Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 oktyabr, AZƏRTAC
Dəstəklənən məşğulluq modelini fəaliyyətimizin əsas istiqamətlərindən birinə çevirmişik. Bu model göstərir ki, düzgün hazırlıq, fərdi dəstək, işəgötürənlərlə həmrəyliklə neyrorəngarəng gənclər real iş mühitində uğur qazana bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında çıxış edərkən deyib.
O bildirib ki, hazırda 19 neyrorəngarəng gəncin dəstəklənən məşğulluq modeli çərçivəsində əmək fəaliyyəti ilə məşğul olması onların bacarıqlarını göstərməsi, öz gələcəklərini qurması və cəmiyyətə töhfə vermək imkanına sahib olması deməkdir: "Eyni zamanda, bu, daha çox insana çatmaq üçün qarşımızda hələ böyük işlərin olduğunu xatırladır. İnklüziv məşğulluq yalnız bir təşkilatın, şirkətin və ya bir dövlət qurumunun məsuliyyəti deyil, bu, hamımızın ortaq məsuliyyətidir. Dövlət siyasəti, işəgötürənlərin iradəsi, ailələrin dəstəyi, mütəxəssislərin peşəkarlığı və vətəndaş cəmiyyətinin təşəbbüsləri ilə bir araya gəldikdə davamlı dəyişiklik yaratmaq mümkündür".
Qeyd edək ki, neyrorəngarənglik termini beynin funksiyalarının, o cümlədən öyrənmə, diqqət və ya sosiallaşma formalarının tipik insanlardan fərqli olmasını ifadə edir.
Müxbir - Günel Türksoy
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Oktyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















