Icma.az
close
up
RU
Növbəti humanizm TƏHLİL

Növbəti humanizm TƏHLİL

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu, bir daha humanizm, mərhəmət prinsiplərinin, vətəndaşa qayğının dövlət başçısının fəaliyyətində əsas yer tutduğunu göstərir. Prezidentin bu təşəbbüsü “Konstitusiya və Suverenlik İli”ndə insanlarımıza böyük bir hədiyyədir.

Dövlət başçısı suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Bu, amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

İndiyə qədər imzalanan əfv sərəncamları və tətbiq edilən amnistiya aktları ilə çox sayda insanlar azadlığa çıxıb, öz ailələrinə qovuşub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində də humanizm xüsusi yer tutur. Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində dövlət başçısı tərəfindən növbəti amnistiya təşəbbüsünün irəli sürülməsi 20 mindən çox şəxsə, onların ailələrinə misilsiz sevinc bəxş edəcək.

Bundan əvvəl 2021-ci il 8 Noyabr – Zəfər Günü münasibətilə imzalanmış amnistiya 17 min 200-dən artıq şəxsə şamil edilib. Həmin amnistiya aktı da Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medalları ilə təltif olunmuş şəxslərə, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya  həlak olmuş şəxslərin yaxın qohumlarına, Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumlarına, eyni zamanda, sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslərə, habelə qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digərlərinə şamil edilib.

Azərbaycanın Şanlı qələbəsinin birinci ildönümü ilə bağlı tətbiq edilən “Zəfər amnistiya”sının əhatə dairəsi kifayət qədər geniş olub.

D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Komitəsinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı “525”ə deyib ki, Azərbaycan dövləti tərəfindən hər zaman əfv və amnistiya ilə bağlı təşəbbüslər göstərilir və bunlar humanist addımlardır: “Mən bu təşəbbüsün irəli sürülməsindən çox şadam. Biz bunu gözləyir, arzulayırdıq. Bayramlar ərəfəsində belə qərarın verilməsi əlbəttə ki, insanlarımız üçün ikiqat, üçqat bayram əhval-ruhiyyəsi yaradacaq”.

Hüquq müdafiəçisi amnistiya təşəbbüsünün əhatə dairəsinin geniş olmasına diqqət çəkərək, bunun azadlıqda görmək istədiyi bir sıra məhbuslara da şamil olunacağına inandığını deyib: “Hər bir halda bu, humanist addım çox gözəl təşəbbüsdür”.

N.Cəfəroğlu hesab edir ki, belə addımlar cəmiyyətdə həmrəyliyi, birliyi daha da gücləndirir: “Hazırda dünya özünün ən mürəkkəb dövrünü yaşayır. Hər yerdə müharibələr, münaqişələr, qarşıdurmalar davam edir. Qonşularımız, Türkiyə istisna olmaqla, bizi istəmirlər, ona görə də daxildə bir olmağımız, bir-birimizə dayaq durmağımız, birləşməyimiz çox vacibdir. Dövlətimizi qorumaq bizim borcumuzdur, dövlətimiz daha da güclü olmalıdır ki, kənar təhdidlərə qarşı daha möhkəm dayansın, heç kim bizə təsir edə, söz deyə bilməsin. Bəzi dairələr, o cümlədən Avropada bəhanə axtarırlar ki, bizə qarşı hansısa addımlar atsınlar. İstərdik ki, bunların heç biri olmasın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri