Icma.az
close
up
RU
“Hücum futbolu oynatmağı sevirəm” Valdas Dombrauskas

“Hücum futbolu oynatmağı sevirəm” Valdas Dombrauskas

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Sabah” – “Petrokub” matçında təmsilçimiz 4:1 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dombrauskas jurnalistlərin suallarını cavablandırıb:

– Oyun haqda onu deyə bilərəm ki, ilk oyunda qazanılan 2:0 hesablı qələbə bizi rahatlaşdıra bilər deyə narahat idim. Biz bilirdik ki, rəqibdən güclüyük. Amma rahatlaşmaq olmazdı. Bugünkü oyunda rəqibdən tam üstün oynadıq. İlk 3 qolu vurduqdan sonra oyundan həzz almağa başladıq. Rəqib fərqləndikdən sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Bu oyun gələcək üçün çoxlu informasiya verir. İnkişafımız üçün bu önəmlidir. 2-ci hissədə topun nəzarəti bizim tərəfimizdə idi, buna baxmayaraq rəqibin 3-cü bölgəsində çox şanslar qaçırdıq. Bunun üzərində işləməliyik.

– Konfrans Liqasında ötən mövsüm 3-cü mərhələyə qədər yüksələn bir komandaya qarşı bu qədər rahat və əzmkar qələbə qazanılacağını düşünürdüzmü?

– Oyun bitdikdən sonra hesaba baxdıqda sizə asan görünə bilər. Amma hər kəsə hörmət edirik. Bu nəticə üçün futbolçularım çox əziyyət çəkdilər. Qələbənin arxasında çox ağır iş dayanır. 

– Abdulla Xaybullayevin sarı vərəqə aldığı epizodu necə şərh edərdiz?

– ⁠Bəlkə, Ayaz Quliyevi deyirsiniz? Onu nəzərdə tutursunuzsa, mənə görə asan sarı vərəqə idi. Təbii ki, sarı kartlar oyunun bir parçasıdır. Ayaz ilk görüşdə meydanda yox idi. Bu gün sona qədər döyüşmək istəyirdi. Bəzən layiq olmadığını düşünürsən, bəzən də əksini. 

– Hücum xəttiniz göz oxşayır: 4 oyun, 11 qol. Bu barədə düşüncələriniz?

– Mən hücum futbolu oynatmağı sevirəm. Hər hücumda bütün komandanın əməyi var. Bəzən çalışırıq ki, qollar da buraxmayaq. Bunun üçün hər zaman hücum futbolu barədə danışırıq.

– Növbəti mərhələdə kiminlə qarşılaşmaq istəyərdiniz? “Levski”, yoxsa “Braqa”?

– ⁠Bu seçimim nəticəyə təsir göstərməyəcək. Ona görə də önəmi yoxdur. Belə şeylərə sərf edəcək enerjim yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 01 Avqust 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri