Icma.az
close
up
RU
Huma quşu əfsanəsi Reyhan Yusifqızının hekayəsi

Huma quşu əfsanəsi Reyhan Yusifqızının hekayəsi

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Reyhan Yusifqızının "Huma quşu əfsanəsi" hekayəsini təqdim edir.

«Bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma »
Humay Quliyeva

Yeddi il Beynəlxalq Qırmızı Xaç Komitəsində çalışmış və faciəli şəkildə həlak olmuş Humay Quliyevaya həsr edirəm.
Hekayədə Humayın esselərindən parçalar yer alır.

Kənddəki o gün sanki nəfəs belə almaq çətin idi. Göyərmiş buludlar baş-başa verib dağın üstünə çökmüşdü. Çayın suyu əvvəlcə sakitcə qalxmış, sonra qəfil qəzəblənmişdi. Gecə boyunca yağan yağış sanki çayı oyatmış, o da öz məcrasına sığmayıb kəndin üstünə hücum çəkmişdi. Sakinlər evlərini tərk edib hündür təpəyə qalxırdılar. Amma su da onların arxasınca, köpüklənə-köpüklənə, boğazında gurultulu bir inilti ilə qalxırdı. Elə bil insanlarla bəhsə durmuşdu. Uşaqlar ağlayır, qadınlar nalə çəkir, kişilər vahimə içində çabalayırdılar. Elə görünürdü ki, su hər şeyi udacaq...
***

...Xəzərin sahilində yerləşən günəşli, küləkli qədim şəhərdə dünyaya gəlmişdi Humay. Gündüzlər insanlarla qaynayan, həyatın bütün rənglərinin qovuşduğu şəhərdə. Gecələr sayrışan işıqların bərq vurduğu, göydələnlərin sanki səmaya qovuşmaq üçün yarışdığı şəhərdə. Xəzrinin müjdə gətirdiyi həmin o sərin noyabr günündə ona: “xoş gəldin” dedilər. Valideynləri qızlarının xoşbəxt böyüməsi üçün əllərindən gələni etdilər: ona sevgi verdilər, qayğı, şəfqət göstərdilər, mənəvi dəyərlərə sahib olması üçün yaxşı təhsil, dünyanı, kainatı tanıması üçün bilgilər verdilər. Qayğısız böyüdü Humay. Arzuları da cücərdi, çiçəkləndi, aşıb-daşdı.
Ailəsini çox sevirdi.
Atası ilə xüsusi münasibətləri vardı. Hündür, enlikürək atasını dünyada ən güclü hesab edirdi. Atası üçün isə o, daim çətinliyə, fırtınalara can atan “balaca qara balıq” idi...
Uşaqkən anasına çox bağlı idi. Ondan tərif eşitmək, onun arzuladığı bir övlad olmaq üçün əlindən gələni edirdi. Anasından bircə dəfə eşitdiyi “gözəlsən” tərifini ömrünün sonuna kimi unutmamışdı.
Qardaşının saf, təmiz ürəyinə vurğun idi. Onunla dost, sirdaş idilər. Yaşca kiçik olmağından istifadə edib bəzən onu cırnatmağı xoşlayırdı.
Gözəl, sərt, hökmlü qadın olan nənəsinin xanımlığına heyran idi. Hərdən ona sarılaraq “Gözlərinin mavisini mənə ver, nənə”, - deyirdi.
Dənizi çox sevirdi. Yayın istisində çırpınan suların ağuşuna atılıb üzməyi sevirdi. Narın qumun üstündə ayaqyalın gəzməyi sevirdi. Səmada süzən quşlara baxıb onlar kimi uçmaq, dənizi yuxarıdan seyr eləmək keçmişdi ürəyindən neçə dəfə... Qəlbini cuşa gətirən sonsuz maviliyə baxdıqca xəyalları göylərə pərvaz etmişdi...

“Erkən payızın Bakı ətrafı kəndlərdə gözəlliyi bir başqadır. Hava daha təmiz, ulduzlar daha parıltılı olur, daha yuxarıda bərq vururlar sanki. Gecələr daha sərin keçir. İtlər daha bərkdən hürürlər. Elə Xəzərin də səsi zilə çıxır. Xəzrinin qamçıladığı Xəzərdir o bərkdən inildəyən”.

Nə zaman dəyişdi Humay? Nə baş verdi? Xoşbəxt uşaqlıq nə vaxt bitdi? Dünyanın ədalətsizliklərini, heç də bütün insanların xoşbəxt olmadığını dərk etdikcə, köməksiz adamların fəryadını duyduqca içində bir narahatlıq baş qaldırmağa başladı. O, hər kəsin köməyinə yetə bilməzdi – bunu anlayırdı, amma sinəsində ümman qədər böyük olan bir ürəyə sahib idi. Fədakarlıq həddinə çatan sevgisi ilə rahatlığı artıq dənizin lal sularında deyil, fırtınalarda arayırdı...
Doğulduğu şəhərə sığışmadı Humay. Böyük dənizlərə, okeana yol axtaran “balaca qara balıq” kimi dünyanı dolaşmağa başladı... Onu Beynəlxalq Qırmızı Xaç Komitəsinə, dünyanın təhlükəli nöqtələrinə aparan da xeyirxah niyyətləri idi... Ölkə-ölkə gəzdi Humay. Biliklərini, bacarığını səfərbər elədi, həyatını riskə atdı. Qarşıdurmaları dayandırmağa çalışdı.
Günlərin birində yeni bir missiya tapşırıldı Humaya. Bir-birinə savaş açan iki tərəfin arasında sıxışıb qalmış bir kəndə gətirib çıxardı tale gənc qızı. Müharibədən əziyyət çəkən, ehtiyacı olan sakinlərə həyan olmağı, onlara ümid verməyi bacardı Humay. Bəzən qüssələndi, hisslərini dilə gətirdi, bəzən yazıya köçürdü...

“Müharibə qəddar, çirkin, iyrənc bir şeydir... Sakinlərin çoxu kəndi tərk etmişdi. Yalnız qırx nəfər (lap bizim nağıllardakı kimi!) qalmışdı. Onlar zirzəmilərdə gizlənir, sonu görünməyən döyüşlər arasında yaranan fasilələrdə sığınacaqlarından çıxırdılar”.

Ta ki o günə qədər... Gecə boyunca yağan yağış çayı məcrasından çıxarmış, o da qəzəblə kəndin üstünə hücum çəkmişdi. Nicat axtaran talesiz insanlar indi də təbiətin qəzəbi ilə üz-üzə qalmışdılar. Bəlkə də bu həm onların, həm də Humayın qədəri idi...

***

...Humay təpənin üstünə çatanda dönüb geri baxdı. İlginc mənzərə onu dondurdu. Yağış sanki göydən deyil, elə buludların qarnından tökülürdü. Çayın rəngi tünd qəhvəyiyə dönmüşdü, səsi isə qəzəbli bir heyvanın nərəsinə bənzəyirdi. Kənd sakinləri iri bir qayanın üstündə bir-birinə qısılmışdılar. Su hər dəqiqə bir az da yaxınlaşır, təpəni mühasirəyə alırdı.
İçində başqa bir xatirə oyandı: Xəzər... Uşaqlığında hər yay dənizdə saatlarla üzərdi. Dalğaların səsi onun qulaqlarında heç vaxt itmirdi. İndi də həmin səs içində qalxmışdı - güc, cəsarət və qərar səsi...

“Anam heç zaman gözəl olduğumu deməzdi mənə. Bircə dəfə dedi yalnız. Bu bircə dəfədən əvvəl və sonra saysız-hesabsız "göyçək", "şirin", "qiyamət", hətta "üzündə şeytan tükü var" demişdi mənə. Amma bu bircə dəfədən savayı, heç vaxt "gözəlsən" demədi mənə. Dənizə baş vurub suyun altında bir müddət üzəndən sonra qəfil çıxdım qarşısına. Hava çox yaxşı, səma intəhasız, Xəzər şəffaf idi. Havanı acgözlüklə sinəmə çəkib nəfəs dərmədən gülməyə başlamışdım ki, anam dedi: "Humay, sənin çox cəsur gözəlliyin var, biləsən". Göz qapaqlarımı endirmədən yenidən dənizə baş vurdum... Üzürdüm. Başgicəlləndirən, məğrur əminlik hissi ilə üzürdüm. Dənizin dibindən qeyri-adi bir işıltı sanki qəfil göz vurdu mənə. Suyun altından çıxdım. Dəyişmişdim. Gözəldim”.

Gözlərinin içindəki vahimə qəribə bir qətiyyətlə əvəz olundu: həyat, ölüm, seçim ̶ insan olmağın mənası bu imiş.
Elə bu vaxt qışqırıq eşidildi. Kiçik bir qız selin yaratdığı girdabın içində sürətlə fırlanırdı. Su elə güclü idi ki, kimsə bir addım belə ata bilmirdi. Qadınların səsi yağışın gurultusunda itmişdi.
Humay gözünü qırpmadan suyun kənarına qaçıb ayaqqabılarını çıxardı. “Mən gedirəm!” ̶ deyib özünü suya atdı.
Soyuq su bədənini kəsdi, nəfəsi daraldı, amma Humay geri çəkilmədi. Fırtınalı suda irəliləmək, nəfəs almaq belə çətin idi. Girdab onu özünə çəkirdi, amma o, qızın balaca başını görən kimi bütün gücünü topladı. Əlini uzadıb: “Məni buraxma!” ̶ deyə qışqırdı. Qız çarəsizcə onun qolundan yapışdı.
Humay bütün gücü ilə geri döndü və uşağı sahilə doğru itələdi. Kişilər köməkləşib onu sudan çıxardılar. Amma o anda Humay artıq sahilə çıxa bilmirdi. Gücünün son damlası da suya qarışmışdı. Girdab onu aşağı, daha dərinə çəkirdi. Güc toplamaq üçün bir saniyə lazım idi, bircə saniyə!

“Bir saniyə. Bir saniyə nəfəs alıb vermək üçün, bir ürək çırpıntısı üçün lazım olan vaxtdan daha qısadır. Bir saniyə dənizə baxan şüşə fasadın qabağındakı plitə önündə dayanmağım üçün kifayət deyil. Bir saniyə şüşə qabı açmağa və ya qəhvədana su tökməyə kifayət etmir. Bir saniyə kibrit çəkməyimə bəs eləmir. Amma bir saniyə yanmağıma bəs edir...”


Tam o an… qaya gurultu ilə çatladı. Adamlar kənara sıçradılar. Körpələri qucaqlayıb sinələrinə sıxdılar. Qaya silkələnib iki yerə parçalandı! Ardınca əmələ gəlmiş dibi görünməyən uçurumun yanında qorxu və heyrət nidaları bir-birinə qarışdı. Suların istiqaməti dəyişdi. Sel birdən-birə köhnə yatağından qopub uçuruma doğru yönəldi…
Humay o nəhəng axının içində idi! Aşağı yuvarlandı. Bir anlıq gözlərini yumdu: "Humay, sənin çox cəsur gözəlliyin var...” Kəndin adamları dəhşətlə baxıb onun yoxa çıxacağını düşündükləri anda… külək gözlənilmədən istiqamətini dəyişdi. Sanki qızı qucağına alıb, onu suya yox, yuxarı ̶ buludlara tərəf qaldırdı.
O, ölümün soyuq nəfəsini hiss etmədi ̶ sadəcə qəribə bir sakitlik...
Sonra… işıq. Sükut... Nə küləyin, nə suyun səsi...

***

Ətraf işığa bürünmüşdü. Mələk qızın qulaqlarına tanış olmayan, amma içindən gələn bir səs doldu: “Sən hələ bitmədin. Sənin yolun daha uzundur, Humay! Əsas insanın möhkəm kökləri və həmişə uçmağa qanadları olsun...“
Onun bədəni yüngülləşdi. Suyun ağırlığı yox oldu. Qolları uzandı, barmaqları işığa çevrildi. Arxasında ağ, qüvvətli, amma hava kimi yüngül qanadlar açıldı...
Humay gözlərini açanda artıq suyun içində deyildi.
O…, havada idi.
Üstündən keçdiyi girdab indi kiçik bir qaranlıq dairə kimi görünürdü. Az əvvəl onu udmaq istəyən sel indi ondan aşağıda acizanə axırdı.
Humay qanadlarını çırpdı. Suların üstündə yüksəldi. Kəndin, insanların, anaların hönkürtüsü, uşaqların səsi ̶ hamısı aşağıda qaldı.
Sonra dünya böyüdü, ulduzlar yaxınlaşdı. Atmosfer sanki qapı kimi açıldı. O, nəhəng bir boşluğa…, yox, daha böyük bir həyata addımladı.
Kainat onu özünə çəkirdi…
Sanki çoxdan gözlədiyi bir dost kimi qucaqlayırdı.
“Qorxma, ̶ bir səs deyirdi. ̶ Bu, son deyil”.
Və Humay quş kimi uçub getdi…
Huma quşu bu dünyanı tərk elədi...
Bəlkə də o indi kainatı dolaşıb ədalətsizliklərə qanad çırpır, ürəyinin istisini insanlara səpələyir. Bəlkə də haradasa paralel dünyada, müharibələrin olmadığı, insanların rahat dövran sürdüyü bir dünyada xoşbəxt yaşayır...
O ölmədi. Böyüdü. Dəyişdi. Gözəlləşdi…

"Bitlz" üçün muzey tikilir: Liverpulda yeni məkan 2028-ci ildə açılacaq Alban-Udi Dini İcmasının nümayəndələri Laçındakı Ağoğlan Monastırında 2027 Paris Moda Həftəsi yekunlaşdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri