Icma.az
close
up
RU
® HUAWEI Dubayda keçirilən “Unfold the Classic” təqdimatında qatlanabilən məhsullarda mükəmməlliyin yeni erasını nümayiş etdirib AZƏRTAC

® HUAWEI Dubayda keçirilən “Unfold the Classic” təqdimatında qatlanabilən məhsullarda mükəmməlliyin yeni erasını nümayiş etdirib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Huawei Consumer Business Group” (CBG) dekabrın 12-də Dubayda keçirilən "Unfold the Classic" HUAWEI flaqman məhsul təqdimatında müasir dövrün bir neçə çox gözlənilən və öndəgedən qatlanabilən məhsullarını təqdim edib.

Yeni təqdim edilən yeniliklər arasında qatlanabilən HUAWEI Mate X6 və HUAWEI nova 13 seriyasına aid smartfonlar, “HUAWEI FreeBuds Pro 4”, tam yeni rəngli “HUAWEI FreeClip” çəhrayı-qızılı və “HUAWEI MatePad” 11.5 planşeti yer alıblar. Bu geniş məhsul çeşidi yeni erada HUAWEI-in istifadəçilərə daim müasir və innovativ məhsullar təqdim etmək istəyini təcəssüm etdirir.

“HUAWEI Mate X6”: Möhtəşəm qlobal debüt

HUAWEI-in flaqman məhsullarının təqdimat tədbirinin öndəgedən məhsulu “Mate” seriyasının yeni qatlanabilən HUAWEI Mate X6 smartfonudur. Bu smartfon ekran, kamera, dözümlü gövdə, istifadəçi təcrübəsi və s. də əhəmiyyətli və hərtərəfli təkmilləşdirmələr təqdim edir.

HUAWEI Mate X6 smartfonunun kamera modulunun ulduz orbital halqası planetlərin orbitlərindən ilhamlanıb və gələcəyin tükənməz imkanlarını simvolizə edir. Gövdəsi tünd boz rəngli, toxunuşu xoş və yenilikçi fiberşüşə materialdan, mikro və nano ölçüdə 3D çapdan istifadə etməklə hazırlanmış xüsusi kosmik dumandan ilhamlanmış fakturaya istinad edir. HUAWEI Mate X6 smartfonu qırmızı və qara rənglərdə mövcuddur.

Dizayndakı innovativ arxitektura “HUAWEI Mate X6” şəbəkəsində soyutma və dözümlülük standartlarında irəliyə böyük sıçrayışı ilə fərqlilik yaradır.

Kamera sistemi 1,50 milyon spektral kanala malik yeni Ultra Chroma Kamera, 10 ölçülü fiziki diafraqmanı dəstəkləyən 50 MP Ultra diafraqma kamerası, 40 MP ultra geniş bucaqlı kamera və 48 MP telefoto mikro kamerası ilə qatlanabilən smartfonlarda foto çəkilişlərini daha üst səviyyəyə qaldırır.

HUAWEI Mate X6 bir çox tapşırıqların effektiv şəkildə yerinə yetirilməsi üçün yeni üsul Live Multi-task təqdim edir. Bu funksiya ilə istifadəçilər ekran açıq şəkildə eyni anda üç proqramda işləyə bilərlər.

HUAWEI nova 13 Seriya smartfonları: Super selfi, super tekstura

HUAWEI nova 13 seriyası smartfonları, gənc nəslin yaradıcı ruhunu təcəssüm etdirərək, müasir tendensiyalı yeni Dinamik Plaid tekstura dizaynını, çoxfokuslu portret imkanlarını və süni intellektə əsaslanan yenilikləri təqdim edir.

Yüksək dəbin elementlərindən ilhamlanan “HUAWEI nova 13” seriyası smartfonları incəlik və minimalizm qarışığını təcəssüm etdirən yenilikçi Dinamik Plaid tekstura dizaynı ilə qara, ağ və heyrətamiz Loden yaşıl rəngi ilə debüt edir.

HUAWEI nova 13 seriyası dəbə yönəlmiş fəlsəfəsinə sadiq qalaraq, işıq və kölgə effekti yaradaraq geyim və aksesuarlardan əl dizaynı dünyasına keçidi gətirir. Dinamik Plaid tekstura dizaynında nano dəqiqliyi nümayiş etdirərək, cəsarət ilə texnologiyadan ilhamlanmış incəliyi müasir toxunuşla birləşdirir. Naxışın kölgəsi baxış bucaqları ilə incə şəkildə dəyişir və dinamik vizual cəlbedicilik qazandırır.

Kameralara gəldikdə, HUAWEI nova 13 seriyası smartfonları həm ön, həm də arxa kameralar üçün çoxfokuslu portret çəkilişdə zəngin atmosferli çəkilişlər təqdim edir. HUAWEI nova 13 Pro müxtəlif çəkiliş ssenarilərinə mükəmməl uyğunlaşan, dəyişkən diapazonlu F1.4-dən F4.0 diapazonuna malik təkmilləşdirilmiş 50 MP-lik Tənzimlənən Diafraqmalı Kamera təqdim edir. Optik Görüntü Sabitləşdirmə (OIS) ilə təchiz edilmiş kamera zəif işıq şəraitində daha aydın nəticələr əldə etmək üçün işığa həssaslığı artırır. Bundan əlavə, OIS ilə 3X Optik Zoom telefoto portret kamerası orta və uzun məsafəli portret çəkilişləri üçün mükəmməl böyütmə çeşidlərini təqdim edir.

HUAWEI -in özəl “XD Portrait Engine” texnologiyası müxtəlif çəkiliş ssenariləri üçün əsasən təbii və zərif olmaqla üç təkmilləşdirilmiş portret üslubu təklif edir. Əlavə olaraq forma, tekstura, parıltı, rəng və bulanıqlıq səviyyələri tənzimlənə bilir. “AI Best Expression” funksiyasının tətbiqi həm də süni intellekt tənzimləmələri ilə parıltısı artırılmış çəkilişləri təkmilləşdirir və istifadəçilərə təbii ifadəli ən yaxşı görüntünü verir.

“HUAWEI FreeBuds Pro 4” qulaqlıqları: HUAWEI SOUND texnologiyasını dəstəkləyən ilk TWS qulaqlıqlar

“HUAWEI FreeBuds Pro 4” qulaqlıqları HUAWEI simsiz qulaqlıqlarında təbii flaqman funksiyasını layiqli olaraq öz üzərinə götürür. Qulaqlıqlar HUAWEI SOUND texnologiyasını dəstəkləyən ilk qulaqlıqlardır ki, bu da cihazın mükəmməl dizaynda itkisiz səs oxutma və təkmilləşdirilmiş səs-küyün ləğvi imkanlarını dəstəkləməsi deməkdir.

Yüksək səs keyfiyyəti, iki dinamik yayıcısının tətbiqi ilə təmin edilir və bunun sayəsində aşağı tezliklər dərin və zəngin, yüksək tezliklər isə aydın və təsirli səslənir.

“HUAWEI FreeBuds Pro 4” qulaqlıqları 2,3 Mbit/s ultra-yüksək sürətlə itkisiz səs ötürülməsini dəstəkləyir, bu da əvvəlki nəsil qulaqlıqların təqdim etdiyi 1,5 Mbit/s-dən üstündür.

Cihaz, həmçinin “Huawei”in özünə məxsus L2HC 4.0 kodekini dəstəkləyir, bu da 48 kHz/24 bit diapazonunda itkisiz və sıxılmasız yüksəkkeyfiyyətli audio ötürülməsinə zəmanət verir. Qulaqlıqların ikili dinamik drayverləri rəqəmsal çevirmə texnologiyası ilə istifadəçiləri dinlədikləri və ya baxdıqları məzmuna tamamilə cəlb edərək geniş səs diapazonundan həzz almağa imkan verəcək.

“HUAWEI FreeBuds Pro 4” qulaqlıqları, həmçinin zənglər zamanı yüksəkkeyfiyyətli səsi təmin edir. Belə ki, onlar “Huawei”in süni intellektə əsaslanan səs-küyün azaldılması alqoritmi, üç mikrofon sistemi və sümük keçiriciliyi sensorundan istifadə edərək 100 dB-ə qədər kənar səs-küyü aradan qaldırır.

“HUAWEI FreeClip” qulaqlıqları artıq çəhrayı-qızılı rəngdə!

“HUAWEI FreeClip” qulaqlıqları TWS (naqilsiz qulaqlıqlar seqmentində qabaqcıl texnologiya ilə ən son dizayn konsepsiyalarının birləşməsində mükəmməlliyi təcəssüm etdirir. Onlar elastik birləşdiricidən istifadə etməklə unikal “C-Bridge Design” ilə hazırlanmışdır. Forması, yaddaş effektindən istifadə edərək, istifadəçinin qulağının formasına uyğunlaşır və rahatlığını təmin edir.

“HUAWEI FreeClip” qulaqlıqlarının yeni rəngi olan çəhrayı-qızılı dərhal incə və ecazkar təəssürat yaradır. Görünüşündəki dəyişikliklərlə yanaşı, “HUAWEI FreeClip” qulaqlıqları dinamik bas tənzimlənməsi alqoritmi, baş hərəkətinə nəzarət və düşmə bildirişləri kimi funksiyalarla da təmin olunub. Qulaqlıq qulağınızdan sürüşərsə, o, həyəcan siqnalı verəcək və həmçinin smartfonunuzda bildiriş göstərəcək. Artıq istifadəçilər istənilən intensivlikdə fəaliyyətlə məşğul ola və qulaqcıqları itirməkdən narahat olmaya bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see142

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see117

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see116

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see112

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see111

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see110

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri