Icma.az
close
up
RU
Hələbdə baş verənlər: Hücumlar hərbi zərurətdən qaynaqlanmır

Hələbdə baş verənlər: Hücumlar hərbi zərurətdən qaynaqlanmır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Suriyada baş verən silahlı toqquşmalar bölgədə təhlükəsizliklə bağlı vəziyyətin nə qədər kövrək olduğunu bir daha nümayiş etdirib. Mülki yaşayış məntəqələrinin hədəf alınması, humanitar obyektlərə qarşı hücumlar və nəticədə minlərlə insanın təhlükə altına düşməsi bu hadisələrin sıradan hərbi qarşıdurma olmadığını göstərir. Üstəlik, YPG/SDQ terror təşkilatlarının aktivləşməsi də həm Suriyanın gələcəyi, həm də Türkiyənin reaksiyası nəzərə alınmaqla Hələbdə yaşanan proseslər baxımından regional sabitliyə dair ciddi suallar doğurur.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Suriya-Azərbaycan Dostluq Dərnəyinin sədri Muxtar Fatih Beydili bildirib ki, Hələbdə PKK/YPG-nin mülki yaşayış məntəqələrini hədəf alan hücumları ilə başlayan toqquşmalar ikinci gündür davam edir:

"Artilleriya atəşi və ağır silahların istifadə olunduğu döyüşlər səbəbindən mülki əhali təxliyə edilir. Suriyanın ən böyük və ən strateji şəhərlərindən biri olan Hələbdə həyat, demək olar ki, tamamilə dayanma nöqtəsinə çatıb. Əl-Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrindən başladılan hücumlar təkcə yerli təhlükəsizlik hadisəsi deyil. Bu proseslər terror təşkilatları ilə qurulan müvəqqəti danışıqların niyə davamlı olmadığını açıq şəkildə göstərir. Hələbdə baş verənlər Suriya böhranına uzaqdan və nəzəri yanaşmalarla baxan beynəlxalq dairələr üçün də ciddi xəbərdarlıq xarakteri daşıyır".

"PKK/YPG səhər saatlarında Hələbin Süryani məhəlləsində mülki yaşayış ərazilərini artilleriya atəşi ilə hədəfə alıb. Məktəblərin, xəstəxanaların və mülki yaşayış məntəqələrinin hədəfə alınması heç bir siyasi və ya hərbi əsasla izah edilə bilməz. Bu hücumlar hərbi zərurətdən deyil, qəsdən, planlı və sistemli strategiyadan qaynaqlanır. Mülkiləri canlı qalxan kimi istifadə edən bu üsul beynəlxalq humanitar hüquqa açıq-aşkar ziddir və müharibə cinayəti kateqoriyasına daxildir", - deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, Suriya ordusu PKK/YPG-nin mülki yaşayış sahələrinə yönələn hücumlarına cavab olaraq təşkilatın mövqelərinə atəş açıb:

"Gərginliyin davam etdiyi şəhərə onlarla tank, zirehli personal daşıyıcısı və əlavə qüvvələr göndərilib. Bölgədə hərbi hərəkətlilik davam edir. Yanvarın 6-da başlayan toqquşmalarda indiyədək bir əsgər və dörd mülki şəxs həyatını itirib, 19 nəfər yaralanıb. Döyüşlərin şiddətlənməsi ilə Hələb şəhər mərkəzində rəsmi qurumların fəaliyyəti dayandırılıb, təhsil prosesinə fasilə verilib və Hələb aeroportunda uçuşlar təxirə salınıb. Suriya Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması Nazirliyinə bağlı mülki müdafiə qrupları Hələbin müxtəlif məhəllələrində evlərində çıxılmaz vəziyyətdə qalan mülki şəxslərin təhlükəsiz ərazilərə təxliyəsinə başlayıblar.

"Suriya hökuməti ilə SDQ arasında 10 mart tarixində əldə olunan razılaşma silahlı qrupların dövlət strukturlarına inteqrasiyasını və şəhər daxilində silahlı mövcudluğun sona çatdırılmasını nəzərdə tuturdu. Lakin Hələbdə yaşananlar bu prosesin faktiki olaraq iflasa uğradığını göstərir. Bunun səbəbi aydındır. Silahlı strukturların sahib olduqları gücü və faktiki muxtar əraziləri könüllü şəkildə tərk edəcəyi gözlənilirdi. Bu isə meydandakı reallıqlarla uyğunlaşmayan ciddi bir yanlış qiymətləndirmə idi. PKK/YPG bu prosesi sülh zəmini kimi deyil, vaxt qazanmaq və yeni toqquşmalara hazırlaşmaq vasitəsi kimi dəyərləndirib".

Onun sözlərinə görə, Prezident Əhməd əş-Şaraaya qarşı sui-qəsd təşkil edildiyi iddiaları da bu prosesin bir hissəsidir:

"Heç bir konkret sübuta əsaslanmayan bu şayiələr qısa müddətdə təkzib edilsə də, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa nail olub. Bu hal Suriya böhranında informasiya müharibəsinin sahədəki silahlı toqquşmalar qədər təsirli alətə çevrildiyini bir daha sübut edir. Bu gün Suriya dövləti eyni vaxtda üç fərqli təzyiq xətti ilə üz-üzədir: Şimal və şərqdə PKK ilə əlaqəli SDQ silahlı strukturları, cənubda İsrail və digər xarici dəstəkli druz qrupları, qərbdə keçmiş diktator Əsəd rejiminin qalıqları. Bu aktorların bir-birindən asılı olmadığı düşüncəsi yanlışdır. Fərqli səbəblərlə hərəkət etsələr də, ortaq hədəfləri mərkəzi dövlətin yenidən qurulmasının qarşısını almaq və ölkəni daimi qeyri-sabitliyə sürükləməkdir".

Muxtar Fatih Beydili qeyd edib ki, Hələbdə yaşananlar Türkiyənin uzun müddətdir dilə gətirdiyi təhlükəsizlik narahatlıqlarını bir daha təsdiqləyir:

"Türkiyə sərhəd xəttində PKK ilə ideoloji və təşkilati əlaqəsi olan silahlı strukturun qalıcı hala gəlməsini qəbul etmir. Bu yanaşma yalnız milli təhlükəsizlik deyil, regional sabitliyə əsaslanan legitim təhlükəsizlik perspektivinin nəticəsidir. Beynəlxalq ictimaiyyət üçün də artıq əsas sual aydındır: Terror təşkilatları ilə qurulan taktiki və müvəqqəti ittifaqlarmı, yoxsa uzunmüddətli sabitlikmi? Hələb nümunəsi silahlı qruplarla edilən müvəqqəti razılaşmaların dövlət hakimiyyətini zəiflətdiyini, mülki əhalini daha müdafiəsiz vəziyyətə saldığını və münaqişəni dərinləşdirdiyini açıq şəkildə göstərir. Terror təşkilatları ilə davam etdirilən bu qeyri-müəyyən münasibət böhranı həll etmir, əksinə, yeni problemlər yaradır. Baş verənlər yeni bir münaqişə dövrünün başlanğıcı deyil, yanlış fərziyyələr üzərində qurulmuş siyasətlərin iflasıdır. Suriyada davamlı sülh silahlı strukturların legitimləşdirilməsi ilə deyil, dövlət hakimiyyətinin, hüququn və mülki nizamın yenidən bərqərar edilməsi ilə mümkündür. Beynəlxalq ictimaiyyət artıq reallıqlarla üzləşməlidir. Terror və terrorçularla razılaşma olmaz. Hələb bunun kədərli, amma ən əyani sübutudur".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri