Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Hüsniyyə Mürvətova: Natəvan obrazını oynamaq istərdim

Hüsniyyə Mürvətova: Natəvan obrazını oynamaq istərdim

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Əməkdar artisti “Natəvan”dan başqa daha bir rolu canlandırmaq arzusundadır
Bu gün Azərbaycan teatrı yaşayırsa, nəfəs alırsa, öz varlığına görə bu sənətin yükünü fədakarcasına çiyinlərində daşıyan sənətkarlara borcludur. Günümüzdə yaşayan və yaradan sənətkarlara. Onlardan biri də Respublikanın Əməkdar artisti, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovadır. Müasirliyi sevən, yeni trendləri izləyən tamaşaçı auditoriyası onu çox sevir. Kinoda və teatrda bir sıra parlaq, müxtəlif səpgili obrazlar yaradıb. Geniş diapazona malik aktrisadır. Onunla ad günü ərəfəsində Bakı Bələdiyyə Teatrının ofisində görüşdük. Şux və şən görünürdü. Qonşu otaqda aktyorların səs-küyü bizim söhbətimizə mane ola bilmədi. Diktofon işə düşmüşdü, Tural Baxışın balaca oğlu da bu müsahibəyə öz uşaq dünyasından nələrsə əlavə etdi. Arabir sükut pərdələriylə bəzənən söhbətimiz Hüsniyyə xanımın ecazkar səs dalğalarında bizi lap uzaqlara aparıb çıxardı.

“Reytinq” qəzeti müsahibəni edir:
- Hüsniyyə xanım, müsahibələrinizdən birində demişdiniz ki, atama aktrisa olmaq istəyimi bildirməyə qorxurdum. Niyə məhz aktrisa olmaq istəyirdiniz? Bu həvəs hardan, nədən qaynaqlanırdı?
- Uşaq vaxtlarımda tez-tez güzgü qarşısına keçib rəqs edirdim, mahnılar oxuyurdum. O zaman bircə televiziya kanalı vardı, Azərbaycan televiziyası. Mən televizorda göstərilən bütün tamaşlara baxırdım, bütün aktyorları tanıyırdım. İçimdə teatra böyük sevgi yaranmışdı, çox istəyirdim ki, mən də aktrisa olum. Amma bu arzumu atama bildirməkdən çəkinirdim.
- Bildiyimə görə, atanız da yaradıcı insan olub.
- Bəli, atam o vaxtkı Neft və Kimya İnstitutunu bitirsə də, o da uşaqlıqdan rəqs dərnəyinə gedib, şeirlər yazıb. Ədəbiyyata, incəsənətə son dərəcə bağlı insan idi. Təbii ki, atam mənim bu marağımı hiss edirdi, amma mənə ancaq ev şəraitində istəyimi gerçəkləşdirməyə icazə verirdi. Amma görəndə ki, bu həvəs, bu istək keçib getmir, bir gün dedi ki, bəlkə sənədlərini mədəni-maarif fakultəsinə verəsən? Sonda elə atamın istəyi oldu. Mən İncəsənət Universitetinə sənədlərimi verdim və qəbul olundum.

- Amma universitetə qəbul olunmazdan əvvəl artıq Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdınız. Bu teatra gəlişiniz necə olmuşdu?
- Əməkdar artist Münəvvər Əliyeva ilə bir sinifdə oxumuşuq. Mən bilirdim ki, Münəvvər sənədlərini İncəsənət Universitetinə verəcək. O da aktrisa olmaq istəyirdi. Onun bacısı artıq İncəsənət Universitetinin tələbəsi idi, bir gün o, məni Sumqayıt teatrına, rejissor Yusif Əkbərovun yanına gətirdi. Qəbul imtahanı üçün hazırladığım etüdü göstərdim, bəyəndi və məni teatra köməkçi heyətə işə götürdü. Sonra mən də universitetə qəbul olundum və teatrda işləyə-işləyə təhsil almağa başladım. Sumqayıt teatrında ilk rolum Rafiq Səmədərin “Dərs” tamaşasında Sevda obrazı oldu. O tamaşa televiziya üçün çəkildi, tamaşanın nümayişindən sonra mən artıq tanınmağa başladım. Şəhərdə gəzəndə arxamca “Sevda, Sevda”,- deyə qışqırırdılar. Çox gözəl tamaşa idi, bu obraz mənə uğur gətirdi. Bu obrazdan sonra məni əsas heyətə keçirtdilər.
Beləcə, Sevda obrazı ilə səhnə sevdasına qovuşan aktrisa Sumqayıt teatrında müxtəlif obrazlar yaradır. Sumqayıt teatrının səhnəsi onun arzularının gerçəkləşdiyi məkan olur. Universitetdə isə müəllimlərindən bu ecazkar sənətin sirlərini öyrənir.
- Universiteti bitirdikdən sonra “İlham” Miniatür Teatrında çalışmağa başladınız...

- Ona qədər mərhum rejissorumuz Rövşən Almuradlı məni Cəlil Məmmədquluzadənin “Anamın kitabı” televiziya tamaşasına Gülbahar roluna dəvət etmişdi. O tamaşa məni geniş tamaşaçı kütləsinə tanıdan ilk rolum idi. O tamaşa Qızıl Fonddadır. Orda Xalq artisti Cəfər Namiq Kamal mənim qardaşımı oynayırdı. Gənc Tamaşaçılar Teatrının o vaxtkı direktoru Kamal müəllim mənim bu rolumu çox bəyənmişdi və məni teatra işləməyə dəvət etdi. Eyni vaxtda da İlham Namiq Kamaldan dəvət aldım. Maaş, qonorar yüksək olduğu üçün “İlham” Miniatür Teatrını seçdim. Beləcə, üç il orda çalışdım. Olduqca dinamik tamaşalar hazırlayırdıq, çox maraqlı teatr idi.
- Bəs Bakı Bələdiyyə Teatrına gəlişiniz necə baş verdi?
- Aktrisa Bahar Abdullayeva ilə ikimiz də bir gündə o teatrdan ayrıldıq. “İlham” Miniatür Teatrından ayrılandan sonra Akademik Milli Dram Teatrının direktoru, rəhmətlik Həsən Turabov mənə dedi ki, sənədlərini gətir, biz səni teatra işə götürək. Amma nədənsə Bakı Bələdiyyə Teatrı məni daha çox özünə çəkirdi. Baharla birlikdə Amaliya xanımın yanına gəldik, Amaliya xanım məni görən kimi dedi ki, mən səni öz teatrımıza işə götürəcəyəm. Ona demişdim ki, həm Gənc Tamaşaçılar Teatrından, həm də Akademik Milli Dram Teatrından dəvətlər almışam. Dedi yox, sən məhz bizim teatrda çalışacaqsan. 1997-ci ilin sentyabrından bu teatrda fəaliyyətə başladım.

Hüsniyyə Mürvətovanın Bakı Bələdiyyə Teatrında ilk böyük işi Oqtay Altunbayın “Tomris” tamaşasında Tomris rolu olur. Amaliya Pənahova öz səhnə geyimini ona etibar edir. Görkəmli aktrisanın bu jesti heç şübhəsiz, həm də rəmzi xarakter daşıyırdı. Amaliya xanım bununla estafeti öz davamçısına ötürürdü, demək, Hüsniyyə xanımın simasında öz varisini görürdü. Təsadüfi deyil ki, Bakı Bələdiyyə Teatrı haqqında yazılan kitabın üz qabığında Amaliya xanımın, arxa qapağında isə Hüsniyyə Mürvətovanın fotosu verilmişdi.
- Amaliya xanım mənim oynadığım Tomrisi çox bəyənmişdi. Sonra mən Abdulla Qurbaninin “Türk sancağı” tamaşasında Yasəməni oynadım. O tamaşa ilə biz Naxçıvandan tutmuş Ankaraya qədər yaradıcılıq turnesinə çıxdıq. Hər yerdə bizi, tamaşamızı çox yaxşı qarşılayırdılar. Sonra bu teatrın səhnəsində “Dəli Domrul” tamaşasında Banu, “Elektra”da Elektra, “Dönüş”də Gülsabah, “Ana tarla”da Tolqonay və digər rolları oynamışam.
- Siz eyni zamanda bir çox filmlərdə də yaddaqlan obrazlar yaratmısınız. İlk dəfə hansı filmə dəvət almışdınız?

- Xalq artisti Mərahim Fərzəlibəyov 1992-ci ildə “Mənim ağ şəhərim” filmini çəkirdi. İyirmi bir yaşım vardı. O, məni Gülsüm roluna dəvət etdi.
- Sizin üçün çətin olmadı ki? İlk dəfə idi kamera qarşısına çıxırdınız.

- Qətiyyən. Bu filmdən sonra Mərahim müəllim məni “Qırmızı qar” filminə də çəkdi. O filmdə artıq baş rolu canlandırırdım. “Qırmızı qar” çox böyük marağa səbəb oldu. Uzun illər ərzində mütəmadi olaraq telekanallarda nümayiş olunurdu. O vaxtdan bu günə qədər filmlərə dəvət alıram.
- Hüsniyyə xanım, filmoqrafiyanızda mərhum rejissor Məhərrəm Bədirzadənin çəkdiyi “Salamat qal, ağca yol” film-tamaşa da var. Mən sizi “Ana tarla” tamaşasında Tolqonay rolunda görəndə o filmdə canlandırdığınız Ana obrazı gözlərim önünə gəldi. Bir qədər o film haqqında da danışardınız.

- O əsəri unudulmaz şairəmiz Nurəngiz Gün öz bibisinə həsr etmişdi. Bibisi oğlu müharibəyə gedib qayıtmayıb, bibisi də bir ömür boyu oğlunun yolunu gözləyib. Yəni o filmin ssenarisi real hadisələr əsasında yazılıb.
Nurəngiz xanım mənə danışırdı ki, bibim cavan idi, üzü nurlu qadın idi, üzündə heç bir qırış yox idi, amma oğul dərdindən saçları ağarmışdı. Onu da əlavə elədi ki, mən istəmirəm bu rola yaşlı aktrisa çəkilsin. Məni qrimlədilər, saçlarımı ağartdılar və çəkildim. O filmdən sonra Nurəngiz xanım hər dəfə məni görəndə “mənim şahzadəm” deyərdi. Onun övladı Jalə xanım Əliyeva həmişə mənə deyir ki, siz anamın yadigarısınız, sizi görəndə anamı xatırlayıram.
- Hüsniyyə xanım, siz iki dəfə Rusiya istehsalı olan filmdə rol almısınız. “Ərik acısı” filmində, bir də “Didərginlər” serialında. Kim dəvət etmişdi sizi?

- “Azərbaycan Aktyorlar Agentliyi”nin rəhbəri Səbuhi Məmmədov bizi bu prosesə cəlb elədi. O əlindən gələni edir ki, Azərbaycan aktyorları müxtəlif ölkələrin film və seriallarında rol alsınlar. Bu ekran işlərindən ikisi də mənim yaradıcılıq payıma düşdü.
“Ərik acısı” serialının rejissoru Aleksandr Moxov da işimizdən çox razı qaldı. Serial çox yüksək reytinq qazanaraq tamaşaçılar tərəfindən çox böyük sevgi ilə qarşılandı.
“Didərginlər” serialının rejissoru Sergey Çekalov da işimizdən çox razı idi. Hətta serialın prodüsseri şəxsən özümə dedi ki, rejissor Azərbaycan aktyorlarından çox razıdır. Rolum çox maraqlıdır. Tarixi bir serialdır. Ümid edirəm və buna çox inanıram ki, davamlı olacaq.
- Zahirən soyuq və sərt qadın təsiri bağışlayırsınız. Amma mən sizi müxtəlif situasiyalarda müşahidə etmişəm. Görmüşəm ki, siz nə qədər mərhəmətli, kövrək, gənc həmkarlarınıza həmişə dəstək olmağa çalışan bir qadınsınız. Bəs zahirən sərt görünməyiniz nəylə bağlıdır? Bəlkə özünüz insanlarla məsafə saxlamaq üçün bu cür görünməyə çalışırsınız? Daxilinizdə isə tamamilə başqa bir insan var.

- Yox, bu qətiyyən maska deyil. Bu cizgiləri mənə Yaradan bəxş edib. Mən atama bənzəyirəm. O da çox həlim, ürəyiyumşaq insan idi. Amma zahiri sifət cizgiləri olduqca sərt idi. Bəzən güzgüyə baxanda özüm də öz ciddiyyətimdən qorxuram. Məni yaxından tanıyan insanlar xarakterimə bələddirlər, bilirlər ki, mən necə insanam. Amma məncə, qadın kənardan ciddi görünsə daha yaxşıdır. Xüsusən də sənət adamı olan qadın.
- Hüsniyyə xanım, indiyə qədər arzusunda olduğunuz rol olubmu ki, onu hələ də oynamamısınız?

- Bilirsiniz, mənim üçün rejissorun məni hansı rolda görməsi daha maraqlıdır. O ki qaldı öz istəyimə, çox istərdim ki, Ledi Maqbeti oynayım. Natəvan haqqında film çəkilsə, Natəvan obrazını oynamaq istərdim.
- Maraqlı söhbət üçün təşəkkür edirəm! Doğum gününüzdə sizə uzun ömür, can sağlığı arzulayıram. Hər zaman səhnəmizdə olasınız!

- Çox sağ olun. Mən sizə təşəkkür edirəm.
Söhbətləşdi: Kənan HACI
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 İyun 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri