Icma.az
close
up
RU
Azərbaycanın əczaçılıq sənayesi yeni mərhələyə qədəm qoyur

Azərbaycanın əczaçılıq sənayesi yeni mərhələyə qədəm qoyur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılması idxaldan asılılığın azalmasına  yeni imkanlar açır

Əczaçılıq sənayesi müasir iqtisadiyyatın sənaye istehsalı və biznes fəaliyyətində xüsusi yer tutmaqla bərabər, həm də milli təhlükəsizlik və sosial dayanıqlılıq baxımından strateji əhəmiyyət daşıyır. Dərman vasitələrinin davamlı təchizatının həyata keçirilməsi, əhalinin keyfiyyətli və əlçatan preparatlarla təmin olunması, fövqəladə vəziyyətlərdə xarici təchizat zəncirlərindən asılılığın minimuma endirilməsi hər bir dövlətin səhiyyə siyasətində mühüm istiqamətlərindən biridir. Buna görə də respublikamızda son illər əczaçılıq istehsalının genişləndirilməsi istiqamətində reallaşdırılan layihələr ölkənin qeyri-neft sənayesinin inkişaf strategiyasının mühüm elementlərindən biri kimi diqqət çəkir.  

Prezident İlham Əliyevin oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirakı da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni müəssisənin fəaliyyətə başlaması Azərbaycanda dərman istehsalının sənaye miqyasının genişləndirilməsi, məhsul çeşidinin artırılması, müasir texnologiyaların tətbiqinə üstünlük verilməsi, idxalın müəyyən hissəsinin yerli istehsalla əvəzlənməsi və gələcəkdə yerli istehsal olan dərmanların xarici bazarlara çıxarılması üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.  

                          Əczaçılıqda artan istehsal dinamikası

Son illərin göstəriciləri respublikada  əczaçılıq sənayesində formalaşan müsbət dinamikanı aydın nümayiş etdirir. 2026-cı ilin ilk 6 ayında ölkədə əczaçılıq məhsullarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artıb. Bu, kifayət qədər yüksək artım tempidir və sahəyə göstərilən dövlət dəstəyinin, yeni istehsal müəssisələrinin yaradılmasının və investisiya fəallığının nəticələrinin artıq sənaye statistikasında öz əksini tapdığını göstərir.

Lakin burada istehsal artımı ilə bərabər, onun struktur xarakteri də mühüm əhəmiyyət daşıyır. Çünki əczaçılıq sənayesində istehsal olunan məhsulların çeşidi genişləndiyi, yüksək əlavə dəyər yaradan preparatların payının artdığı, istehsalda texnoloji dərinliyin təmin olunduğu və yerli müəssisələrin tədricən regional bazarlara çıxışının reallaşdığı şəraitdə daha böyük iqtisadi nəticə yaranır.  

Azərbaycan üçün qarşıdakı mərhələdə əsas vəzifələrdən biri də məhz əczaçılıq məhsullarının istehsalında kəmiyyət artımını keyfiyyət və texnoloji inkişafla tamamlayaraq, rəqabətqabiliyyətli, eləcə də ixracyönümlü sənaye ekosistemi yaratmaqdan ibarətdir. Bu proses ölkənin ümumi sənaye siyasətinin məntiqinə də uyğundur. Çünki neft və qaz sektorunda formalaşan iqtisadi imkanlardan istifadə etməklə qeyri-neft sənayesinin inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması və əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Əczaçılıq isə yüksək əlavə dəyər, texnoloji tutum və insan kapitalına tələbat baxımından bu strategiyanın ən perspektivli sahələrindən biri kimi diqqət çəkir.  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTM) qiymətləndirmə şöbəsinin əməkdaşı Sevinc Cabbarovanın sözlərinə görə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkədə dərman və tibb vasitələrinin, eləcə də dərman maddələrinin istehsalının təşkilinə dəstək verilməsi isə ayrıca istiqamət kimi müəyyənləşdirilib. Sənəddə yeni dərman vasitələrinin və dərman maddələrinin istehsalının artırılması, onların keyfiyyətinin yoxlanılması və müvafiq qeydiyyat mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Buna görə də müasir əczaçılıq sənayesi, sadəcə, zavod və avadanlıqdan ibarət deyil. Burada elmi-tədqiqat, xammal təminatı, laboratoriya infrastrukturu, keyfiyyətə nəzarət, sertifikatlaşdırma, müasir logistika, kadr hazırlığı, tənzimləyici mexanizmlər və satış şəbəkələrinin vahid sistem təşkil etməsi qarşıya önəmli vəzifə kimi qoyulub. 

Bu baxımdan Pirallahı Sənaye Parkında yeni müəssisənin fəaliyyətə başlaması həmin sistemin mühüm həlqələrindən birinin gücləndirilməsi deməkdir. Xatırladaq ki, “Gen Pharma Caucasus Manufacturing Operations” müəssisəsinə yatırılan 113,9 milyon manatlıq investisiya da layihənin miqyasını göstərən mühüm göstəricidir. Müəssisənin illik istehsal gücünün 60 milyon qutu dərman təşkil etməsi isə Azərbaycanın yerli əczaçılıq istehsalında ciddi istehsal potensialının formalaşdığını göstərir.

Daha mühüm məqam isə növbəti 5 il ərzində 500-dən artıq preparat istehsalının buna uyğun yerli məhsullarla təşkilinin nəzərdə tutulmasıdır. Bu rəqəm, əslində, layihənin strateji mahiyyətini daha aydın göstərir. Çünki söhbət təkcə bir müəssisənin istehsal gücündən deyil, yüzlərlə preparatın tədricən ölkə daxilində istehsal edilməsindən gedir. Yerli istehsalın genişləndirilməsi isə idxaldan asılılığın azalmasına, daxili bazarda təchizat sabitliyinin yüksəlməsinə və ölkənin əczaçılıq üzrə istehsal zəncirinin möhkəmlənməsinə imkan verir.  

                                2,5 milyard tablet və kapsul  

Bu məsələdə illik 2,5 milyard tablet və kapsul istehsalı imkanını təkcə istehsal həcmi kimi qiymətləndirmək düzgün olmazdı. Bu göstərici, eyni zamanda, daxili bazarın dərman təminatında yerli istehsalın rolunun artırılması üçün mühüm baza yaradır.

İİTM-nin əməkdaşı söhbətində bildirdi ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəlməsi, səhiyyə xidmətlərinin genişlənməsi və əhalinin tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşması dərman vasitələrinə tələbin artmasına gətirib çıxarır. Ekspertlərin fikrincə, 2021–2025-ci illərdə dərman vasitələri və tibbi ləvazimatların alınmasına yönəldilən istehlak xərclərinin 70 faiz çoxalması da bunu aydın göstərir. Bu dinamika bir tərəfdən əhalinin dərman məhsullarına olan tələbinin yüksəldiyindən xəbər verirsə, digər tərəfdən daxili istehsal üçün genişlənən bazarın mövcudluğuna işarə edir.

Burada iqtisadi siyasət baxımından mühüm bir sual yaranır: artan tələbatın hansı hissəsi yerli istehsal, hansı hissəsi isə idxal hesabına qarşılanır? Yerli istehsalın genişlənməsi bu suala tədricən yeni cavab formalaşdırmağa imkan verir. Belə ki, əgər daxili bazarın ehtiyac duyduğu daha çox sayda preparat ölkə daxilində istehsal edilirsə, həmin məhsullar üzrə idxal xərclərinin azalması ilə bərabər, istehsal, logistika, qablaşdırma, laboratoriya, texniki xidmət və digər əlaqəli sahələrdə də əlavə iqtisadi fəallıq yaranır.

Beləliklə, dərman istehsalının yerli məhsullarla təminatı təkcə bir məhsulun idxalını əvəz etmir. O, həm də ətrafında bütöv bir əlavə dəyər zəncirinin yaranmasına əlverişli şərait yaradır. Əczaçılıq sahəsində idxaldan asılılığın azaldılması isə iqtisadi nəticələrlə yanaşı, strateji əhəmiyyət də daşıyır.

Son illər dünyada baş verən pandemiyalar, geosiyasi qarşıdurmalar, nəqliyyat-logistika problemləri və beynəlxalq təchizat zəncirlərində yaranan fasilələr göstərdi ki, strateji məhsullar üzrə həddindən artıq xarici asılılıq istənilən ölkə üçün risk yarada bilər. Dərman vasitələri də belə məhsullar sırasında xüsusi yer tutur. Dünya təcrübəsində daha çox ölkə son illər yerli dərman istehsalını təşviq etməyə, strateji əhəmiyyətə malik dərman vasitələrinin milli ehtiyatlarını formalaşdırmağa və strateji əczaçılıq məhsulları istehsalını ölkə daxilində saxlamağa daha çox diqqət yetirir.

Azərbaycan üçün də bu təcrübənin əhəmiyyəti böyükdür. Məqsəd heç də bütün dərman vasitələrini daxildə istehsal etmək deyil. Bu, iqtisadi baxımdan da səmərəli yanaşma olmazdı. Əsas hədəf strateji və geniş istehlak olunan preparatlar üzrə yerli istehsal imkanlarını genişləndirmək, məhsul çeşidini artırmaq və təchizat zəncirində ölkənin dayanıqlılığını yüksəltməkdir. Bu baxımdan 500-dən artıq preparatın lokallaşdırılması planı xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan yerli istehsalın artırılması ilə bazarda rəqabətin gücləndirilməsi arasında birbaşa əlaqə mövcuddur. Belə ki, yerli istehsalçıların sayı və məhsul çeşidi artdıqca bazar iştirakçıları arasında rəqabət də güclənir. Rəqabət isə, öz növbəsində,  keyfiyyətin yüksəldilməsi, istehsal xərclərinin optimallaşdırılması və istehlakçı üçün daha əlverişli qiymətlərin formalaşmasına stimul yaradır.

Lakin burada mühüm şərt keyfiyyət standartlarının qorunmasıdır. Əczaçılıq məhsullarında qiymət amili heç vaxt keyfiyyət və təhlükəsizlik tələblərini üstələyə bilməz. Buna görə də yerli istehsalın genişləndirilməsi ilə yanaşı, laboratoriya nəzarəti, sertifikatlaşdırma, qeydiyyat və farmakonəzarət sistemlərinin də müasir tələblərə uyğun inkişaf etdirilməsi vacibdir.

        Pirallahı Sənaye Parkı yeni sənaye klasterinin mərkəzinə çevriləcək

Yeni müəssisənin məhz Pirallahı Sənaye Parkında yerləşməsi də diqqətçəkən məqamdır. Sənaye parklarının əsas üstünlüyü təkcə investor üçün yaradılan güzəştlərlə məhdudlaşmır. Burada əsas məqsəd eyni və əlaqəli fəaliyyət sahələrinin bir məkanda cəmləşməsi, infrastruktur xərclərinin optimallaşdırılması, texnologiya və bilik mübadiləsinin sürətləndirilməsi və yeni istehsal zəncirlərinin yaradılmasıdır.

Əczaçılıq istehsalının genişlənməsi gələcəkdə Pirallahıda təkcə dərman istehsalı müəssisələrinin deyil, həm də qablaşdırma materialları, tibbi məhsullar, laboratoriya xidmətləri, logistika, texniki servis və digər əlaqəli fəaliyyətlərin də inkişafına zəmin yarada bilər. Belə bir klaster yanaşması əczaçılıq sənayesində əlavə dəyərin daha böyük hissəsinin ölkə daxilində formalaşmasına imkan verər.

Əgər hazırda bir dərmanın istehsal zəncirinin müxtəlif  mərhələləri ayrı-ayrı ölkələr arasında bölüşdürülürsə, gələcəkdə həmin zəncirin daha çox həlqəsinin  Azərbaycanda formalaşdırılması həm iqtisadi səmərəliliyi, həm də təchizat təhlükəsizliyini artıra bilər. Onu da qeyd edək ki, yeni müəssisənin perspektivlərini təkcə Azərbaycan bazarı ilə məhdudlaşdırmaq düzgün olmazdı. İstehsal olunacaq məhsulların Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracının nəzərdə tutulması respublikamızın regional əczaçılıq bazarında mövqeyini gücləndirmək üçün əlverişli imkan yaradır.

Bu istiqamətdə Azərbaycanın coğrafi mövqeyi də diqqət çəkir. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi məhsulların regional bazarlara çatdırılması üçün logistika baxımından əlavə imkanlar yaradır. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrin sürətlə genişləndiyi indiki mərhələdə əczaçılıq məhsullarının ixracı qeyri-neft ixracının şaxələndirilməsi baxımından yeni istiqamət kimi dəyərləndirilir. Özbəkistan və Qazaxıstan kimi geniş əraziyə və böyük əhali potensialına malik bazarlar, eləcə də Gürcüstan vasitəsilə daha geniş regional bazarlara çıxış Azərbaycan istehsalçıları üçün yeni imkanlar yarada bilər. Burada əsas məsələ sadəcə məhsul istehsal etmək deyil, eyni zamanda, həmin məhsulu beynəlxalq standartlara uyğun şəkildə istehsal etmək və müxtəlif ölkələrin qeydiyyat və sertifikatlaşdırma tələblərinə cavab verməkdir.

Azərbaycanın qeyri-neft ixracının artırılması uzunmüddətli iqtisadi siyasətin əsas prioritetlərindəndir. Ənənəvi qeyri-neft məhsulları ilə yanaşı, yüksək əlavə dəyər yaradan sənaye məhsullarının ixracının genişləndirilməsi bu siyasətin növbəti mərhələsini təşkil edir. Əgər Azərbaycan gələcəkdə yalnız hazır dərmanların deyil, dərman maddələrinin, tibbi məhsulların, laboratoriya texnologiyalarının və digər əlaqəli məhsulların istehsalını da genişləndirə bilsə, ölkənin əczaçılıq sənayesində yaratdığı əlavə dəyər daha da artar. Bu baxımdan yeni müəssisənin yaradılması bir istehsal layihəsindən daha geniş məna daşıyır. Bu, qeyri-neft sənayesinin texnoloji tutumunun artırılması istiqamətində atılan önəmli addımlardan biridir.

Vaqif BAYRAMOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri