İbrahim Qədirzadə: Son görüşlərdə mövsümboyu meydana az çıxanlara şans verilir
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Son oyunumuz idi deyə "Qaradağ Lökbatan"a qalib gəlmək istəyirdik. Öz səhvimizdən qol buraxdıq və qapımıza olmayan penalti təyin olundu. Sonradan çətin olsa da, qollar vura bildik. Epizodları dəyərləndirsəydik, fərqli ola bilərdi". Bu sözləri Sport24.az-a açıqlamasında"Karvan"ın futbolçusu İbrahim Qədirzadə deyib.
O, "Karvan"ın elitaya vəsiqə qazanandan sonra ardıcıl xallar itirməsinin səbəbini açıqlayıb:
"Son görüşlərdə mövsümboyu meydana az çıxanlara şans verilir. İtkilərimiz də var. Heyətimiz geniş deyil deyə, çətinlik olur. Bütün matçlara ancaq qələbə üçün çıxırıq. Liqada ikinci yeri tutmaq üçün son şansdı. "Mingəçevir"ə mütləq qalib gəlməliyik. Gümüş medal qazanmaq üçün "İmişli" də xal itirməlidir".
Qeyd edək ki, "Karvan" 26-cı turda "Qaradağ Lökbatan"la 2:2-lik heç-heçəyə razılaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 19 May 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















