Hulusi Kılıç “Dünyanın ən ciddi probleminin Azərbaycanda müzakirə olunması böyük uğurdur” ÖZƏL
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“COP29 kimi beynəlxalq konfransı təşkil etmək heç də asan iş deyil. Bu tədbir həm də Azərbaycan xalqının qonaqpərvərliyini nümayiş etdirir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
“COP29 Azərbaycanımızın dünyada daha da tanınması üçün bir fürsətdir. Həm də dünyanın ən ciddi probleminə çözümün Azərbaycanda axtarılması böyük uğurdur”, - deyə H.Kılıç əlavə edib.
Diplomat COP29-la bağlı gözləntilərini də açıqlayıb:
“İqlim dəyişikliyi problemi gündən-günə artır. Dünyanın müxtəlif yerlərində fəlakətlər yaşanır. İnsanlar bundan ciddi ziyan görürlər. İnsanlığı təhdid edən problemlərin burada müzakirə olunması Azərbaycan üçün böyük uğurdur”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















