IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan kosmik sənayenin inkişafına yüksək maraq nümayiş etdirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "International Astronautical Federation"ın (IAF) icraçı direktoru Kristian Fayxtinqer Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.
"Azərbaycan kosmik sahədə yüksək fəallıq göstərir və fikrimcə, bu, əsasən 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi sayəsində mümkün olub", - Fayxtinqer qeyd edib.
O vurğulayıb ki, IAF Azərbaycanın qlobal kosmik birliyinə daha çox inteqrasiyası məqsədilə ölkə ilə sıx əməkdaşlığı davam etdirir.
"Ümid edirik ki, Azərbaycanı qlobal kosmik birliyə daha dərindən inteqrasiya etmək üçün gələcəkdə yenidən Bakıya qayıda biləcəyik", - icraçı direktor deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan gənclərin kosmik sahəyə cəlb edilməsində böyük fəallıq göstərir.
"Gənclər kosmosa maraq göstərməyə başlayır və bu, bizim üçün son dərəcə vacibdir. Biz Azərbaycanın bu istiqamətdəki səylərini yüksək qiymətləndiririk. Konkret layihələr və ya təşəbbüslərə gəlincə, Azərbaycanda gəncləri cəlb edən və STEM təhsilinə marağı inkişaf etdirən akademiya yaradılıb. Tələbələr öz işlərini beynəlxalq kosmik birliyə fəal şəkildə təqdim edirlər", - Fayxtinqer bildirib.
Onun sözlərinə görə, bu, qlobal kosmik birliyə inteqrasiya və ölkənin qeyd olunan sahədə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Aprel 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















