İbrahim Qədirzadə: Milliyə düşmək üçün çox çalışmaq və daim oynamaq lazımdır
Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hesabda öndə olduğumuz oyunlarda buraxdığımız səhvlər bizi sonuncu pilləyə saldı”.
Bunu Operativ Media-ya açıqlamasında “Karvan-Yevlax” klubunun futbolçusu İbrahim Qədirzadə deyib.
O, komandasının mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, mövsümün ilk yarısı komanda üçün istənilən səviyyədə keçməyib:
“İlk yarı bizim üçün yaxşı keçmədi və bunun bir çox səbəbləri var. Bir neçə oyunda hesabda öndə ola-ola sonradan məğlub olduq. Buna baxmayaraq, çalışırıq və komandanı sonuncu pillədən çıxarmaq üçün əlimizdən gələni edirik. Qarşıda hələ çox oyun var və inşallah bunu bacaracağıq”.
Qədirzadə komandanın stabil oyun göstərə bilməməsinin səbəblərinə də toxunub. Onun sözlərinə görə, Premyer Liqaya illər sonra qayıdan komanda üçün uyğunlaşma prosesi asan olmayıb:
“Komanda Premyer Liqada yenidir və illər sonra geri qayıdıb. Bu baxımdan çətinliklərin olması normaldır. Stadion amili də rol oynadı. Amma əsas məsələ odur ki, 3-4 oyunda hesabda öndə ola-ola sonradan məğlub olduq. Həmin oyunlarda daha diqqətli olsaydıq, hazırda bu vəziyyətdən danışmazdıq. Bu səhvləri təkrarlamasaq, inanıram ki, sonuncu pillədən çıxacağıq”.
Baş məşqçi dəyişikliyindən sonra son iki oyunda forma şansı qazanmaması ilə bağlı sualı cavablandıran futbolçu bunun texniki qərar olduğunu bildirib:
“Bu, məşqçinin qərarıdır və hər şey qaydasındadır. Ondan əvvəlki oyunlarda meydana çıxmışam, aramızda heç bir problem yoxdur”.
Legioner limitinin ləğvi mövzusuna da münasibət bildirən İbrahim Qədirzadə yerli futbolçuların şanslarının azalmasından narahat olduğunu gizlətməyib:
“Əgər keyfiyyətli futbolçular gələcəksə, bu, xeyrimizə ola bilər. Amma legioner limiti olmadığı üçün daha çox əcnəbi futbolçu transfer ediləcəksə, bu nə bizim, nə də ölkə futbolunun xeyrinə olacaq”.
Bir dəfə legioner həyatı yaşadığını xatırladan futbolçu yenidən ölkə xaricində çıxış etməyə açıq olduğunu vurğulayıb:
“Belə bir variant olsa, yenidən legioner həyatı yaşamaq istərdim. Amma hazırda konkret təklif yoxdur”.
Milli komandaya çağırılmaq şansları barədə danışan Qədirzadə əsas meyarın sabit oyun və zəhmət olduğunu deyib:
“Bunun üçün çox çalışmaq və daim oynamaq lazımdır. Bunlar olarsa və etimad göstərilərsə, canla-başla millimizə kömək etməyə hazıram”.
Sonda “Xəzər Lənkəran” klubunun mümkün bərpası ilə bağlı fikirlərini bölüşən sabiq “Xəzər Lənkəran”lı azarkeş faktorunun əvəzolunmaz olduğunu qeyd edib:
“Hamıya bəllidir ki, "Xəzər Lənkəran"ı komanda edən onun azarkeşləri idi. Oynadığım dövrlərdə də, azarkeşlik etdiyim vaxtlarda da bunu görmüşəm. Onlar kimisi yoxdur. Əgər deyilənlər doğrudursa və klub yenidən qayıdarsa, çempionata maraq da artar, rəqabət də güclənər. İnşallah, bir gün geri qayıdar”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Dekabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları