Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyevlə vida mərasimi FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Ayaz Zərbalıyevin nəşi böyüyüb boya başa çatdığı Göyçayın Potu kəndindəki ata evinə gətirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay şəhər şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Zərbalıyev Ayaz Əsgəralı oğlu 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonu, Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.


Bizim.Media, Aran bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Sentyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















