Icma.az
close
up
RU
HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar

HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

10 iyul tarixində Huawei şirkəti mobil fotoqrafiya sahəsində yeni standartlar müəyyən edən innovativ funksiyalar və qabaqcıl texnologiyalarla təchiz olunmuş yeni flaqman smartfonlar seriyası HUAWEI Pura 80-i təqdim etdi.

İkonik dizayn

HUAWEI Pura 80 Ultra və HUAWEI Pura 80 Pro modellərinin qırmızı rəngi parlaq dizaynı ilə seçilir. Bu modellər günəş şüaları altında zərif şəkildə parıldayır, HUAWEI Pura 80 Ultra smartfonunun kamera modulları isə qızılı halqalarla əhatə olunaraq, gələcəyə irəliləyişi simvolizə edən və flaqman modelin vizit kartına çevrilən ikonik dizayna ahəngdar şəkildə inteqrasiya olunub.

HUAWEI Pura 80 seriyası, Gələcəyin Estetikası

Peşəkar fotoçəkiliş

HUAWEI Pura 80 Pro smartfonunun inqilabi kamerası ultra-realistik rəng ötürməsi və 1 düym sensoru ilə kameranın qəbul etdiyi işıq həcmini maksimum dərəcədə artıraraq, zəif işıqlandırma şəraitində çəkiliş zamanı bütün çalarların və detalların möhtəşəmliyini əks etdirə və ötürə bilir. Ultra-realistik çəkiliş üçün ultra-kamera dəqiq rəng ötürməsini təmin edir, bu da gecə mənzərələrinin parlaq və yüksək dərəcədə aydın şəkildə çəkilməsinə imkan verir.

HUAWEI Pura 80 Ultra modelində isə ilk dəfə olaraq iki ədəd teleobyektiv təqdim olunur – biri 3.7x, digəri isə 10x yaxınlaşdırma dəstəyi olan ultra-böyük sensorlu obyektivlər. Bu obyektivlər sayəsində canlı portretlər və heyrətamiz perspektiv və məkan effektləri ilə dolğun yaxın plan şəkilləri çəkmək mümkündür.

HUAWEI XMAGE, Keyfiyyət itkisi olmadan dəfələrlə yaxınlaşdırma

Təkmilləşdirilmiş HUAWEI XMAGE filtrləri və üslubları, innovativ fotoçəkiliş texnologiyaları, sahədəki ən böyük teleobyektiv sensoru və qabaqcıl alqoritmlərlə birlikdə, zəif işıqlandırmada və güclü yaxınlaşdırma zamanı belə kristal dərəcədə aydın görüntülər yaratmağa imkan verir.

Maraqlı memarlıq detallarından tutmuş, möhtəşəm şəhərsalma nümunələrinə qədər - gecə şəhərinin canlı atmosferi misilsiz dəqiqliklə əks olunur. Teatr tamaşalarının və konsertlərin çəkilişi zamanı səhnədə baş verənlərin ən xırda detalları parlaq rənglərlə vurğulanır, 4K formatında video çəkilişə dəstək isə səhnə şousunu mobil telefon ekranında bütün gözəlliyi ilə canlandırmağa imkan verir.

HUAWEI Pura 80 seriyası, Gələcəyin Fotoçəkilişi

Süni intellektin innovativ imkanları

HUAWEI Pura 80 Pro və HUAWEI Pura 80 Ultra modellərində istifadəçiyə seçilmiş funksiyalara - kamera, fənər, ağıllı kamera xüsusiyyətləri və s. - dərhal çıxış imkanı verən ağıllı idarəetmə düyməsi təqdim olunur.

Təkmilləşdirilmiş barmaq izi tanıma alqoritmi bu texnologiyanın təhlükəsizliyini artırır və əməliyyatların bir an qırpımında yerinə yetirilməsini təmin edir.

Süni intellekt əsasında işləyən inkişaf etmiş səs-küy azaldıcı texnologiya, danışanın səsini önə çıxararaq hər iki tərəf üçün ətraf səsləri aradan qaldırır və istənilən şəraitdə təmiz, aydın səs keyfiyyəti təqdim edir.

Təkrarolunmaz güc və məhsuldarlıq

HUAWEI Pura 80 Pro və HUAWEI Pura 80 Ultra modelləri, 5170 mA*s gücündə güclü batareya ilə təchiz olunub. Bu batareya 100 Vt HUAWEI SuperCharge naqilli və 80 Vt HUAWEI SuperCharge simsiz sürətli enerji doldurma texnologiyası ilə uzunmüddətli istifadəni təmin edir.1

Yüksək tutumlu batareya və sürətli şarj texnologiyası smartfonun fasiləsiz işləməsini təmin edir və cihazın qəfil sönməsi ilə bağlı narahatlıqları aradan qaldırır.

Kompromisi olmayan möhkəmlik

HUAWEI Pura 80 Ultra modelindəki ikinci nəsil Kunlun Glass - aşınmaya davamlı şüşəsi, cızılmalara qarşı 16 dəfə, yerə düşmə zamanı zədələnmələrə qarşı isə 25 dəfə daha dayanıqlıdır.2

Bu etibarlı qoruyucu qat, smartfonu ən gözlənilməz vəziyyətlərdə belə zədələnmələrdən qoruyaraq misilsiz davamlılıq və möhkəmlik təmin edir.

¹ HUAWEI SuperCharge 80 Vt simsiz enerji doldurma paneli ayrıca satılır.

² Məlumatlar Huawei laboratoriyasının ikinci nəsil Kunlun Glass aşınmaya davamlı şüşəsi ilə adi şüşə arasındakı müqayisəsinə əsaslanır.

Smartfon yüksək dəqiqlikli elektron komponentlərdən ibarətdir və xarici təsirlərə, fiziki faktorlarla təmasa həssasdır. İstifadə zamanı cihazın yerə düşməməsinə diqqət yetirin.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri