Icma.az
close
up
RU
“Hulusi Akar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirdi” Emin Həsənli

“Hulusi Akar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirdi” Emin Həsənli

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qardaş ölkədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən anım tədbirlərində iştirak edən “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli və Qarabağ qazisi Famil Fərəcov Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akarla görüşüb. 

525.az Herbiand.az-a istinadən xəbər verir ki, qonaqları salamlayan Hulusi Akar milli müdafiə naziri olduğu dönəmlərdə Emin Həsənlinin təşkilatçılığı ilə Azərbaycan qazilərinin Türkiyəyə səfərlərini xatırladıb və Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirib. 
“Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ zəfərini bütün Türk dünyası gördü. Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər, təcrübə, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlığı, birgə təlimlər çox önəmlidir”. 

Hulusi Akar, eyni zamanda, əziz şəhidləri və Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin xidmətlərini xüsusi vurğulayıb. O,  Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütövlükdə hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini bildirib. 

Eyni zamanda, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin də Türkiyəyə hər zaman dəstək olduğunu xatırladıb. 

Komitə sədri son dönəmlər Türkiyə ordusunun daha da gücləndiyini, Türkiyənin arsenalında olan silah-sürsatın daxili istehsaldakı payının 20%-dən 80%-ə yüksəldildiyini yada salıb. 

“Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli Hulusi Akarın müdafiə naziri olduğu dövrdə Azərbaycandan gələn qazilərdən ibarət heyətə həmişə diqqət və həssalıqla yanaşdığını yada salıb, buna görə Hulusi Akara minnətdarlığını bildirib.
Qarabağ qazisi Famil Fərəcov 15 iyul çevriliş cəhdində şəhid olan Ömər Xalisdəmirlə tanışlığından, birgə təlimlərdə, kurslarda iştiraklarından bəhs edib. Onun necə vətənpərvər, millətini, dövlətini sevən bir hərbçi olduğunu yada salıb: “İndi artıq nəinki Türkiyədə, Azərbaycanda da Ömər Xalisdəmiri tanıyır və ona sayğı nümayiş etdirirlər. Mən də fəxt edirəm ki, belə bir Türk oğlu ilə tanış olmuşam və onunla silah qardaşlığımız olub”. 

Emin Həsənli 15 iyul dövlət çevrilişi cəhdi zamanı, eyni zamanda son zamanlar Suriyadakı ciddi əməliyyatlar zamanı Türk ordusunun qəhrəmanlığından, vətənpərvərliyindən danışıb. 
Türk ordusuna ən həssas dönəmlərdə həm baş qərargah rəisi, həm də müdafiə naziri kimi rəhbərlik etmiş Hulusi Akara Azərbaycanda sevgi və hörmət olduğunu bildirən Emin Həsənli onun Azərbaycana səfərlərini, görüşlərini  yada salıb və hər bir Azərbaycan vətəndaşnın qəlbində ona qarşı isti münasibətin olduğunu vurğulayıb. 

Emin Həsənli Azərbaycan və Türkiyənin hərbi yönümlü təşkilatlarının əlaqələrinin genişlənməsinin vacibliyini vurğulamaqla yanaşı, bu işdə həmişə göstərdiyi dəstəyə görə Hulusi Akara təşkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyul 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri