxəssisi həmçinin Əmək Məcəlləsi və digər hüquqi məsələlərdə yüksək səviyyədə biliklərə sahib olmalıdır. Bu, şirkətin hüquqi riskləri minimuma endirir və əməyin hüquqi tələblərinə uyğunluğu təmin edir”.

Ekspert hesab edir ki, müsahibə prosesinin effektivliyi, şirkətin işçi heyətini düzgün seçməsindən asılıdır:

“HR meneceri, yalnız şablon suallar verməməli, səriştə əsaslı və şəxsiyyət təhlili edəcək suallar verməlidir. Bu yanaşma, namizədin yalnız peşəkar bacarıqlarını deyil, həm də şəxsiyyətini, davranış tərzini və əməkdaşlıq qabiliyyətlərini ölçməyə imkan verir.

Bir çox inkişaf etmiş ölkələrdə, HR sahəsində psixodiagnostik suallar və oyun əsaslı yanaşmalar artıq illərdir tətbiq edilir. Bu yanaşmalar, namizədin düşünmə tərzini, sosial bacarıqlarını, liderlik potensialını və hətta stres altında necə davranacağını ölçməyə imkan verir. Namizədlərə verilən şərti oyunlar və vəziyyətlər, onların həqiqi bacarıqlarını daha dəqiq təhlil etməyə kömək edir. Məsələn, bir namizədin komanda daxilində necə işlədiyini və qarşılaşdığı çətinlikləri necə həll etdiyini öyrənmək üçün müxtəlif psixoloji oyunlardan istifadə edilə bilər.

HR meneceri müsahibə zamanı yalnız işlə əlaqəli suallar verməlidir. Şəxsi həyatla bağlı suallar – məsələn, evlilik, uşaqlar və digər şəxsi məsələlər – etik baxımdan qadağandır və həmçinin qanunvericiliklə də tənzimlənir. Bu cür suallar, namizədin işə qəbulunu təsir edə biləcək yanlış təəssüratlar yarada bilər və diskriminasiya riski daşıyır. Bununla yanaşı, bəzi hallarda bu cür sualların verilməsi işin tələbləri ilə əlaqədar ola bilər. Məsələn, bir vəzifə müntəzəm ezamiyyətləri tələb edirsə, işə qəbul prosesində namizəddən bu məsələlər barədə açıqlama alınması qanuni və etik baxımdan doğrudur. Yüksək keyfiyyətli HR mütəxəssisləri, yalnız texniki və hüquqi biliklərlə deyil, həm də güclü yumşaq bacarıqlarla seçilirlər. Çünki bu bacarıqlar iş mühitində qarşılaşılacaq qeyri-müəyyənliklər və stressli vəziyyətlərdə effektiv qərar vermək üçün həyati əhəmiyyət kəsb edir. HR mütəxəssisləri yalnız namizədləri düzgün seçməkdə deyil, həm də təşkilatda sağlam iş mühiti yaradaraq işçilərin motivasiyasını və performansını artırmaqda əsas rol oynayırlar”.

Ekspert qeyd edir ki, HR sahəsi getdikcə daha mürəkkəb bir sahə halına gəlir. Şirkətlər, yalnız şablon suallar və qısa müddətli kurslara əsaslanan yanaşmalardan imtina etməli və daha dərin, təhlil edilən və şəxsiyyətə yönəlmiş müsahibə proseslərinə keçməlidirlər. Yalnız bu halda HR mütəxəssisləri öz işlərini daha effektiv şəkildə icra edə bilər və təşkilatların inkişafına töhfə verə bilərlər.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri