I Liqanın bombaridiri: “Bu, Allahla mənim aramda olan bir sirrdir”
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Zaqatala" ilə oyunda daha böyükhesablı qələbə gözləyirdim". Bu sözləri Sport24.az-a açıqlamasında "Gəncəbasar"ın futbolçuu Dilyen Açemi deyib.
Kamerunlu hücumçu komandasının Birinci Liqanın 6-cı turunda "Zaqatala"ya qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:
"Rəqibə hörmətlə yanaşırıq, amma düşünürəm ki, daha çox qol vura bilərdik. Bizim də digər komandalar kimi əsas hədəfimiz mövsümün sonunda çempionluğu qazanmaqdır. Ancaq qarşıda uzun yol var və hələ bizi çoxlu çətin oyunlar gözləyir".
21 yaşlı futbolçu bombardirlər yarışındakı liderliyini qorumaq istədiyini bildirib:
"Bombardirlər yarışında liderliyi mövsümün sonuna qədər qoruyub saxlaya biləcəyimi indidən demək çətindir. Əsas odur ki, komandama fayda verim və qollarımla komandaya faydalı olum. Mövsümün sonunda necə olacağını zaman göstərəcək. Vuracağım qolların sayına gəlincə, bunu açıqlamaq istəmirəm. Bu, Allahla mənim aramda olan bir sirrdir".
Qeyd edək ki, 6 oyuna 12 qol vuran hücumçu I Liqanın bombardiridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 23 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















