Icma.az
close
up
RU
“Huawei” qatlanabilən məhsullarda mükəmməlliyin yeni erasını nümayiş etdirdi

“Huawei” qatlanabilən məhsullarda mükəmməlliyin yeni erasını nümayiş etdirdi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Huawei Consumer Business Group (CBG) 12 dekabr tarixində Dubayda keçirilən “Unfold the Classic” HUAWEI Flaqman Məhsul Təqdimatında müasir dövrün bir neçə çox gözlənilən və öndəgedən qatlanabilən məhsullarını təqdim etdi.

Yeni təqdim edilən yeniliklər arasında qatlanabilən HUAWEI Mate X6, HUAWEI nova 13 seriyasına aid smartfonlar, HUAWEI FreeBuds Pro 4, tam yeni rəngli HUAWEI FreeClip Çəhrayı-Qızılı və HUAWEI MatePad 11.5 planşeti yer alırdılar. Bu geniş məhsul çeşidi yeni erada “Huaweı”in istifadəçilərə daim müasir və innovativ məhsullar təqdim etmək istəyini təcəssüm etdirir.

HUAWEI Mate X6: Möhtəşəm Qlobal Debüt

HUAWEI-in Flaqman Məhsullarının Təqdimat tədbirinin öndəgedən məhsulu Mate seriyasının yeni qatlana bilən HUAWEI Mate X6 smartfonudur. Bu smartfon ekran, kamera, dözümlü gövdə, istifadəçi təcrübəsi və s.-də əhəmiyyətli və hərtərəfli təkmilləşdirmələr təqdim edir.

HUAWEI Mate X6 smartfonunun kamera modulunun ulduz orbital halqası, planetlərin orbitlərindən ilhamlanıb və gələcəyin tükənməz imkanlarını simvolizə edir. Gövdəsi tünd boz rəngli, toxunuşda xoş olan və yenilikçi fiberşüşə materialdan, mikro və nanoölçülü 3D çapdan istifadə etməklə hazırlanmış xüsusi kosmik dumandan ilhamlanmış fakturaya istinad edir. HUAWEI Mate X6 smartfonu qırmızı və qara rənglərdə mövcuddur.

Dizayndakı innovativ arxitektura HUAWEI Mate X6 şəbəkəsində soyutma və dözümlülük standartlarında irəliyə böyük sıçrayışı ilə fərqlilik yaradır.

Kamera sistemi 1,50 milyon spektral kanala malik yeni Ultra Chroma Kamera, 10 ölçülü fiziki diafraqmanı dəstəkləyən 50 MP Ultra diafraqma kamerası, 40 MP ultra geniş bucaqlı kamera və 48 MP telefoto mikro kamerası ilə qatlana bilən smartfonlarda foto çəkilişlərini daha üst səviyyəyə qaldırır.

HUAWEI Mate X6 bir çox tapşırıqların effektiv şəkildə yerinə yetirilməsi üçün yeni üsul Live Multi-task təqdim edir. Bu funksiya ilə istifadəçilər ekran açıq şəkildə eyni anda üç proqramda işləyə bilərlər.

HUAWEI nova 13 Seriya Smartfonları: Super Selfi, Super Tekstura

HUAWEI nova 13 seriyası smartfonları, gənc nəslin yaradıcı ruhunu təcəssüm etdirərək müasir tendensiyalı yeni Dinamik Plaid Tekstura Dizaynını, çoxfokuslu portret imkanlarını və süni intellektə əsaslanan yenilikləri təqdim edir.

Yüksək dəbin elementlərindən ilhamlanan HUAWEI nova 13 seriyası smartfonları incəlik və minimalizm qarışığını təcəssüm etdirən yenilikçi Dinamik Plaid Tekstura dizaynı ilə qara, ağ və heyrətamiz Loden yaşıl rəngi ilə debüt edir.

HUAWEI nova 13 seriyası dəbə yönəlmiş fəlsəfəsinə sadiq qalaraq, işıq və kölgə effekti yaradaraq geyim və aksessuarlardan əl dizaynı dünyasına keçidi gətirir. Dinamik Plaid Tekstura Dizaynında nano dəqiqliyi nümayiş etdirərək, cəsarət ilə texnologiyadan ilhamlanmış incəliyi müasir toxunuşla birləşdirir. Naxışın kölgəsi baxış bucaqları ilə incə şəkildə dəyişir və dinamik vizual cəlbedicilik qazandırır.

Kameralara gəldikdə, HUAWEI nova 13 seriyası smartfonları həm ön, həm də arxa kameralar üçün çoxfokuslu portret çəkilişdə zəngin atmosferli çəkilişlər təqdim edir. HUAWEI nova 13 Pro müxtəlif çəkiliş ssenarilərinə mükəmməl uyğunlaşan, dəyişkən diapazonlu F1.4-dən F4.0 diapazonuna malik təkmilləşdirilmiş 50 MP-lik Tənzimlənən Diafraqmalı Kamera təqdim edir. Optik Görüntü Sabitləşdirmə (OIS) ilə təchiz edilmiş kamera zəif işıq şəraitində daha aydın nəticələr əldə etmək üçün işığa həssaslığı artırır. Bundan əlavə, OIS ilə 3X Optik Zoom Telefoto Portret Kamerası orta və uzun məsafəli portret çəkilişləri üçün mükəmməl böyütmə çeşidlərini təqdim edir.

“Huaweı”in özəl XD Portrait Engine texnologiyası müxtəlif çəkiliş ssenariləri üçün əsasən təbii və zərif olmaqla üç təkmilləşdirilmiş portret üslubu təklif edir. Əlavə olaraq forma, tekstura, parıltı, rəng və bulanıqlıq səviyyələri tənzimlənə bilir. AI Best Expression funksiyasının tətbiqi həm də süni intellekt tənzimləmələri ilə parıltısı artırılmış çəkilişləri təkmilləşdirir və istifadəçilərə təbii ifadəli ən yaxşı görüntünü verir.

HUAWEI FreeBuds Pro 4 qulaqlıqları: HUAWEI SOUND texnologiyasını dəstəkləyən ilk TWS qulaqlıqlar

HUAWEI FreeBuds Pro 4 qulaqlıqları Huawei simsiz qulaqlıqlarında təbii flaqman funksiyasını layiqli olaraq öz üzərinə götürür. Qulaqlıqlar HUAWEI SOUND texnologiyasını dəstəkləyən ilk qulaqlıqlardır ki, bu da cihazın mükəmməl dizaynda itkisiz səs oxutma və təkmilləşdirilmiş səs-küyün ləğvi imkanlarını dəstəkləməsi deməkdir.

Yüksək səs keyfiyyəti, iki dinamik yayıcısının tətbiqi ilə təmin edilir və bunun sayəsində aşağı tezliklər dərin və zəngin, yüksək tezliklər isə aydın və təsirli səslənir.

HUAWEI FreeBuds Pro 4 qulaqlıqları 2,3 Mbit/s ultra-yüksək sürətlə itkisiz səs ötürülməsini dəstəkləyir və bu da əvvəlki nəsil qulaqlıqların təqdim etdiyi 1,5 Mbit/s-dən üstündür.

Cihaz həmçinin “Huaweı”in özünə məxsus L2HC 4.0 kodekini dəstəkləyir, bu da 48 kHz/24 bit diapazonunda itkisiz və sıxılmasız yüksək keyfiyyətli audio ötürülməsinə zəmanət verir. Qulaqlıqların ikili dinamik drayverləri rəqəmsal çevirmə texnologiyası ilə istifadəçiləri dinlədikləri və ya baxdıqları məzmuna tamamilə cəlb edərək geniş səs diapazonundan həzz almağa imkan verəcək.

HUAWEI FreeBuds Pro 4 qulaqlıqları həmçinin zənglər zamanı yüksək keyfiyyətli səsi təmin edir, beləki, onlar “Huaweı”in süni intellektə əsaslanan səs-küyün azaldılması alqoritmi, üç mikrofon sistemi və sümük keçiriciliyi sensorundan istifadə edərək 100 dB-ə qədər kənar səs-küyü aradan qaldırır.

HUAWEI FreeClip Qulaqlıqları: Artıq Çəhrayı-Qızılı rəngdə!

HUAWEI FreeClip Qulaqlıqları TWS (naqilsiz qulaqlıqlar seqmentində qabaqcıl texnologiya ilə ən son dizayn konsepsiyalarının birləşməsində mükəmməlliyi təcəssüm etdirir. Onlar elastik birləşdiricidən istifadə etməklə unikal C-Bridge Design ilə hazırlanmışdır. Forması, yaddaş effektindən istifadə edərək, istifadəçinin qulağının formasına uyğunlaşır və rahatlığını təmin edir.

HUAWEI FreeClip qulaqlıqlarının yeni rəngi olan Çəhrayı-Qızılı dərhal incə və ecazkar təəssürat yaradır. Görünüşündəki dəyişikliklərlə yanaşı, HUAWEI FreeClip qulaqlıqları dinamik bas tənzimlənməsi alqoritmi, baş hərəkətinə nəzarət və düşmə bildirişləri kimi funksiyalarla da təmin olunub. Qulaqlıq qulağınızdan sürüşərsə, o, həyəcan siqnalı verəcək və həmçinin smartfonunuzda bildiriş göstərəcək. Artıq istifadəçilər istənilən intensivlikdə fəaliyyətlə məşğul ola və qulaqcıqları itirməkdən narahat olmaya bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri