Icma.az
close
up
RU
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur

IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"IAA Market Alliance"ın rəsmi nümayəndəsi "CarGo Logistic Azerbaijan" beynəlxalq IAA şirkəti ilə birlikdə Bakıda yeni hərrac mərkəzinin açılışını rəsmi olaraq elan edib.

Tədbir IAA şirkətinin nümayəndələrini, "CarGo Logistic Azerbaijan"ın rəhbərliyini, yerli dilerləri və mətbuat nümayəndələrini bir araya gətirib. Tədbir bir neçə əsas hissədən ibarət olub. Tədbirin atmosferi bu hadisənin Azərbaycanın avtomobil bazarının inkişafı üçün nə dərəcədə strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

Yeni ofis IAA-nın Qafqaz regionunda genişlənməsində əsas əlaqələndirmə nöqtəsinə çevriləcək. Bu tərəfdaşlıq sayəsində Azərbaycandakı müştərilər IAA şirkətinin qlobal rəqəmsal hərrac platformasına birbaşa çıxış əldə edəcək, "CarGo Logistic Azerbaijan"ın peşəkar komandasının təcrübəsindən faydalanaraq yeni xidmət standartını hiss edəcəklər.

"Biz Azərbaycanda bu mühüm hadisəni "CarGo Logistic Azerbaijan"la birlikdə qeyd etməkdən məmnunluq duyuruq. Yeni ofis sürətlə inkişaf edən bu bazarda müştərilərə dünya səviyyəli xidmət göstərmək öhdəliyimizi gücləndirir", - deyə IAA şirkətinin qlobal bazarın inkişafı üzrə rəhbəri Trent Haynes bildirib.

"Bizim üçün Azərbaycanda "IAA Market Alliance"ın tərəfdaşı kimi fəaliyyətə başlamaq təkcə qürur mənbəyi deyil, həm də bütün bazar üçün mühüm fürsətdir. Əminik ki, IAA şirkətinin qlobal potensialını "CarGo Logistic Azerbaijan"ın yerli təcrübəsi ilə birləşdirmək müştərilər üçün yeni şəffaflıq və etimad səviyyəsi yaradacaq", - deyə "CarGo Logistic Azerbaijan"ın direktoru Mişeli Çikvatiya vurğulayıb.

Tədbirin təqdimat hissəsindən sonra IAA və "CarGo Logistic Azerbaijan" şirkətləri arasında strateji ittifaq haqqında müqavilə imzalanıb. Ardınca keçirilən mətbuat konfransı zamanı mətbuat nümayəndələrinin əməkdaşlıq perspektivləri ilə bağlı sualları cavablandırılıb.

"Global Media Group"un sualını cavablandıran Trent Haynes deyib:

"Təqdimatda artıq bu layihənin unikallığını vurğuladıq. Layihə IAA şirkətinin xidmətlərinin və "CarGo Logistic Azerbaijan"ın imkanlarının əsas üstünlüklərini Azərbaycanda bir araya gətirir. Azərbaycan bizim üçün hər zaman perspektivli bazar olub, lakin yeni Bakı ofisinin açılması xüsusi hadisədir. Bu, əlverişli məkanda yerləşən, müştərilər üçün qovşağa çevrilməyə hazır güclü komandası olan müasir məkandır. Ötən il ərzində biz bazarı ətraflı şəkildə öyrəndik, "CarGo Logistic Azerbaijan" ilə görüşdük və onların etibarlı tərəfdaş olduğuna əmin olduq. Bugünkü açılış birgə fəaliyyətin nəticəsi və hər iki şirkət üçün vacib mərhələdir".

Qeyd edək ki, IAA Amerika Birləşmiş Ştatlarından sığorta hadisəsi baş vermiş və istifadə edilmiş avtomobillərin alqı-satqısı üçün nəzərdə tutulmuş aparıcı qlobal rəqəmsal platformadır. 200-dən çox filialı olan şirkət il ərzində 9300-dən çox hərrac keçirir və 2 milyondan çox nəqliyyat vasitəsi satır. Onun alıcıları sırasında Azərbaycan daxil olmaqla 170-dən çox ölkənin nümayəndələri var.

Yeni Bakı ofisi müştəri dəstəyi, diler əməkdaşlığı və bazarın inkişafı üçün qovşaq rolunu oynayacaq. Azərbaycanlı müştərilər qlobal imkanları "CarGo Logistic Azerbaijan" şirkətinin yerli təcrübəsi ilə birləşdirməklə IAA platforması vasitəsilə qlobal nəqliyyat vasitələri inventarına birbaşa çıxış əldə edə biləcəklər.

Əlaqə üçün:

Telefon: ‪(012) 504-27-28.

E-mail: [email protected].

Ünvan: Bakı, Cəfər Cabbarlı küçəsi, 24.

Veb-sayt: cargologistic.az.

"Instagram": www.instagram.com/cargologistic.az.

"Facebook": www.facebook.com/profile.php?id=61576756321814.

"TikTok": www.tiktok.com/@cargologisticaz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri