Icma.az
close
up
RU
Hüseynəli Quliyev: Ev oyunlarını İmişlidə keçirsəydik, hər şey başqa cür olardı

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

“İmişli” klubunun qapıçısı Hüseynəli Quliyev Operativ Media-ya müsahibə verib.

Təcrübəli qolkiper mövsümün ilk yarısı, komandadakı rəqabət, doğma meydan amili və gələcək planları ilə bağlı fikirlərini bölüşüb.

– Mövsümün ilk yarısını necə dəyərləndirirsiniz?

– Mövsümün ilk yarısının bizim üçün yaxşı keçdiyini düşünürəm. Çünki gözlənilənin əksinə olaraq güclü rəqiblərimizdən xallar ala bildik. Məğlub olduğumuz oyunlarda da yaxşı oyun sərgilədik.

– “İmişli” klubuna transfer olanda bəlkə də əksəriyyət sizi əsas qapıçı kimi görürdü. Buna səbəb “Səbail”dəki çıxışınız idi. “İmişli”yə transfer olarkən siz nə düşünürdünüz?

– “Səbail”də, çox şükür, yaxşı mövsümlər keçirmişdim. “İmişli” klubuna da məhz bu baxımdan transfer oldum. Hələlik oynamaq üçün şans tapmasam da, ümidsiz deyiləm.

– Onu da qeyd edək ki, komanda yoldaşınız Sinenko da mövsümün ilk yarısında yaxşı çıxış etdi. Rəqabətdə uduzduğunuzu demək olar?

– Sinenko mövsümün ilk yarısını çox yaxşı keçirdi, bir çox quru oyunları oldu ki, bu da komandamıza xeyir verdi. Rəqabətdə uduzduğumu düşünmürəm. Şans verilsə, mən də əlimdən gələni etməyə hazıram.

– Mövsümün əvvəlində “İmişli”yə inam az idi. Amma turlar keçdikcə insanlar yanıldıqlarını gördülər. Sizcə daha yaxşı mövqedə olmağınıza nə mane oldu?

– Bizim uğurlu çıxışımıza çoxları inanmasa da, biz özümüz inanırdıq. Düşünürəm ki, yaxşı oyunlar keçirdik. Göstərdiyimiz oyuna uyğun mövqedə olmamağımızın bir çox səbəbi var. Bunlardan biri də "Sumqayıt"la matçda qazandığımız 3 xalın silinməsi oldu.

– “İmişli” doğma meydandan kənarda çıxış edir. Az sayda olsa da, azarkeşlər sizi dəstəkləmək üçün Qubaya gəlirlər. Komanda üçün meydança fərqi varmı? Doğma meydanda fərqli nəticələr ola bilərdimi?

– Təbii ki, ev oyunlarımızı İmişlidə keçirsəydik, vəziyyət tamamilə başqa cür olardı. Bu gün futbolda azarkeş amilinin nə qədər böyük rol oynadığını hamımız bilirik. Qubaya və digər uzaq rayonlara, şəhərlərə gələrək bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirik. Çünki onların bu qədər çətinliyə qatlanaraq komandalarını dəstəkləməsi çox dəyərlidir.

– Qış transfer pəncərəsində təkliflər olarsa, komandanı dəyişməyi düşünürsünüzmü?

– Hazırda “İmişli” klubunun futbolçusuyam. Gələcəkdə nə olacağını zaman göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 29 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri