Icma.az
close
up
RU
Valdas Dombrauskas: Rəqibdən tam üstün oynadıq

Valdas Dombrauskas: Rəqibdən tam üstün oynadıq

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Sabah" - "Petrokub" matçında təmsilçimiz 4:1 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dombrauskas jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda onu deyə bilərəm ki, ilk oyunda qazanılan 2:0 hesablı qələbə bizi rahatlaşdıra bilər deyə narahat idim. Biz bilirdik ki, rəqibdən güclüyük. Amma rahatlaşmaq olmazdı. Bugünkü oyunda rəqibdən tam üstün oynadıq. İlk 3 qolu vurduqdan sonra oyundan həzz almağa başladıq. Rəqib fərqləndikdən sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Bu oyun gələcək üçün çoxlu informasiya verir. İnkişafımız üçün bu önəmlidir. 2-ci hissədə topun nəzarəti bizim tərəfimizdə idi, buna baxmayaraq rəqibin 3-cü bölgəsində çox şanslar qaçırdıq. Bunun üzərində işləməliyik.

- Konfrans Liqasında ötən mövsüm 3-cü mərhələyə qədər yüksələn bir komandaya qarşı bu qədər rahat və əzmkar qələbə qazanılacağını düşünürdüzmü?

- Oyun bitdikdən sonra hesaba baxdıqda sizə asan görünə bilər. Amma hər kəsə hörmət edirik. Bu nəticə üçün futbolçularım çox əziyyət çəkdilər. Qələbənin arxasında çox ağır iş dayanır. 

- Abdulla Xaybullayevin sarı vərəqə aldığı epizodu necə şərh edərdiz?

- ⁠Bəlkə, Ayaz Quliyevi deyirsiniz? Onu nəzərdə tutursunuzsa, mənə görə asan sarı vərəqə idi. Təbii ki sarı kartlar oyunun bir parçasıdır. Ayaz ilk görüşdə meydanda yox idi. Bu gün sona qədər döyüşmək istəyirdi. Bəzən layiq olmadığını düşünürsən, bəzən də əksini. 

- Hücum xəttiniz göz oxşayır: 4 oyun, 11 qol. Bu barədə düşüncələriniz?

- Mən hücum futbolu oynatmağı sevirəm. Hər hücumda bütün komandanın əməyi var. Bəzən çalışırıq ki, qollar da buraxmayaq. Bunun üçün hər zaman hücum futbolu barədə danışırıq.

- Növbəti mərhələdə kiminlə qarşılaşmaq istəyərdiniz? "Levski", yoxsa "Braqa"?

- ⁠Bu seçimim nəticəyə təsir göstərməyəcək. Ona görə də önəmi yoxdur. Belə şeylərə sərf edəcək enerjim yoxdur.

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 İyul 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri