Icma.az
close
up
RU
İbtidai təhsildə iki müəllim modeli tətbiq oluna bilər İctimai Şuradan TƏKLİF

İbtidai təhsildə iki müəllim modeli tətbiq oluna bilər İctimai Şuradan TƏKLİF

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində bildirib ki, sertifikasiya imtahanlarında digər fənn müəllimləri ilə müqayisədə ən aşağı nəticələri ibtidai sinif müəllimləri göstərib. Bu məqam ibtidai sinif müəllimlərinin üzərinə düşən çoxşaxəli fənn yükünün nəticələrə təsir edib-etməməsi ilə bağlı suallar doğurur. Eləcə də müzakirə olunan digər bir məsələ ibtidai tədrisin bir müəllim əvəzinə müxtəlif fənlər üzrə ixtisaslaşmış bir neçə müəllim tərəfindən həyata keçirilməsinin mümkün olub-olmaması ilə əlaqəlidir.

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, bu mövzu, əslində, təhsil sistemimizin uzun illərdir gizli qalan, amma bu gün açıq şəkildə müzakirəyə ehtiyacı olan bir nöqtəsidir.

“Nazirin qeyd etdiyi sertifikasiya nəticələrində ibtidai sinif müəllimlərinin daha aşağı bal toplaması tək bir səbəblə izah olunmur, amma burada ən önəmli amillərdən biri onların üzərinə düşən həddindən artıq fənn yüküdür. İbtidai sinif müəllimi həm Azərbaycan dili, həm riyaziyyat, həm həyat bilgisi, həm məntiq, həm də bacarıq yönümlü fəaliyyətləri təkbaşına aparır. Bu isə bir müəllimdən həm humanitar, eləcə də dəqiq elmlərə eyni səviyyədə bələd olmağı tələb edir ki, bu da real deyil.

Dünya təcrübəsinə baxdıqda da görürük ki, bu model yalnız inkişaf etməkdə olan ölkələrə xasdır. Finlandiya, Estoniya, Sinqapur və Cənubi Koreya kimi təhsil nəticələri yüksək olan ölkələrdə ibtidai mərhələdə müəllimlər sahə üzrə ixtisaslaşır - yəni bir müəllim dili, digəri isə riyaziyyatı tədris edir. Hətta bəzi ölkələrdə ibtidai riyaziyyat xüsusi hazırlıq keçmiş “Primary Math Specialist” tərəfindən aparılır. Bu yanaşma həm müəllimin dərs keyfiyyətini artırır, həm də şagirdlərin nəticələrinə müsbət təsir edir”.

Müsahibimiz həmçinin vurğulayıb ki, yerli təhsil sferasında ibtidai mərhələdə iki müəllim modelinin tətbiqi tamamilə mümkündür və əslində, uzunmüddətli perspektivdə də qaçılmaz görünür:

“Çünki müəllim öz güclü tərəfi üzrə dərs keçəndə həm daha rahat olur, eləcə də şagirdlər daha keyfiyyətli tədris alır. Riyaziyyat sistematik, ardıcıllıq tələb edən fəndir və xüsusi metodoloji hazırlıq istəyir. Azərbaycan dili isə tamam fərqli yanaşma, fərqli pedaqoji texnika tələb edir. Bir insanın hər iki sahədə eyni səviyyədə güclü olması nadir haldır. Burada məsələ müəllimin zəifliyi deyil, sistemin ondan qeyri-real gözləntiləridir.

Əgər ibtidai tədris mərhələli şəkildə iki müəllim arasında bölünsə, iş yükü balanslaşar, müəllimin də, şagirdin də inkişafına xidmət edər. Bunun üçün əlbəttə ki, yeni iş bölgüsü, müəllim sayının yenidən hesablanması və ixtisaslaşma mexanizminin yaradılması lazımdır. Doğru planlanarsa, bu struktur dəyişikliyi ibtidai müəllimləri rahatlaşdırmaqla yanaşı, eyni zamanda tədrisin keyfiyyətini də yüksəldər”.

G.Əkbərova onu da əlavə edib ki, ibtidai sinifdə müəllim-fənn ayrılığı gələcəyin qaçılmaz addımıdır:

“Dünya bunu çoxdan tətbiq edib və nəticələr ortadadır: məktəbin təməli daha möhkəm olur. İbtidai müəllim təhsil sisteminin ürəyidir. Ürəyin üzərinə bu qədər yük düşəndə yorulması təbiidir. Yükü bölmək isə həm ürəyi, həm də sistemi gücləndirmək deməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri