Icma.az
close
up
RU
““Hürriyyət” susarsa, bu, cəmiyyətin də itkisi olar” PREZİDENTƏ NÖVBƏTİ MÜRACİƏT

““Hürriyyət” susarsa, bu, cəmiyyətin də itkisi olar” PREZİDENTƏ NÖVBƏTİ MÜRACİƏT

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hürriyyət TV”nin və “Hürriyyət” qəzetinin kollektivi baş redaktor Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Hurriyyet.org həmin müraciəti olduğu kimi dərc edir:

“Hörmətli Prezident!

Bu müraciəti “Hürriyyət TV” və qəzeti redaksiyası adından dərin narahatlıq, ağır kədər, eyni zamanda dövlətinə bağlılıq və vicdan məsuliyyəti hissi ilə növbəti dəfə Sizə ünvanlayırıq.

Bu gün, 19 yanvar 2026-cı il tarixində “Hürriyyət” qəzetinin və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Tofiq oğlu Məmmədovun həbsindən təxminən üç ay müddət keçmişir. Bu üç ay təkcə bir jurnalistin azadlıqdan məhrum edilməsi deyil, bütövlükdə bir media platformasının susdurulması, ictimai nəzarət funksiyasının iflic vəziyyətinə salınması ilə müşayiət olunmuşdur.

Məlumat üçün bildiririk ki, Vüqar Məmmədov 29 oktyabr 2025-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən “Hürriyyət TV”nin ofisində keçirilmiş əməliyyat zamanı saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (külli miqdarda hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülmüşdür. Hazırda onun barəsində aparılan ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilir, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, Vüqar Məmmədov istintaq təcridxanasında saxlanılır.

Cənab Prezident!

Vüqar Məmmədovun həbsi ilə eyni vaxtda “Hürriyyət” qəzetinə dövlət tərəfindən ayrılan maliyyə yardımının dayandırılması, media qurumunun rəsmi saytının bloklanması, redaksiya ofisinin bu günədək bağlı qalması, nəticə etibarilə onlarla jurnalistin işsiz və sosial təminatsız vəziyyətdə qalması baş vermişdir. Bu hallar artıq bir cinayət işi çərçivəsini aşaraq, bütöv bir media qurumunun fəaliyyətinin faktiki olaraq iflic edilməsinə gətirib çıxarmışdır.

Xüsusi vurğulamaq istəyirik ki, “Hürriyyət” qəzeti 30 ildən artıqdır fəaliyyət göstərən, təsis tarixi Azərbaycan Respublikasının müstəqilliyinin ilk və ən çətin dövrlərinə təsadüf edən mətbuat orqanıdır. “Hürriyyət” müstəqil Azərbaycanın formalaşdığı ağır illərdə milli maraqlara xidmət etmiş, dövlətçiliyin möhkəmlənməsi yolunda sözün gücü ilə mübarizə aparmış, heç zaman anti-dövlət mövqeyi sərgiləməmişdir.

Vüqar Məmmədovun jurnalist fəaliyyəti də bu xəttin məntiqi davamı olmuşdur. Onun fəaliyyətinin əsas qayəsi ictimai nəzarət mexanizminin işləməsi, vətəndaş səsinin eşidilməsi, qanunsuzluqların üzə çıxarılması yolu ilə dövlətin daha da gücləndirilməsi olmuşdur. Bu isə bilavasitə Sizin – Azərbaycan Respublikasının Prezidenti kimi dəfələrlə çıxışlarınızda tövsiyə etdiyiniz və dəstəklədiyiniz əsas prinsiplərlə tam üst-üstə düşür.

Təsadüfi deyil ki, Vüqar Məmmədov həbsindən cəmi bir gün əvvəl şəxsən Sizə müraciət etmiş, jurnalist fəaliyyəti ilə bağlı üzləşdiyi çətinlikləri və ictimai əhəmiyyət daşıyan məsələləri birbaşa dövlət başçısına çatdırmağı üstün tutmuşdur. Bu addım onun niyyətinin mahiyyətini açıq şəkildə göstərir: qarşıdurma deyil, dialoq; təxribat deyil, məsuliyyət.

Bu kontekstdə Naxçıvan Muxtar Respublikasında son dövrlərdə baş vermiş ciddi pozuntuların “Hürriyyət TV”nin efirində və saytında ardıcıl şəkildə işıqlandırılması xüsusi qeyd olunmalıdır. Həmin materiallar sensasiya xatirinə deyil, ictimai maraqlar naminə, dövlət idarəçiliyində şəffaflığın təmin olunmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır. Bu fakt bir daha sübut edir ki, Vüqar Məmmədovun və “Hürriyyət”in məqsədi dövlətə zərər vurmaq deyil, dövlətin sağlam inkişafına xidmət etmək olmuşdur.

Bu gün isə acı bir reallıq mövcuddur: Vüqar Məmmədov azadlıqda olmalı olduğu halda istintaq təcridxanasındadır. “Hürriyyət”in səsi boğulub. Otuz ildən artıq tarixi olan bir media qurumu faktiki olaraq fəaliyyət göstərmir.

Hörmətli Prezident!

Biz bu müraciəti üsyanla deyil, ümidlə, ittihamla deyil, ədalətə inamla, zəifliklə deyil, qürur və ləyaqətlə yazırıq. Əminik ki, Azərbaycanda söz azadlığı, ədalət və qanunun aliliyi prinsipləri Sizin siyasi iradənizin əsas dayaqlarıdır.

Bu baxımdan, Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinə yenidən baxılmasını, onun azadlığa buraxılması üçün zəruri və qanuni tədbirlərin görülməsini, eyni zamanda “Hürriyyət” media qurumunun fəaliyyətinə yaradılmış maneələrin aradan qaldırılmasını son dərəcə vacib və ədalətli hesab edirik.

İnanırıq ki, Sizin müdaxilənizlə bu işdə həqiqət, hüquq və ədalət qalib gələcək. Çünki “Hürriyyət” susarsa, bu təkcə bir redaksiyanın deyil, cəmiyyətin də itkisi olar. Biz isə inanmaq istəyirik ki, Azərbaycanda söz cəzalandırılmır, söz dinlənilir.

Dərin hörmətlə,

“Hürriyyət TV”nin kollektivi.                              

 Tarix: 19 yanvar 2026-cı il”.

Hurriyyet.org

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Yanvar 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri