Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

BMT Azərbaycanın davamlı inkişafını yüksək qiymətləndirir

BMT Azərbaycanın davamlı inkişafını yüksək qiymətləndirir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb. Bu barədə təşkilat rəsmi saytında məlumat yayıb. Qeyd edilib ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqlar üzrə ixtisaslaşan aparıcı BMT agentliyidir. Azərbaycanda fəaliyyət göstərdiyi 30 il ərzində əhalinin cinsi və reproduktiv sağlamlıq və hüquqların təmin edilməsi, ailə planlaşdırılması, gender zorakılığı və gender əsaslı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, demoqrafik inkişaf və s. sahələr üzrə hökumət, özəl və ictimai sektordan olan tərəfdaşları ilə birgə müxtəlif layihə və kampaniyalar həyata keçirib. Bu tədbirlərdə gender əsaslı zorakılıqla mübarizədən bəhs edilib.

Qadınlara və qızlara qarşı zorakılıq problemlərinə ictimaiyyətin diqqətini yönəltmək, internetdən təhlükəsiz istifadə qaydalarını təşviq etmək, habelə geniş əhali kütləsinə zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumat verilib. Həmçinin təhqir, təqib, şantaja məruz qalma və şəxsi məlumatların icazəsiz paylaşılması hallarından müdafiə yolları göstərilib. Uşaqların doğulanadək cins seçiminə məruz qalmasının məişət zorakılığının bir növü olduğu, bu sahədə qabaqlayıcı tədbirlərin əhəmiyyətindən danışılıb. Məişət zorakılığı və gender əsaslı zorakılıqla üzləşmiş şəxslərə müvafiq dəstək xətləri, sığınacaqlar və digər xidmətlər barədə köməklik göstərilib.

Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi reproduktiv sağlamlıq və tibbi ləvazimatlardan ibarət dəst tədarük edərək ölkəmizə verib. Nümayəndəlik münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinə dəstək olub.

Bundan sonra UNFPA-nın Azərbaycanla əlaqələri Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi və qərargahı vasitəsilə davam edəcək, ölkəmizdəki ofis isə bağlanacaq. Bu, yeni reallıqların üzə çıxması, artıq bir sıra təşkilatlarla əməkdaşlığın səmərəsiz olması ilə bağlıdır. Əməkdaşlıq formatına yenidən baxılacaq təşkilatlar arasında isə BMT qurumları üstünlük təşkil edir. Yəni Azərbaycan yeni reallıqları nəzərə alaraq BMT ilə əməkdaşlığın prioritetlərinə yenidən baxır. Bu məsələni Xarici işlər naziri Ceyhun Bayramov martın 3-də ölkəmizdə səfərdə olan BMT-nin İnkişaf Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Kvi-Yeop Son ilə görüşündə də qaldırıb.

Nazir 2 mart 2025-ci il tarixinin Azərbaycanın BMT-yə üzv olaraq qəbul edilməsinin 33-cü ildonümünə təsadüf etdiyini və ötən 33 il ərzində Azərbaycanla BMT sisteminə daxil olan qurumlar arasında əməkdaşlığın səmərəli və konstruktiv şəkildə qurulduğundan məmnunluq duyduğunu bildirib.

Xatırladaq ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ərazilərinin işğalı və 1 milyona yaxın qaçqın və məcburi köçkün problemlərinin həlli üçün kənar yardımlara ehtiyacı vardı. Qaçqın düşərgələrini həmin dövrdə yerli imkanlarla saxlamaq qeyri-mümkün idi. O vaxtlar ölkəmizdə fəaliyyətə başlayan bəzi BMT qurumları ilə həyata keçirilmiş əməkdaşlıq Azərbaycanda institusional inkişaf və qabiliyyət quruculuğuna mühüm töhfələr vermişdi.

Eyni zamanda, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycanın sosial–iqtisadi tərəqqisi ölkəmizin öz daxili resurs və imkanlarına arxalanmağa şərait yaradıb. Hazırda Azərbaycan bir sıra BMT qurumları vasitəsilə bir çox ölkələrə donorluq fəaliyyəti göstərir.

Bununla əlaqədar, Azərbaycan BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirir. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcək. Birbaşa mənzil qərargahları ilə əlaqə qurulacaq. Ona görə də hesab olunur ki, bəzi beynəlxalq təşkilatların, xüsusən də beynəlxalq humanitar təşkilatların fəaliyyəti Azərbaycanda öz əhəmiyyətini itirib. Daha əvvəl həll etdikləri problemlər artıq yoxdur.

Bu strukturun Azərbaycanda işi qalmayıbsa, deməli, onun ofisininn fəaliyyət göstərməsinin də mənası yoxdur. Artıq BMT bu resursları konkret böhran zonalarına, onlara ən çox ehtiyacı olan ölkələrə yönəldə bilər.

Milli Məclisin deputatı Fatma Yıldırım bildirdi ki, son illər Azərbaycanın inkişafı beynəlxalq aləmin, xüsusilə böyük iqtisadi-siyasi güc mərkəzlərinin diqqətindədir: “Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqlar və bu reallıqların nəticə etibarı ilə yeni nizama verdiyi töhfələr təqdir edilir. Təsadüfi deyil ki, dünyanın aparıcı siyasi-iqtisadi mərkəzləri, dövlətləri və təşkilatları Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını həm əyani surətdə bildirir, həm də apardıqları siyasətlə nümayiş etdirirlər. Azərbaycan isə regional təhlükəsizliyə verdiyi töhfələrlə gələcək iqtisadi-siyasi nizamın dayaqlarını daha da möhkəmləndirir. Ən mühüm logistik mərkəz olaraq qlobal ticarətin inkişafına, siyasi inteqrasiyanın keyfiyyətinə xüsusi rəng qatır. İqtisadiyyatı dinamik inkişaf edir, gəlirləri artır”.

Aparılan uğurlu siyasət nəticəsində ötən il iqtisadi artım 4 faizi keçib. Real ümumi daxili məhsulun (ÜDM) 2025-ci ildə 3,4, 2026-cı ildə isə 3,3 faiz artacağı gözlənilir. Bu rəqəmlər əvvəlki qiymətləndirmədən 0,8 faiz yüksəkdir. 2025–2026-cı illər üzrə orta illik iqtisadi artım 3,35 faiz təşkil edəcəkdir.

2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Pərakəndə ticarət dövriyyəsi 62,2 milyard manat təşkil edib. Ölkəmizin strateji valyuta ehtiyatları da artıb. Cari ilin aprelin 1-nə strateji valyuta ehtiyatları 73,8 milyard dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir. Bu, kifayət qədər böyük rəqəmdir. Yoxsulluğun səviyyəsi də aşağı düşüb. Qısa müddət ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 10 dəfə azalıb. Bir zamanlar əgər ölkədə yoxsulluğun səviyyəsi 50 faiz idisə, indi 5 faizdən də aşağıdır.

Maliyyə imkanlarının genişlənməsi isə Azərbaycanın bir vaxtlar yardım alan ölkədən donor dövlətə çevrilməsini təmin edib və respublikamızın manevr imkanlarını genişləndirib. Hazırda Azərbaycan böhranlı vəziyyətlərlə üzləşən ölkələrə mütəmadi olaraq yardım edir. Bu cür yardımlar Asiya, Afrika, Latın Amerikası ölkələrinin bir çoxuna göstərilib. Avropa ölkələri arasında da humanitar yardım göstərdiyimiz ölkələr var. Azərbaycan ukraynalı qaçqınların ehtiyaclarının qarşılanması üçün dərman və ərzaq məhsullarından ibarət humanitar yardımlar göndərir. Eyni zamanda, SOCAR Ukraynada təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaqla dəstək verib.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri