Icma.az
close
up
RU
MƏNİM MÜSAHİBLƏRİM (Şeytanla, İnsanla və Allahla müsahibə)

MƏNİM MÜSAHİBLƏRİM (Şeytanla, İnsanla və Allahla müsahibə)

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

I.Şeytanla müsahibə

Mən onu başqa cür, nə isə qorxulu bir məxluq kimi təsəvvür edirdim. Amma kostyumda, qalstukda görəndə, Vallah, heyrətləndim. Hələ, deyəsən bizim tarixi qəzetlərin birinin redaktoruna oxşayırdı. Saç-saqqalına dən düşmüşdü, əllini ötmüşdü. Amma, necə deyərlər, viddi, görkəmli adam idi. Mən heyrətimi gizlədə bilmədim, sözlə ifadə etdim, “mən sizi başqa cür təsəvvür edirdim” dedim...

- Tüklü, buynuzlu, üzü dalından qırmızı – elədir?! Qələm düşmən əlindədir, məni istədiyiniz kimi təsəvvür, hətta təsvir edirsiz. Amma mən mələyəm, sizin kimi palçıqdan yox, işıqdan yaranmışam, istədiyim cildə girə, istədiyim yerə gedə bilirəm. Mən hər yerdə varam, eyni zamanda heç yerdə yoxam, məni təsəvvür etmək olar, amma təsvir etmək olamaz...

-Siz kimsiz, hardan gəlib hara gedirsiz?

-Sizin dillə desək, mən siyasətçiyəm, Yer üzündə insanların səsini almaq, Baş nazir olmaq istəyirəm. Mənim Prezident kürsüsündə, yəni Allahın yerində gözüm yoxdur, yerimi bilirəm. Amma insanların rəğbətini qazanmaq, səsini almaq üçün cilddən cildə girirəm, bütün mümkün, hətta qeyri-mümkün yollardan istifadə edirəm. Siyasət ictimai rəyi ələ almaq və idarə etmək sənətidir, mən də bu sənətin sənətkarıyam. Həmişə olmasa da, bəzən istədiyimə nail oluram, insanlar Allaha inansalar da, mənim arxamca gəlirlər...

-Sizin neçə yaşınız var?

-Maraqlı sualdır... Allah məni mələk kimi yaradıb, amma mən Cənnətdə insanı yoldan çıxartmışam, ona gərə onunla birlikdə Yer üzünə sürgün olunmuşam. Məlum olduğu kimi, Yer üzünə 124 min peyğəmbər gəlib, deməli mən hətta 1-ci peyğəmbərdən də yaşlıyam. Axı, Allah peyğəmbərləri insanlara mənə qarşı mübarizədə kömək, dəstək kimi göndərib. Amma mənə hələ də öz işimdəyəm...

-Axı bu, necə olur, deyirlər Allahın icazəsi olmadan bir yarpaq da düşmür... 

-Bəli, amma Allah da insana hər şeyi hazır vermir. Bir dəfə hazır verdi, Cənnətə göndərdi, nəticəsi də məlumdur. Odur ki, Allah insanları bu dünyada sınaqdan, neçə deyərlər “qıl körpü”dən keçirir, bu körpünün qurucusu, sahibi də mənəm. İnsan o dünyada Cənnətə, ya Cəhənnəmə düşmək üçün bu dünyada mənim körpümdən keçməlidir...

Müsahibimin son sözləri özünə də ləzzət edir, gülümsəyir. Pencəyinin cibindən qara bir qutu, qutudan da qara bir siqar çıxarır, damağına qoyub barmağı ilə alışdırır. Mən təəccübümü gizlətmirəm:

-Siz siqaret çəkirsiz?!

-Tütün yarpağından, opium zambağından, üzüm suyundan istifadəni insanlara mən öyrətmişəm. Siqareti, narkotikləri, şərabı mən kəşv etmişəm, yaratmışam...

-Siz yarada bilirsiz?!

-Mən Allah deyiləm, həyat yarada, can verə bilmərəm, amma mənə lazım olan cansız cisimləri yarada və öz məqsədlərim üçün istifadə edə bilirəm. Mən siyasətçiyəm, siyasi məqsədlərimə çatmaq üçün tütün mənim yüngül, şərab orta ağır, narkotik isə ağır silahlarımdır...

-Yaxşı, mən necə bilim ki, siz yalan danışmırsız, axı yalanı da siz yaratmısız?!

-Deyəsən, Allah kitablarını çox oxuyursuz?! Narahat olmayın, bu, ritorik sualdır. Hətta Allah kitablarında mənim haqqımda yazılanlar Allah sözü deyil, insanların əlavəsidir. Bəli, qələm yenə düşmən əlindədir. Təkrar edirəm, Allah istəməsəydi, lazım bilməsəydi, məni yaratmazdı, yaşatmazdı. Mən sizə yalan təklif edirəm, Allah kitab, peyğəmbər göndərir, həqiqət göstərir. Siz yalanı seçirsiz – bu, mənim günahım deyil, sizin günahınızdır.

-Sizin əsas məqsədiniz nədir?

-İnsanları Allah yolundan uzaqlaşdırmaq, öz tərəfimə çəkmək. Axı, mən siyasətçiyəm....

-Sizin əsas düşmənləriniz kimdir?

-İşıqlı, ədalətli adamlar, dünyanın işlərindən baş çıxaran ziyalılar. Onlar mənə işləməyə, siyasi məqsədimi həyata keçirməyə mane olurlar...

-Sizin əsas arzularınız nədir?

-Məşhur olmaq, gündəmdə qalmaq, insanları öz tərəfimə çəkmək, onlara rəhbərlik etmək. Mən dünyanı Allah kimi idarə edə bilməsəm də, insanları Allah kimi idarə etmək istəyirəm. Bəsdir, ya yenə deyim?!

-Siz insanları necə yoldan çıxarırsız?!

-Mən əsas silahlarımı dedim, əsas yollarım isə, yalan və yaltaqlıqdır. Mən yaxşı psixoloqam, insanların zəif və güclü yerlərini bilirəm, seçirəm. Seçdiyim insanlara şərab, ya da pul verirəm.  Doğrudur, bunlar insana zibil vermir, amma zibillərini üzə çıxarır. Kimin zibili çoxdur, onlara vəzifə verirəm, irəli çəkirəm. Onlar da şan-şöhrətin, var-dövlətin əsirinə çevrilir, bunları qorumaq üçün müharibələr edir, insanları məhv edir, mənə xidmət edir. Doğrudur, işıqlı adamlar, ziyalılar buna etiraz edir, kasıbları birləşdirmək, hətta mənə qarşı mübarizə etmək istəyir, ədalətli dünya qurmaq istəyir. Amma mən bunun qarşısını alıram, imkan vermirəm. “Qismətdən artıq yemək olmaz”, “dünyanın malı dünyada qalacaq”, “hamı 7 metr ağ aparacaq”, “kəfənin cibləri olmur” və s. kimi mənasız sözlərlə kasıbları aldadıram, ədalətli mübarizədən uzaqlaşdırıram, yalana, yaltaqlığa alışdırıram.  

-Sizin yəqin çoxlu köməkçiləriniz var, hər yerə eyni zamanda çata və hər şeyi eyni zamanda edə bilirsiniz?!

-Allah da təkdir, mən də təkəm. Amma mən dedim ki, sizin kimi palçıqdan yaranmamışam, işıqdan yaranmışam. İşıq sürəti ilə hərəkət edə, hər yerə gedə, cilddən cildə girə bilirəm. Həm də mənim vəzifə verdiyim, irəli şəkdiyim insanlar, faktiki olaraq, mənim partiyamın üzvləridir, mənim əvəzimə hər yerə gedir, hər şeyi edirlər. Mən hər şeyə, zir-zibilə əlimi bulamıram. 

-Siz çox güclüsünüz, amma kimdənsə qorxursunuz?!

-Bəli mən çox güclüyəm, amma qorxuram, Allahdan qorxuram. Hiss edirəm ki, Allah da mənim işləklərimdən bezir, həm də insanların ah-naləsini eşidir, məni cəzalandırmaq istəyir. Artıq insanlar da bunu hiss ediblər, Qiyamət gününün yaxınlığı, xristianların İsa Məsihin, müsəlmanların İmam Mehdinin qayıdacağı və Yer üzündə mənim hakimiyyətimə son qoyacağı haqqında nağılları buna işarədir. Doğrudur, mən bu nağıllara inanmıram, amma Allahın cəzasından qorxuram.

-Bu, nə vaxt baş verəcək, baş verəcəkmi?!

-Mən bu suala cavab verə, Allahın işinə qarışa bilmərəm. Ancaq onu deyə bilərəm ki, baş verəcək... Mən bunu hiss edirəm... Mənim vaxtım azdır, getmək istəyirəm...

Müsahibim ayağa durur, mən də qalxıram. Mənə mənalı-mənalı baxır...

-Mən sənə nə kömək edə bilərəm?

-Siz mənə kömək edə bilərsiz?!

-Mənim sizin mətbuatda adamlarım çoxdur, sən də tanıyırsan, lazım olanda onların xidmətindən istifadə edirəm. Elə səninlə görüşə də, onlardan birinin qiyafəsində gəlmişəm...

Qalib ARİF 

(Ardı olacaq...)

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Fevral 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see248

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see122

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see120

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri