I Qarabağ müharibəsinin itkin şəhidi ilə Göyçayda vida mərasimi keçirilir
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Behbudov Daşqın Nəsrəddin oğlunun nəşi uzun müddətdən sonra Göyçay rayonunun Mırtı kəndində ailəsinə təhvil verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, kənd sakinləri, şəhidin doğmaları, qazilər, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və ictimaiyyətin iştirakı ilə kənddə vida mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər bildiriblər ki, Daşqın Behbudov Vətənin azadlığı uğrunda canından keçən qəhrəman oğullardan biridir. Onun cəsarəti, fədakarlığı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Mırtı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, D.Behbudov əvvəllər İmişli rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu. O, 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində gedən şiddətli döyüşlər zamanı itkin düşmüşdü.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 Mart 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















