Icma.az
close
up
RU
“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı konfrans keçirildi Fotolar

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı konfrans keçirildi Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bakıda “Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans Referans Medical Group və Türkiyənin “Uğur Sağlık Teknolojileri” MMC şirkətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfdaşlığı ilə baş tutub.

Konfransın keçirilməsində əsas məqsəd tibdə innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı həllərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Konfransın açılış mərasimində dövlət himni səsləndirildikdən sonra “Referans Medical Group” Müşahidə Şurasının sədri Hansıyar Babayev çıxış edərək ölkədə tibbi innovasiyaların inkişafı, səhiyyədə texnoloji tərəqqi və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin İcraçı direktoru Fariz Cəfərov, KOBİA-nın İdarə Heyətinin sədr müavini Emil Hüseynli və  “Uğur Sağlık Teknolojileri” MMC-nin Baş icraçı direktoru Yurdanur Murzoğlu çıxış edərək ölkədə tibbi innovasiyaların inkişafı, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində fikir və təkliflərini bölüşüblər.
Tədbirdə həmçinin qeyd olunub ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Konfrans çərçivəsində Türkiyənin tanınmış səhiyyə və texnologiya şirkətləri rəqəmsal sağlamlıq sistemləri, VR simulyasiya texnologiyaları, uzaqdan fizioterapiya platformaları, süni intellekt əsaslı reanimasiya xidmətləri və radioloji tətbiqlərlə bağlı təqdimatlar ediblər.

Həmçinin, “Leyla Medical Center”in Tibbi direktoru Dr. Sevda Cəfərova və “Referans Medical Group”un Tibbi administratoru Dr. İbrahim Sivrikaya innovativ tibbi texnologiyaların tətbiqi və gələcək inkişaf istiqamətləri barədə müzakirələrə moderatorluq ediblər.

Tədbir zamanı tibbi təhsil, innovasiya, rəqəmsallaşma və elmi tərəfdaşlıq istiqamətində yeni təşəbbüslər müzakirə olunub. Elm və Təhsil Nazirliyi, ETN Yüksək Texnologiyalar Parkı MMC və “Uğur Sağlık Teknolojileri Azerbaycan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Həmçinin müxtəlif dövlət qurumlarının rəhbər və nümayəndələri, ölkənin aparıcı dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, elmi mərkəzlərin nümayəndələri, sığorta şirkətlərinin rəhbərləri, eləcə də Türkiyə və digər ölkələrdən gələn qonaqlar konfransda iştirak ediblər.

Tədbirin sonunda spikerlərə təşəkkürnamələr təqdim olunub, konfrans bədii hissə ilə davam edib.









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri