Icma.az
close
up
RU
İbtidai siniflərdə ev tapşırıqları niyə çətindir? AÇIQLAMA

İbtidai siniflərdə ev tapşırıqları niyə çətindir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İbtidai təhsildə ev tapşırıqlarının həcmi və məzmunu tədrisin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Mövcud vəziyyət göstərir ki, Azərbaycan məktəblərində bir çox valideynlər ev tapşırıqlarının çoxluğu və çətinliyindən narazıdır. Bu, təkcə ailə daxilində psixoloji gərginlik yaratmır, həm də uşaqların təhsilə münasibətini formalaşdıran mühüm göstəriciyə çevrilir. Təhlil göstərir ki, problem ev tapşırığının çoxluğunda deyil, onun pedaqoji məqsədinin düzgün müəyyənləşdirilməməsindədir. Müasir tədris prosesi şagirdin öyrənmə yükünü deyil, öyrənmə keyfiyyətini tənzimləməlidir".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə əsasən, ibtidai təhsil şagirdlərin təməl bilik, bacarıq və vərdişlərinin, həmçinin öyrənməyə marağının formalaşdırılması mərhələsidir:
"Bu mərhələdə təlimin əsas prinsipi uşağın yaş psixologiyasına və fizioloji inkişafına uyğunluqdur. Lakin praktiki vəziyyət göstərir ki, ibtidai siniflərdə tapşırıqlar çox vaxt bu prinsipi pozur. 2023-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan daxili monitorinqlərin nəticələrinə görə, ibtidai sinif şagirdlərinin 67%-i ev tapşırıqlarına gündə 1,5 saatdan artıq vaxt sərf edir. Halbuki, beynəlxalq normalara əsasən bu yaşda övladların dərsdənkənar təhsil yükü 30–45 dəqiqədən çox olmamalıdır. Bu uyğunsuzluq uşaq psixologiyasında yorğunluq, diqqət dağınıqlığı və motivasiyanın azalması kimi nəticələr yaradır.
OECD-in 2024-cü il “Education at a Glance” hesabatına əsasən, Finlandiya, Norveç və Niderland kimi ölkələrdə ibtidai sinif şagirdləri həftədə orta hesabla 2 saat ev tapşırığı yerinə yetirir. Azərbaycanda bu göstərici 8–10 saat arasındadır. Hətta Sinqapur və Cənubi Koreya kimi yüksək nəticə göstərən Asiya ölkələrində belə, ev tapşırıqları daha çox tətbiqi, yaradıcı və qrup əsaslı layihələrdən ibarətdir. Yəni, məqsəd uşaqdan əzbərləmə tələb etmək deyil, onun düşünmə bacarığını inkişaf etdirməkdir. Bu, məzmunla forma arasındakı fərqi aydın göstərir. Azərbaycanda çoxlu sayda tapşırıq verilməsi təhsil keyfiyyətinin yüksəkliyinə deyil, daha çox köhnə “nə qədər çox edərsə, o qədər öyrənər” anlayışına əsaslanır. Halbuki müasir təhsil sistemlərində az, lakin məqsədli və düşünməyə sövq edən tapşırıq üstünlük təşkil edir.
Hesab edirəm ki, Azərbaycan ibtidai təhsilində ev tapşırıqlarının çoxluğu və çətinliyi problemi yalnız kəmiyyət deyil, keyfiyyət məsələsidir. Qanunvericilikdə və dövlət standartlarında nəzərdə tutulan balans prinsipi real tədris prosesində tam təmin edilməsə də, son illərdə həyata keçirilən islahatlar bu boşluğu aradan qaldırmağa yönəlib. Müasir dünya təcrübəsi göstərir ki, təhsilin keyfiyyəti tapşırığın çoxluğu ilə deyil, onun uşağın düşünmə, analiz etmə və yaradıcılıq qabiliyyətinə verdiyi təsirlə ölçülür. Azərbaycan təhsil sistemi də artıq bu istiqamətdə dəyişir və bu dəyişiklik Elm və Təhsil Nazirliyinin son illərdə apardığı siyasətin ən uğurlu nəticələrindən biridir".
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri