İbrahimoviç: “Real” Ardanın ətrafında qurulmalıdır”
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsveçli futbol əfsanəsi Zlatan İbrahimoviç “Real”ın yarımmüdafiəçisi Arda Gülərin “Leypsiq”lə matçdakı (4:2) çıxışını yüksək qiymətləndirib.
Apasport.az xəbər verir ki, İbrahimoviç türkiyəli futbolçunun komandanın ən vacib oyunçusu olduğunu bildirib:
“Arda fərqlidir. “Leypsiq”lə oyunda onu izləyirəm və meydanda həqiqətən futbol oynayan yeganə şəxs odur. Fürsətlər yaradan da, rəqib üçün əsas hücum təhlükəsi olan da odur. Rəqiblərini sanki yoxmuş kimi keçir.
Başqalarının görə bilmədiyi məqamları görür. Topu hər dəfə qəbul edəndə məsuliyyəti üzərinə götürür. Bəli, komanda yoldaşları onu yarı yolda qoyur, amma bu, hazırda onların hamısından nə qədər üstün olduğunu göstərir. “Real”ın ən vacib oyunçusu odur. Həm də fərq böyükdür.
Joze Mourinyo onu sağ cinahda oynatmaqla potensialını boşa xərcləyir. Ardanı “10 nömrə” mövqeyinə qoymaq lazımdır ki, oyuna nəzarət etsin və rəqibləri darmadağın etsin. Belə futbolçular nadir hallarda yetişir. “Real” komandanı Arda Gülərin ətrafında qurmalıdır, əksinə yox”.
TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər Batrakov İkardi və Jardelin rekordunu təkrarladı Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU “Mançester Yunayted”də böhran böyüyür – Kerrikdən sərt açıqlama
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 22 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















