“Huawei”in yeni qatlanan telefonu “Pura X Max” təqdim edildi
Icma.az bildirir, Lent az portalına istinadən.
“Huawei”in 20 apreldə təqdim edəcəyi sənayenin ilk üfüqi qatlanan telefonu olan “Pura X Max”ın dizayn və aparat detalları açıqlandı.
Lent.az xəbər verir ki, “Huawei”, 20 apreldə keçiriləcək təqdimat tədbirindən əvvəl çoxdan gözlənilən yeni model “Pura X Max”ı rəsmi olaraq təqdim edib.
Sənayenin ilk üfüqi qatlanan telefonu olan “Pura X Max”, açıldıqda 16:10 formatında təxminən 7.69 düymlük planşet kimi daxili ekrana malik olacaq.
Üst hissədə telefonu açmadan gündəlik tapşırıqları yerinə yetirmək üçün kompakt 5.5 düymlük xarici ekran var.
Telefonun arxa tərəfində üfüqi şəkildə düzülmüş çoxsensorlu kamera modulu var və cihazın Kirin 9030 çipset ilə işləyəcəyi bildirilir.
Pura 90 seriyası ilə satışa çıxarılacaq model; 12GB-dan 16GB-a qədər RAM, 1TB-a qədər yaddaş seçimləri ilə gəlir.
Rəsmi siyahılara görə, istifadəçilər bu innovativ modeli beş fərqli rəng seçimində əldə edə biləcəklər: qara, ağ, mavi, qızılı və narıncı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 16 Aprel 2026 06:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















