Icma.az
close
up
RU
Beynəlxalq Muğam Mərkəzində Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi adlı xeyriyyə axşamı keçirilib

Beynəlxalq Muğam Mərkəzində Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi adlı xeyriyyə axşamı keçirilib

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Beynəlxalq Muğam Mərkəzində "Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı xeyriyyə axşamı keçirilib.

"Report" xəbər verir ki, Huma Quşu Təhsilə Yardım Fondunun təşkil etdiyi tədbir rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq, xatirə fotosunun çəkilişi ve Huma Quşu Fondunun prezidenti Șəhla Vəzirovanın çıxışı ilə başlayıb.

Şəhla Vəzirova Huma Quşu Fondun mahiyyətindən söz açaraq qeyd edib ki, Fondun iki illik fəaliyyəti dövründə 120 min manat məbləğində vəsait müxtəlif xeyriyyə işlərinə, eləcə də gənclərin təhsilinə xərclənib:

"Biz kiçik qrantlar layihəsi elan etmişdik, bu layihə çərçivəsində hər biri 2 500 manat olmaqla üç dəfə təqaüd elan olunub, növbəti təqaüd üçün son müraciət tarixi 25 dekabrdır. Yanvarın 2-dən yeni təqaüd proqramına başlanacaq ki, onun da məbləği 2 500 manat olacaq. Biz icra etdiyimiz bütün proqramların üzərində daha da təkmilləşdirmək üçün ciddi çalışırıq, çalışmağa da davam edəcəyik".

Fond rəhbəri qurumlarının ötən ilin noyabr ayından etibarən ianələr də qəbul etdiyini vurğulayıb:

"Ötən ilin noyabr ayından etibarən Fondumuza 56 468 manat ianə toplanıb və xeyriyyə üçün xərclənib. Hər bir ianəyə görə təşəkkür edirəm! Gələcəkdə də ianələr olarsa, biz onları qəbul etməyə hazırıq. Bugünkü tədbirimiz çərçivəsində rəsmlərin satışından əldə edilən vəsaitin 25 faizi də Fondun bazasına köçürüləcək və artıq üç əsər satılıb".

Daha sonra tanınmış caz ustası Salman Qəmbərov və "Bakustic Jazz" qrupunun ifasında konsert proqramı baş tutub.

Həmçinin xeyriyyə axşamının xüsusi qonaqları olan İlhamə Qasımova və Rövşən Qəhrəmanovun ifaları ilə zəngin sənət nümayişi olub.

Tədbir iştirakçıları arsında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri və Milli Məclisin üzvü Nizami Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, fondun dəstəyi ilə ali və ixtisas təhsilini davam etdirən qazilər, tanınmış elm və mədəniyyət xadimləri, tələbələr yer alıblar.

Qeyd edək ki, Fond keçmiş xarici işlər naziri, Azərbaycanın Bosniy və Herseqovinadakı səfiri Vilayət Quliyevin qızı Humay Quliyevanın xatirəsini ve Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədi ilə yaradılıb. İki illik fəaliyyət dövrü ərzində həyata keçirdiyi proqramlar çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verib. Bugünkü xeyriyyə axşamının bilet və rəsmlərinin satışından əldə edilən vəsaitin də aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf edilməsi nəzərdə tutulub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Dekabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri