Icma.az
close
up
RU
İbtidai sinif üçün ingilis dili dərslikləri çox çətindir Valideyn NARAZILIĞI

İbtidai sinif üçün ingilis dili dərslikləri çox çətindir Valideyn NARAZILIĞI

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər valideynlər arasında ibtidai siniflərdə istifadə olunan ingilis dili dərslikləri ilə bağlı ciddi narazılıqlar müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Bir çox valideyn hesab edir ki, hazırki dərsliklər aşağı yaş qrupları üçün həddindən artıq çətindir və şagirdlərin ingilis dilini mənimsəməsinə əngəl törədir.

"Azərbaycan məktəbi üçün ingilis dili dərsliyi ingilis məktəbi üçün olan ingilis dili dərsliyi ilə eyni olmamalıdır. Kimdir bu Encila Lianas, Libbi Uilyams (dərslik müəllifləri-red.)? İngilis məktəbi üçün ingilis dili dərsliyi başqadır, Azərbaycan məktəbi üçün ingilis dili dərsliyi başqa. Doğma dilin öz tədrisi metodikası olmalıdır, əcnəbi dil kimi keçilən fənnin də öz tədris metodikası olmalıdır", - deyə paylaşımda bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutundan Oxu.az-a bildirildi ki, dünya təcrübəsində dilin tədrisi şagird kontingenti baxımından üç səviyyədə nəzərdə tutulur.

"Məlum olduğu kimi, xarici dillər bir neçə kateqoriyada tədris olunur:

- Tədris dili kimi. Bu, dilin daşıyıcılarının öyrəndikləri ən yüksək səviyyədir.

- Əsas xarici dil kimi. Məsələn, doğma dili Azərbaycan dili olan şagirdlərin öyrəndikləri xarici dil. Bu, ingilis dili, alman dili, fransız dili və s. ola bilər.

- İkinci xarici dil kimi. Məsələn, Azərbaycan dilində tədris alan və əsas xarici dili ingilis dili olan şagirdlər ikinci xarici dil olaraq alman, ərəb və s. dilləri seçə bilərlər", - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, dilin tədrisi üzrə ixtisaslaşmış hər bir nəşriyyat hər üç kateqoriya üçün dərsliklər hazırlayır.

"Macmillan" nəşriyyatı dünyada ingilis dilinin tədrisi üzrə ixtisaslaşmış ən nüfuzlu nəşriyyatlardan biri kimi hər üç kateqoriya üzrə bir neçə dərslik hazırlayıb.

İbtidai siniflər üçün "Macmillan" nəşriyyatının hazırladığı "Happy Campers" seriyalı dərslik xətti dünyanın 20-dən çox ölkəsində əsas xarici dil dərsliyi kimi geniş istifadə olunur. Həftəlik dərs saatlarının sayı, təqdim olunan materialların səviyyəsi və komplektə daxil olan resurslar baxımından, "Happy Campers" seriyasının kitabları bizim təhsil sisteminə daha uyğundur.

Bu dərslik komplektləri 2018-ci ildən etibarən təhsil sistemimiz üçün adaptasiya edilib. Bundan sonra hər bir sinif üzrə bir il sınaqdan keçirilib, müəllim, valideyn və şagird rəyləri əsasında təkmilləşdirilib və kütləvi istifadəyə verilib. Hazırda Azərbaycanın bütün məktəblərində istifadə olunan bu dərslik komplekti müəllim, valideyn, şagird və mütəxəssislər tərəfindən razılıqla qarşılanır", - deyə açıqlamada bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri