Icma.az
close
up
RU
Huma quşu fondu Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirib

Huma quşu fondu Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Huma quşu" Təhsilə Yardım Fondu Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirib.

APA xəbər verir ki, “Huma quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı tədbirdə Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, diplomatik korpus nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən ali və orta məktəblərin — ADA Universiteti, Slavyan Universiteti, UNEC, ADPU, Xəzər Universiteti, Avropa Litseyi və digərləri rəhbərləri, professor-müəllim heyəti, “Azercell” şirkəti, fondun dəstəyi ilə ali və ixtisas təhsilini davam etdirən qazilər, magistr və tələbələr, fondun dostları, təəssübkeşləri və media təmsilçiləri iştirak ediblər.

Tədbir rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq, xatirə fotosunun çəkilişi ilə başlayıb.

Tədbirdə çıxış edən Huma Quşu Fondunun prezidenti Şəhla Vəzirova fondun yaranma tarixindən bəhs edib, məqsədlər və missiyalarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Fondun yarandığın gündən indiyə qədər gördüyü işlər barədə söhbət açan Şəhla Vəzirova gələcəkdə nəzərdə tutulan layihələr, təqaüd proqramları haqqında məlumat verib. O, bilet və rəsmlərin satışından əldə edilən vəsaitin 25 faizinin "Huma quşu"nun ianə fonduna köçürüləcəyini və aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə yönləndiriləcəyi bildirilib. Şəhla Vəzirova çıxışının sonunda tədbirin təşkilatçılarına və tamaşaçılara minnətdarlığını bildirib.

Tədbir caz ustası Salman Qəmbərov və “Bakustic Jazz” qrupunun, eləcə də, xüsusi qonaqlar İlhamə Qasımova və Rövşən Qəhrəmanovun konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Fond Humay Quliyevanın xatirəsini və onun üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədilə yaradılıb. İki illik fəaliyyət dövrü ərzində Fond sayı 7-ə çatmış proqram çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verib. Fondun fəaliyyəti hesabatlılıq və şəffaflıq məqsədilə veb-səhifə, Facebook, Instaqram, Linkedin, Youtube kanalları, online ianə hesabatı, Fondun veb-səhifəsi, e-mail və sms göndərişlərlə təmin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri