Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Böyük Liderin tarixi yanaşması Hulusi Kılıç yazır

Böyük Liderin tarixi yanaşması Hulusi Kılıç yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev fərqi bu konfransda da açıq-aydın müşahidə olundu. ADA Universitetinin təşkilatçılığı və bəndənizin də qatıldığı “Yeni dünya nizamına doğru” başlığı ilə keçirilən beynəlxalq tədbirdə planetin önəmli düşüncə quruluşu təmsilçilərinin qarşısında çox dərin analitik zehni,  yüksək təhlil qabiliyyəti, hadisələri fenomenal şəkildə öngörməsi, hətta ümumbəşəri problemlərdən çıxış yolu göstərməsi ilə o, yenidən öz fərqliliyini nümayiş etdirdi.

İnanın, həmin tədbirdə mən türk dünyasının belə bir nəhəng dövlət xadiminə, böyük şəxsiyyətə malik olması ilə hər an qürur hissləri yaşayırdım. Hər bir suala, fikrə, mülahizəyə Prezident İlham Əliyev öz baxış bucağından müstəsna dərəcədə dərin yanaşması ilə bizi heyran edirdi. Orada idim, o məkanda olanların bir çoxu ilk dəfə, bəziləri isə bir neçə dəfə ADA Universitetinin bu çox faydalı platformasında iştirakçı idilər. Ancaq fərqi yoxdur ki, oraya neçənci dəfə gəlmişdilər, əsas fakt ondan ibarət idi ki, qarşılarında güclü dövlət xadiminin, analitik təfəkkürlü strateqin və siyasətçinin əyləşdiyini çox yaxşı başa düşürdülər. Özü də digər mühüm bir məqam da diqqətimdən qaçmırdı. Sual verib, cavab almaq istəyənlər ona münasibətdə açıq simpatiya hissləri daşıdıqlarını gizlətmirdilər də... Razılaşın ki, o şəxslər sadə insanlar deyil, dünyada çox tanınmış analitiklər, strateji araşdırma mərkəzlərinin adlı-sanlı təmsilçiləridirlər və yaşadığımız dünyada çox nadir siyasət və dövlət adamları var ki, belə şəxslərin sırasında bu səviyyədə hörmətə və nüfuza, həmçinin təsir buraxmaq imkanlarına malik olsun. O səbəbdəndir ki, özünü sübut etmiş bir dövlət xadiminə belə hörmət və sayğı göstərilir və ondan hər analitk düşüncə quruluşu təmsilçisi yeni dünya nizamı necə qurulacaq, proseslər hansı istiqamətdə cərəyan edəcək, öz ölkələri ilə Azərbaycanın münasibətlərinin perspektivləri necə olacaq kimi sualara cavab almaq istəyirdilər. Bu cavablara böyük əhəmiyyət verdikləri açıq-aşkar görünürdü. Bundan başqa o tədbirdə daha bir neçə çox önəmli məqam diqqətimi cəlb etdi. Birincisi, Prezidentin Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini və baş verən hadisələrə dair mövqeyini qətiyyətli, inamlı və fundamental arqumentlərə əsaslanacaq şəkildə açıq, aydın və dürüst izah etməsi faktı qeyd olunmalıdır. İkincisi, firkimcə, ən vacib məqam onun Azərbaycanın artıq beynəlxalq aktora çevrilməsini təsdiqləyən faktları ilk dəfə açıqlamasıdır ki, bu da diqqətlərdən yayınmadı. Məsələn: Prezident Türkiyə-İsrail danışıqlarına, münasibətlərin düzəlməsinə hər iki ölkə ilə özəl münasibətləri olan Azərbaycanın verdiyi töhfələri ilk dəfə açıqladı. Özü də inanın, başqa bir lider belə bir mürəkkəb münasibətlərin normallaşdırılması istiqamətində kiçik bir nəticə əldə etsəydi, dünayaya hər saniyə car çəkər və bununla haqlı olaraq öyünərdi. İlham Əliyev isə əslində dünya barışına, regionun sabitliyinə xidmət edən bu müstəsna əhəmiyyətli nailiyyətinə dair o qədər təvazökar cümlələr qurdu ki, mən dir daha ona heyran oldum və daxilən başa düşdüm ki, nə üçün o, bu qədər öz xalqının sevimlisinə çevrilib. Prezident İlham Əliyev əslində bu günün reallıqlarında qeyri-mümkünü mümkün etməyi bacarmış bir siyasi Lider və Millətinin Lideridir. O, 30 illik işğala son qoymuş dövlət başçısıdır. İtirilmiş, qayıtmasına ümidlərin tükəndiyi bir zamanda, dünya nəhənglərinin qanlı mübarizəsinin getdiyi bir regionda inanılması qeyri-mümkün olanı bacarmış dövlətin rəhbəridir. Dünyada hər kəs onun kim olduğunu, bir milləti necə səfərbər edərək onu yüksəliş mərhələsinə keçirdiyini və tarixi nailiyyət qazandığını görür. O da danılmaz faktdır ki, “Qoca şərq”dən ucalan Azərbaycan adlı məmləkətə bu anlamda beynəlxalq aləmdə çoxları həsəd aparır. Bütün türk-islam dünyası onun uğurları ilə fəxr edir. Gerçəkdən də bu belədir. Niyə? Çünki o, Qarabağı azad etməsi, ardınca imperial güclərin iradəsinə və ciddi risklərə rəğmən, əzilən xalqların, məzlumların yanında dayanması ilə öz fərqliliyini bir daha nümayiş etdirdi. ADA-dakı tədbirdə Almaniya liderinin Ermənistana səfəri zamanı qondarma, tarixin zibilliyində öz layiqli yerini tutmuş saxta və sabiq rejimin əski parçası ilə bağlı yaranmış problemin necə həll olunması haqqında da danışıldı. Almaniya Azərbaycandan üzr istəyib və məsələ bitib. Əlbəttə, bu cümlə çox sadə səslənir. Amma diqqət edin, dünyada bu gün çox ciddi söz sahibi olan bir ölkə, Almaniya Federativ Respublikası  Azərbaycanın qətiyyəti, Azərbaycanın güc sahibi olması səbəbindən belə bir addım atıb, hətta Prezident Ştaynmayer Bakıda açıq dedi ki, Qarabağ Azərbaycan torpağıdır. Təsəvvür edirsiniz, bu nə deməkdir?! O Almaniya ki, Qarabağ müharibəsinin gedişində Azərbaycanı dayandırmaq üçün çox ciddi səylər göstərirdi, mətbuatında ölkəmiz hədəfə alınmışdı və sairə. Deməli, indi reallıq tamamilə fərqlidir. Güclü Azərbaycanın güclü Lideri öz fərqini göstərir və nəticə də göz qabağındadır. Bir məqamı da vurğulamaq istərdim. Azərbaycan Lideri bütün türk dünyasına, onun gələcəyinə, inteqrasiya proseslərinə aydın baxışla və böyük ümidlərlə yanaşır. Yox, sadəcə yanaşmır, bu birliyə nail olmaq üçün strateji və taktiki addımlar atır, hər bəyanatında bu gücün dünya üçün təhdid deyil, əksinə, böyük bir şans olduğuna işarə edir. ADA-dakı tədbirdə mənim böyük şərəf və qürur hissləri ilə verdiyim sualı cavablandırarkən dedikləri həqiqətən də bir vizyon fərqi, yüksək dərəcədə analitik və öngörmə qabiliyyətinin təzahürü idi. Bir Liderdə bu qədər inamı və qətiyyəti mən ancaq Atatürkün Sakarya meydan savaşında göstərdiyi dirayət və inancla müqayisə edə bilərəm. Deməli, Prezident İlham Əliyev əslində Atatürkün o savaşı qazandıqdan sonra bütün türk millətinə etdiyi müraciətə bənzər bir müraciəti bu gün bütün türk dünyasına edir və demək istəyir ki, hərbi, insani, iqtisadi, siyasi mənada biz birlikdə çox böyük qüvvəyik və gəlin necə deyərlər, daha da sıx əl-ələ verərək istədiyimiz o gücü - Turanın gücünü yaradaq!

Ah Kıbrız, can Kıbrız, qəhrəman Kıbrız!!! İllərlə gözlədiyin gün çox yaxındır. Azərbaycan, qardaşın iri addımlarla sənə doğru gəlir, öz qucağını sənə açıb, Türkiyədən sonra ən böyük dəstəkçin odur, can Azərbaycan! Vaxtı ilə böyük şairimiz Süleyman Rüstəm gözəl Təbrizimizlə bağlı nə demişdi?

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna!

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.

Bu misraların oxşarını bu gün can Azərbaycan Kıbrıza bənzər cümlələrlə öz Böyük Liderinin dili ilə deyir. Mübarək olsun, bu qutlu günümüz!

Mən, cənab Prezidentə təşəkkür edirəm. Mənim türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi üçün etdiyim mütəvazi xidmətlərim haqqında bir daha öz yüksək qiymətini verdi. Böyük iftixar hissləri yaşadım. Mən Prezidentimizi bir daha əmin edirəm ki, bundan sonrakı fəaliyyətim də bu qutlu amala xidmətə həsr olunacaq.

ADA Universitetinə, onun rektoru, əziz və çox hörmətli dostum Hafiz Paşayevə yüksək təşkilatçılığa, xüsusi ilə Xankəndinin azadlığına qovuşmasından ilyarım sonra orada da yüksək səviyyəli tədbir təşkil etdiklərinə və mənə də dəvətlərinə görə təşəkkürümü bildirirəm.

Yaşasın Azərbaycan, Yaşasın Türkiyə və Tanrı bütün Türk dünyasını qorusun!

Hulusi Kılıç,

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri