Icma.az
close
up
RU
Humanizmə söykənən güclü dövlət və tarixi amnistiya qərarı

Humanizmə söykənən güclü dövlət və tarixi amnistiya qərarı

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişafını təmin edən hüquqi-siyasi ənənələrin məntiqi davamıdır. Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası ilə mümkün olmuş, onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır.

Məhz bu möhkəm konstitusion əsas üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və çağırışlara uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizm prinsipidir.

Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət dəyərləri dayanır. Bu yanaşma yalnız sosial-iqtisadi siyasətdə deyil, eyni zamanda cinayət-hüquq siyasətinin formalaşdırılmasında da öz aydın ifadəsini tapır. Humanizm prinsipi cəzanın təkcə cəzalandırma deyil, həm də islah və yenidən cəmiyyətə inteqrasiya vasitəsi kimi qəbul edilməsini şərtləndirir.

Bu baxımdan, Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən amnistiya təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Suverenliyimizin tam bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin olunmasının xalqımız üçün tarixi qələbə olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalmaq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanmaq və cəmiyyətdə sosial barışın möhkəmləndirilməsinə töhfə vermək məqsədilə Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir.

Bu təşəbbüs eyni zamanda cəzadan azad ediləcək şəxslərin qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə olan inamın ifadəsidir. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, həmin əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində mülki əhali arasında əlil olmuş şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər sosial həssas qruplara aid şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcəklər.

Eyni zamanda, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutulur. Təklif olunan amnistiya müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya aktı olacaq. Proqnozlara əsasən, bu amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək.

Onlardan 5 mindən artıq məhkum azadlıqdan məhrumetmə cəzasından tam azad ediləcək, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzası azaldılacaq. Eyni zamanda, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcək, mindən artıq şəxs isə ümumiyyətlə cinayət məsuliyyətindən azad olunacaq. Azərbaycanın müstəqillik dövründə amnistiya və əfv institutlarının tətbiqi ardıcıl və sistemli xarakter daşıyıb. 1995-ci ildən bu günədək qəbul edilən 12 amnistiya aktı ümumilikdə 130 mindən artıq şəxsə şamil edilib.

Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı isə 17 mindən artıq şəxsi əhatə edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, həmin dövrdə 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyevin 2003–2025-ci illər ərzində imzaladığı 39 əfv sərəncamı və bu dövrdə qəbul olunan 5 amnistiya aktı humanist dövlət siyasətinin davamlılığını təsdiqləyir. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 162 məhkum əfv edilmiş, onlardan 7 060 nəfəri Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında azadlığa buraxılmışdır.

Bundan əlavə, Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə – 2007, 2009, 2013 və 2016-cı illərdə – amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinin qanunvericilikdə geniş tətbiqinin bariz nümunəsidir. Bütün bu faktlar göstərir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü təkcə hüquqi akt deyil, həm də güclü dövlətçilik ənənələrinə, konstitusion dəyərlərə və insan mərkəzli idarəetmə fəlsəfəsinə söykənən strateji qərardır. Bu qərar Azərbaycan dövlətinin gücünü, humanist mahiyyətini və gələcəyə yönəlmiş sosial məsuliyyətini bir daha nümayiş etdirir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri