Icma.az
close
up
RU
Humanizmə və xeyirxahlığa söykənən amnistiya aktı TƏHLİL

Humanizmə və xeyirxahlığa söykənən amnistiya aktı TƏHLİL

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü 20 mindən çox adama şamil ediləcək

Azad, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan qarşı qoyulan bütün hədəflərinə nail olmaqdadır. Bu prinsip, önəmli siyasət Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və xeyirli, gərəkli dövlət siyasətini Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyev uğurla davam etdirməkdədir. Hər bir qəbul edilən qanunlar, imzalanan Prezident Fərman və Sərəncamları əhalinin daha firavan və təhlükəsiz yaşamasına, hüquq və azadlıqlarının müdafiəsinə hesablanır.

Məlum faktdır ki, müstəqilliyimizin ilk illərində insan hüquq və azadlıqları kobud şəkildə pozulurdu. Bu azmış kimi əhalinin təhlükəsizliyinin qorunmasında, ərzaqla təminatında və digər zəruri məsələlərin həllində ciddi problemləri vardı 1992-ci ildə hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyü səhv, yanlış siyasəti ilə ölkəni uçuruma sürüklədi. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Dövlət müstəqilliyinin itirilməsi, vətəndaş müharibəsinin qaçılmaz olduğu bir vaxtda ölkə ziyalıları bir araya gələrək Ulu Öndər Heydər Əliyevin Bakı şəhərinə gəlib hakimiyyət sükanı arxasına keçməsi çağırışını etdilər. Bununla bağlı 1992-ci ilin aktyabrın 16-da “91” lərin “səs” qzəeti vasitəsi ilə Dahi Öndər Heydər Əliyevə müraciəti ünvanlandı. Ulu Öndər Heydər Əliyev xalqın çağırışına 1992-ci il oktyabrın 24-də “Səs” qzəeti vasitəsi ilə ziyalıların müraciətinə cavab verməklə münasibət bildirdi. 1993-cü il iyunun 15-də Dahi Öndər Heydər Əliyev Bakıya gəldi, ölkəmizi xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etmək üçün gərgin fəaliyyətə başladı.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində atılan mütərəqqi addımlar

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində qısa müddətdə ölkəmizdə siyasi sabitliyə, iqtisadi dirçəlişə nail olundu. Bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Dahi Öndərimiz Heydər Əliyev mütərəqqi addımlar atdı, qərar və fərmanlar imzaladı. Milli sərvətimiz olan yeni konstitusiyanın qəbul edilməsi xalqımıza əvəzsiz xəzinə oldu. Müstəqil Azərbaycanımızın ilk Konstitusiyası Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. İnsan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xüsusi önəm verən Dahi Öndərimiz Heydər Əliyev ailələrə böyük sevinc, cəmiyyətə məmnunluq bəxş edən əfv və amnistiya aktları imzaladı. Bu baxımdan demək olar ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb. Bunun nəticəsində 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Həmçinin 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Amnistiya aktları törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən 78 mindən çox insana şamil edilib, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub. Dahi Öndərimiz Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini Prezident İlham Əliyev davam etdirək bayram ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüs nəticəsinə 2007-ci il mayın 8-də Milli Məclisdə amnistiya aktı qəbul edilib. Konstitusiya dəyərləri və hüquqi islahatlar kontekstində qəbul edilən amnistiya ümumilikdə 9000 nəfərə şamil olunub. Onlardan 1500 nəfər azadlığa buraxılıb, 7500 nəfərin isə cəza müddəti azaldılıb. Milli Məclis 2009-cu il martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən “Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında” qanun layihəsini qəbul edib. Həmin akt 9 min məhbusa tətbiq olunub, 1700 məhbus azadlığa buraxılıb.

On minlərlə insana bəxş edilən azadlıq

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın daha bir təşəbbüsü 2013-cü il 7 may tarixində qəbul edilən qərarla 10040 məhkum barəsində amnistiya tətbiq edilib. 2016-cı ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə də amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10868 nəfərə şamil olunub. Amnisitiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad edilməsi qərara alınıb. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elan edilən amnistiya aktı ən əhatəli aktlardan biri olub. Bu aktdan 15 minə yaxın şəxs faydalanıb. Təşəbbüs Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva tərəfindən irəli sürülüb.

Zəfər günü münasibətilə 2021-ci ildə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Həmin aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub. Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə amnistiya tətbiq edilib.

“Konstitusiya və Suverenlik İli” də elan olunan amnistiya

Məlum olduğun kimi, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il Konstitusiyanın qəbul edilməsinin 30, Qələbəmizin isə 5-ci ildönümüdür. Tarixi əlamətdar hadisələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Sayca 13-cü olan Amnistiya aktı 20 mindən çox adama şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən artıq məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir. Azadlıqdan məhrum edilmiş 3 mindən çox şəxsin isə cəzası azaldılacaq. Bundan başqa, 7 mindən artıq məhkum azadlığın məhdudlaşdırılması cəzasından, təxminən 4 minə yaxın şəxs alternativ cəzalardan (islah işləri, ictimai işlər, cərimə, şərti cəza) azad olunacaq.

Milli Məclisə təqdim olunmuş Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olan və ya xəbərsiz itkin düşənlərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olanların, qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və s. kateqoriyadan olanların da cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi bu kimi xeyirxah və müdrik siyasət insanlarda özünə inam, dövlətə sədaqətli olmaq hissi yaradır. Təbii ki, azadlığa çıxan istənilən insan Prezidentin onlara göstərdiyi yüksən etimadı, humanist mövqeyini lazımınca dəyərləndirərək, bir daha səhvlərə yol verməyəcək. Bu da cəmiyyətin sağlam cəmiyyət olaraq formalaşmasına və inkişafına yeni bir təkandır. 30 il erməni işğalı altında olmuş Qarabağı azad edib, xalqa böyük qürur yaşadan Fateh Sərkərdə, Prezident İlham Əliyev əfv və amnistiya təşəbbüsləri ilə çıxış edib, minlərlə ailəyə sevinc bəxş etməklə həm də mərhəmətli, xeyirxah və bağışlamağı bacaran ədalətli Prezident olduğunu bir daha təsdiqləyir. Belə bir adil dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dövləti hələ çox qələbələrə, zəfərlərə imza atacağı şübhəsizdir.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri