Icma.az
close
up
RU
Hüseynqulu Bağırovun Bakıdakı otelləri və digər əməlləri

Hüseynqulu Bağırovun Bakıdakı otelləri və digər əməlləri

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov barədə yeni faktlar aşkarlanıb.BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, nazirin ailə üzvlərinin adına olan və Avropa ölkələrini, Türkiyəni əhatə edən çoxşaxəli biznes şəbəkəsi barədə dərc edilən, sənədlərə, təkzibolunmaz dəlillərə əsaslanan araşdırmalardan sonra onun qohumu olan keçmiş həkim Abbas Zeynalov müraciət edib.O, keçmiş nazirin əməlləri barədə sensasion faktları açıqlayıb.Abbas Zeynalov özünün dediyi kimi Hüseynqulu Bağırovun illərdir ona yaşatdığı stress ucbatından onkoloji xəstəliyə düçar olub. Hazırda ölümlə mübarizə aparır və deyir ki, həkimlərin rəyinə görə ömrünün sonuna bəlkə də aylar qalıb. Amansız xəstəlik ona qalib gəlmək üzrədir.Beləliklə, A.Zeynalov deyir ki, o Hüseynqulu Bağırovun ögey xalası oğludur və keçmiş naziri hələ uşaqlıqdan yaxşı tanıyır. “Onun adı əslində Sonqulu idi, sonralar dəyişib Hüseynqulu yazdırdı”-Zeynalov deyir.A.Zeynalov bildirir ki, əvvəllər həkim işləyib, sonradan isə “hamı kimi” o da qərara alıb ki, biznesə başlasın. Və Hüseynqulu Bağırovun ekologiya və təbii sərvətlər naziri təyin olunmasından az sonra, təxminən 2000-ci illərin ortalarında Bakıda onun təklifi ilə otel tikintisinə başlayır.A.Zeynalovun danışdıqlarından: “Bakı Dövlət Sirkindən bir az aşağıda, “Təzə bazar”ın yaxınlığında çoxillik ağaclardan ibarət park var idi. Orada çayxana fəaliyyət göstərirdi, əsasən “Qorotdel”İn (Bakı Baş Polis İdarəsi) əməkdaşları yığışırdıBir gün Sonqulu dedi ki, gəl şərik olaq, bu parkın yerində otel tikdirək. Mən təəcübləndim, dedim bəs ağaclar necə olacaq? Dedi sənlik deyil, onu mən həll edəcəm.Ona inandım, dedim nazir adamdır, yəqin boşuna söz deməz. Doğrudan da bir gecənin içində parkdakı 80-dən artıq çoxillik ağacı kəsdirdi, yox elədi. Başladım “Central Park” adlı otelin tikintisinə.Çayxananın sahibi ilə hallalaşıb pulunu verdim, yaxınlıqda yaşayan sakinlərdən narazılıq edənlər vardı. Onları da razı saldım. Haradasa 5 mərtəbəyə qədər tikmişdim ki,Sonqulu məni çağırdı. Dedi nüfuzlu adam var, bu layihədən xoşu gəlib. Ona görə də sən çəkil, işləri təhvil ver. Etiraz etmədim, dedim olsun, amma çəkdiyim xərci gərək ödəyəsən. Dedi narahat olma, nə qədər xərc çəkmisənsə ödəniləcək”.Keçmiş nazirin qohumu deyir ki, otel tikintisini müqavilə əsasında H.Bağırovun göndərdiyi başqa şirkətə təhvil verib. Amma aradan xeyli keçsə də çəkdiyi xərc (təxminən 500 min dollara yaxın) ödənilməyib.Nazir hər dəfə bir bəhanə gətirib, pulların ödəniləcəyini deyib. Nəhayət otel tikintisi tamamlanıb və günlərin birində Zeynalov obyektin yanından keçəndə H.Bağırovun oğlu Lətifi orada görüb.“Dedim Lətif, bala, burda nə edirsən? Dedi atam bu oteli mənə verib, bura bizimdir. Heyrətə gəldim, axı Sonqulu mənə o vaxt tamam başqa şey demişdi.Zəng vurdum ki, Sonqulu, bu nə məsələdir, oteli özünə tikdirmisənsə bəs mənim pulumu niyə ödəmirsən? Kobud cavab verdi, hədələdi ki, başına oyun açdıraram, nə pul, nə filan...”-Zeynalov deyir.Keçmiş nazirin qohumu danışır ki, Hüseynqulu Bağırovdan dəfələrlə pullarını tələb etsə də nəticəsi olmayıb. Əvəzində isə nazir onun Quba rayonunda hələ sovet dövründən fəaliyyət göstərən “Orman” adlı mövsümi istirahət mərkəzini yerlə bir etdirib.“Bir gecənin içində sökdülər, dedilər guya qanunsuz imiş. Hansı ki, obyektin hələ sovet hökumətinin dövründən qanuni icazəsi , bütün sənədləri var idi. Amma Hüseynqulu Bağırovun göstərişi ilə heç bir məhkəmə qərarı olmadan 2016-cı ildə sökdülər”-Zeynalov bildirir.Bu da yetməyib, H.Bağırov öz qohumunun barəsində hansısa qurama ittihamla cinayət işi də açdırıb. Həmin cinayət işi üzrə Zeynalovu həbs etməsələr də xeyli get-gələ salıblar. Proses Bağırov nazir vəzifəsindən azad edilənə qədər davam edib.“Azərbaycanda Sonqulu kimi korrupsioner, tamahkar və hiyləgər ikinci məmur tanımıram. Onun əməllərinin üzə çıxmasını illərdir gözləyirdim. Axırda haqq yerini tapdı.Avropadakı, Türkiyədəki biznesi üzə çıxdı. Mən deyərdim ki, açıqladığınız bu faktlar hələ aysbergin görünən tərəfidir”-Zeynalov deyir.O bildirir ki, Bağırovlar ailəsinin Avropadakı və Türkiyədəki çoxsaylı şirkətlərində payçı kimi adı keçən Liana Bağırova keçmiş nazirin arvadıdır. Və Hüseynqulu Bağırovun biznes imperiyasını idarə edən əsas fiqurdur.Keçmiş nazirin bacısı, onun ailə biznes imperiyasına daxil olan Qərb Universitetinin vitse-prezidenti statusunu daşıyan Duriyyə Nuriyeva isə Zeynalovun dediyi kimi “adi, biznesdən-filandan başı çıxmayan” qadındır.Sadəcə keçmiş nazirin korrupsiya sxemlərinə alət edilib.“Həmin “Central Park Baku” otelindən başqa İçərişəhərdəki “Old City İnn” oteli də Hüseynqulu Bağırovundur, oğlunun adına açdığı şirkət tərəfindən idarə olunur. Çoxsaylı başqa obyektləri, villaları da öz yerində.Təkcə bir məlumatı deyim ki, Hüseynqulu “Şahdağ” dövlət qoruğu ərazisində malikanə tikdirmək üçün “Sədərək Yusifə” (“Sədərək” Ticarət Mərkəzinin sahibi) yeri 1 milyon manata satmışdı. Hansı ki, o əraziyə daxil olmaq belə qadağandır.Qoy gedib araşdırsınlar ki, dövlət qoruğunun ərazisində malikanəni hansı əsasla, icazə ilə tikiblər”-Abbas Zeynalov deyir.Zeynalov qohumunun əməlləri barədə çox danışdı və onun danışdıqlarının bir qismi ailə məlumatlarına aid edildiyindən dərc etmədik. Hərçənd bu məlumatların bir çoxunun arxasında cinayət izləri görünürdü...BAKU.WS
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Aprel 2026 03:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri