Icma.az
close
up
RU
“Hücumlar eyni mənbədən qaynaqlanmır” İnternetimizi hədəf alanlar kimdir?

“Hücumlar eyni mənbədən qaynaqlanmır” İnternetimizi hədəf alanlar kimdir?

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"Hər iki haker qrupunun xaricdən güclü maliyyə dəstəyi və koordinasiya müşahidə olunur".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.

O, “Facebook” səhifəsində avqustun 21-də müşahidə olunan internet problemi ilə bağlı paylaşım edib. Marqarita pizza

O, yazısında maraqlı nüanslara toxunub:

“Son günlər Azərbaycana qarşı kiberhücumların intensivləşdiyini müşahidə edilir. Xüsusilə, 3 gündür davam edən DDoS hücumları dövlət portallarını və internet xidmətlərini hədəfə alıb. Ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom" genişmiqyaslı DDoS hücumuna məruz qalıb.

Hücum nəticəsində bəzi operator və provayderlərin xidmətlərində müvəqqəti ləngimələr yaransa da, alternativ backbone şəbəkələrinə yönləndirmə ilə internetin davamlılığı qısa müddətdə təmin edilib.

Paralel olaraq “Python Squad” adlı qrup Azərbaycan Dəmir Yollarına (ADY) yönəlmiş hücumlar barədə açıqlamalar yayıb. Onların yayımladığı mesaj diqqətçəkicidir: “We ground the trains to a halt. But whose journey are we truly stopping?” (ingilis dilindən tərcümədə: "Biz qatarları qaranlığa sürüklədik. Bizi dayandıra biləcəksinizmi?")  

Elvin Abbasov diqqətə çatdırıb ki, sistematik hücumlar eyni mənbədən qaynaqlanmır:

“Düşünürəm ki, bu hücumlar eyni mənbədən qaynaqlanmır – biri dövlət infrastrukturlarına qarşı kütləvi DDoS hücumu, digəri isə strateji obyektə fokuslanmış hədəfli hücumdur. Hər iki hacker qrupunun xaricdən güclü maliyyə dəstəyi və koordinasiya müşahidə olunur. Bu hadisələr bir daha göstərir ki, ölkəmizin mühüm infrastrukturunun dayanıqlılığı və kibertəhlükəsizlik üzrə milli koordinasiya hər zamankından vacibdir”.

Qeyd edək ki, oxşar məzmunlu paylaşımı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də edib. O, birbaşa Rusiyanı kiberhücumlarda ittiham edib.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Avqust 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri