Icma.az
close
up
RU
I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

“Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunan I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində "İctimai birlik və məşğulluq siyasətləri" adlı üçüncü panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, panel sessiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov moderatorluq edib.

Panel sessiyada çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslərlə əlaqədar bir sıra stimullaşdırıcı tədbirlər mövcuddur və əlilliyi olan vətəndaşların işlə təmin olunmasına diqqət yetirilir: "Bununla bağlı müxtəlif stimullaşdırıcı alətlər mövcuddur, məsələn, kvotalar tətbiq olunur və onların işçilərin sayına görə differensial faizlərlə tətbiq edilməsi nəzərdə tutulur. Kvotaların dövlət sektorunda da tətbiq olunması çox vacibdir. Digər stimullaşdırıcı alətlərin də tətbiq edilməsi vacibdir. Gəlir vergisindən azadolunma halları var. Müharibə əlilliyi olan vətəndaşların hüquqları daha çoxdur. Eyni zamanda, bir çox məzun hər il oxşar sahələrdə işlə təmin edilir, yəni praktiki olaraq fəaliyyətlər mövcuddur. Təşviqedici və stimullaşdırıcı alətlərlə yanaşı, məlumatlandırma və maarifləndirmə işlərinin aparılması vacibdir. Biznesin sosial məsuliyyətinin artırılması tələb edilir, çünki cəmiyyət inklüziv olanda daha dayanıqlı inkişaf edir".

Beynəlxalq ekspert Yahya Zuhir deyib ki, ölkələrdə inklüziv məşğulluğun tətbiqi düşünüldükdə və ya bu istiqamətdə fəaliyyətə başladıqda, ilk növbədə, iri şirkətlərə üstünlük vermək lazımdır: "İmkan daxilində dövlət şirkətlərinə diqqət yetirmək lazımdır.

Qətər və Birləşmiş Ərəb Əmirliklərində həyata keçirdiyimiz layihələrdən nümunələr gətirəcəyəm. Bu ölkələrdə çox uğurlu təcrübəmiz və yaxşı nəticələrimiz olub. İri şirkətlərə üstünlük verməyin səbəbi onların çoxsaylı işçi heyətinə malik olması və fəaliyyətlərinin müəyyən struktura uyğun qurulmasıdır. Belə şirkətlərdə iş proseslərinin bütün mərhələləri, eləcə də iş şəraitinin uyğunlaşdırılması və idarəetmə mexanizmləri aydın şəkildə müəyyən edilir. Kiçik şirkətlərdə isə strukturlaşma ilə bağlı problemlər yarana bilər".

Türkiyənin Sobe şirkətinin nümayəndəsi Alperen Sağdıç bildirib ki, yerli özünüidarəetmə orqanı ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən bir model yaradıblar və bunu bələdiyyənin törəmə müəssisəsi kimi də xarakterizə edə bilər: "Hazırda 400 şagirdimiz var. Bu şagirdlərin arasında ən kiçiyi 10 aylıqdır, ən böyüyünün isə 45 yaşı var. Ailələrin ehtiyacları dəyişdikcə xidmətlərimiz də genişlənib. Əvvəlcə ailələr təhsil almaq üçün bələdiyyəyə müraciət ediblər. Həmin uşaqlar böyüyüblər və artıq işə ehtiyacları yaranıb. Biz də onlar üçün məşğulluq imkanları yaratmağa çalışmışıq. Hazırda 12 autizmli şagirdimiz müxtəlif müəssisələrdə faktiki olaraq işləyir".

Onun sözlərinə görə, autizmli şəxslərin məşğulluqda az iştirak etməsini onların bacarıqsızlığı ilə əlaqələndirmək olmaz: "Autizmli bir yetkinə müvafiq təlim keçmədən onun müəyyən işi bacarmadığını söyləmək nə reallığa uyğundur, nə də düzgün yanaşmadır. Bu gənclərə fürsət verildikdə nələrə qadir olduqlarını bir çox nümunədə görmüşük. Ona görə də hesab edirəm ki, əsas problem cəmiyyətin bu sahədə məlumatlılığının və maarifləndirilməsinin aşağı səviyyədə olmasıdır. Təəssüf ki, autizmli şəxslərə hələ də əqli məhdudiyyəti olan insanlar kimi yanaşılır".

Panel sessiya sual-cavabla işini yekunlaşdırıb.

Müxbir- Günel Türksoy

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri