Husilər Yəmənin keçmiş prezidentinin oğluna ölüm hökmü verdilər
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Husilərin Sənadakı hərbi məhkəməsi Yəmənin mərhum prezidenti Əhməd Əli Abdullah Salehin oğlunu "casusluq" ittihamı ilə ölümə məhkum edib və onun əmlakını müsadirə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Arabiya" nəşri məlumat verib.
Məlumata görə, mərkəzi hərbi məhkəmə Əhməd Əli Abdullah Saleh barəsində qərar çıxarıb və onu dövlətə xəyanət, düşmənin xeyrinə əməkdaşlıq və casusluq, həmçinin korrupsiya ilə bağlı cinayətlərdə təqsirli bilib və əmlakı müsadirə olunmaqla ölüm hökmünə məhkum edib.
Yerli KİV-in məlumatına görə, qərarda həmçinin vəzifə səlahiyyətləri ilə bağlı digər əlavə cəzalarla yanaşı, korrupsiya cinayəti nəticəsində oğurlanmış vəsaitlərin geri qaytarılması da nəzərdə tutulur.
Salehin oğlunun ofisindən məsələ ilə bağlı şərh verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















