Icma.az
close
up
RU
Hüseynəli Quliyev: Səbail dəki gələcəyimə rəhbərliklə görüşdən sonra aydınlıq gələcək

Hüseynəli Quliyev: Səbail dəki gələcəyimə rəhbərliklə görüşdən sonra aydınlıq gələcək

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Karyeramı Azərbaycanda, yoxsa xaricdə davam etdirəcəyimlə bağlı yekun qərarımı verməmişəm".

Bunu Oxu.Az-a müsahibəsində "Səbail" klubunun qapıçısı Hüseynəli Quliyev deyib.

O, eyni zamanda futbolçu karyerasında baş verən hadisələrdən, azarkeşlərin dəstəyindən də danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Meydanda etdiyiniz bir hərəkəti sonradan "kaş etməyəydim" dediyiniz olubmu?

- Bəli, olub. Əvvəllər "Sumqayıt"da oynadığım vaxt ikinci komanda ilə oyunlara gedirdim, orada bir oyunçuya həddən artıq emosional davrandım, üstünə qışqırdım, sonradan öz-özümə "kaş etməyəydim" dedim.

- Sonuncu dəfə oyunda özünüzə "bu, sənin səviyyəndə deyil" dediyiniz an nə vaxt olub?

- Xeyir, elə dediyim vaxt olmayıb. Meydanda rəqibi nə kiçik saymışam, nə də özümü kiçik görmüşəm. Rəqiblərə qarşı hər zaman hörmətlə yanaşmışam.

- Sizin üçün "ən yaxşı oyun" performansdan çox hansı meyarlara əsaslanır?

- Ən yaxşı oyun, məncə, komandaya xeyir verə bildiyin oyundur. Çünki futbol fərdi idman növü deyil, komanda oyunudur. Yəni nə qədər xeyir versən, o qədər yaxşı oyun olur.

- Meydanda sizi ən çox nə qəzəbləndirir: Hakimlər, azarkeşlər, yoxsa rəqibin psixoloji oyunu?

- Azarkeşlərin qəzəbləndirdiyi olmayıb. Çünki, buna normal bir şey kimi baxıram. Əslində elə futbolun marağı azarkeşlərdir, bəzi hallarda hakimin qəzəbləndirdiyi olub. Rəqibin psixoloji oyunu isə ola bilər. Yəni nəticədə rəqibə qarşı mübarizə aparırsan və sənə nə etsə, qarşılıq verməlisən.

- Rəqibin penalti zərbəsi zamanı nə düşünürsünüz?

- Əvvəlcə oyunçunun gözlərinə baxıram, sonra duruşuna, daha sonra isə gəlişinə. Penalti elə bir şeydir ki, oyunçu daha əlverişli vəziyyətdə olur.

- Tənqidlər sizə enerji verir, yoxsa çəkindirir?

- Tənqidlər əlbəttə ki, motivasiya verir. Bəzən görmədiyimiz şeyləri bizə kənardan demələri bizim xeyrimizədir. Hər bir futbolçu tənqidə açıq olmalıdır.

- Özünüzü Azərbaycan Premyer Liqasındakı digər qolkiperlərlə müqayisə edəndə hansı fərqi görürsünüz?

- Çempionatımızda çox yaxşı qapıçılar var. Hər qapıçının öz stili olur. Yəni fərqli-fərqli qapıçılarıq. Ümumi olaraq, özümü nə kimsədən üstün, nə də aşağı sayıram.

- "Səbail" Azərbaycan Premyer Liqasını tərk etdi. Növbəti mövsümdə də burada davam etmək istəyirsiniz, yoxsa təkliflər gözləyirsiniz?

- "Səbail" rəhbərliyi ilə görüşümüz olacaq və ondan sonra bilinəcək.

- Karyeranızı Azərbaycanda davam etdirmək yoxsa xaricdə istəyirsiniz?

- Harada olacağım hələ ki, sual altındadır, xaricdə oynamağı da istisna etmirəm, xeyirli olmağını dua edirəm.

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri