Humanizm düşərgəsində yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş görüş keçirildi VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Azərbaycan Gənclər Fondu və “Cavan Gənclər Hərəkatı” İctimai Birliyinin “YayFest” çərçivəsində Şamaxı rayonunda təşkil etdiyi “Humanizm” düşərgəsində yol hərəkəti təhlükəsizliyinə həsr olunan görüş keçirilib.
Panel müzakirəyə dəvət olunan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev moped, eləcə də skuter tipli kiçik elektrik nəqliyyat vasitələrindən istifadəyə dair tələblər, gənclərin yol hərəkəti zamanı üzləşdikləri risklərin azaldılması və bu sahədə həyata keçirilən maarifləndirmə, təbliğat-təşviqat işləri barədə iştirakçılara geniş məlumat verib.
Müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təbliğində gənclərin mühüm rol oynaması xüsusi vurğulanıb.
Diskusiya şəraitində keçən görüşdə iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.
Baxış sayı:37
Bu xəbər 26 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















