Icma.az
close
up
RU
Hüseyn Cavid parkının yanındakı piyada keçidi necə təşkil edilməlidir? EKSPERTDƏN AÇIQLAMA FOTO

Hüseyn Cavid parkının yanındakı piyada keçidi necə təşkil edilməlidir? EKSPERTDƏN AÇIQLAMA FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtda işıqforla nizamlanmayan uzun piyada keçidləri piyadalar üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Avtosfer.az xəbər verir ki, belə keçidlərdə piyadaların özlərini rahat və təhlükəsiz hiss etməsi, demək olar ki, mümkün deyil.

Məsələn, sözügedən keçidlərdən birində -  Landau küçəsində vəziyyət daha qəlizdir. Keçidin yuxarı başında, zolağa çox yaxın məsafədə avtomobillərin park edilməsi piyadaların görünməsini məhdudlaşdırır. Yol kifayət qədər geniş olsa da, piyadaların dayana biləcəyi və qarşı tərəfə addımlamağı təhlükəsiz edə biləcəyi “qoruyucu ada” yoxdur.

Mütəxəssislər bildirirlər ki, belə şəraitdə piyadaların yolu keçməsi həm sürücülər, həm də piyadaların özləri üçün ciddi risk yaradır. Çünki park edilmiş avtomobillər görünüşü məhdudlaşdırır, sürücülər piyadanı vaxtında görə bilmir, nəticədə qəza ehtimalı artır.

Bəs belə uzun piyada keçidlərində piyadanın təhlükəsizliyi necə təmin edilməlidir? Hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, belə uzun keçidlərdə təhlükəsizlik adacığı qoyulmalıdır:


“Yəni, yol iki zolaqdan artıqdırsa, hər iki zolağın sonunda təhlükəsizlik adacığı, zolağın ensizləşdirilməsi və kontrast işıqlandırma təmin olunmalıdır.

Bununla da təhlükəsizlik təmin olunacaq. Yəni, sürücü istəsə belə sürətlə hərəkət edə bilməyəcək və hətta sürdüyü təqdirdə, piyada əgər yolu keçə bilməsə, həmin adacıqda özünü təhlükəsiz hiss edəcək, sürücünün keçməsini gözləyəcək və beləliklə, hər iki tərəf daha çox təhlükəsizlik təmin etmiş olacaq. İstənilən qəza riski olarsa, belə infrastrukturun olduğu yerdə qəzanın nəticəsi maddi ziyan və yüngül xəsarətlə yekunlaşır, nəinki ölümlə.

Ona görə düşünürəm ki, belə geniş prospektlərdə sadəcə təhlükəsizlik adacığı, işıqlandırma və zolağın ensizləşdirilməsi ilə məsələni həll etmək olar”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri