Icma.az
close
up
RU
Müəllimlər də vahid formaya keçsin, ya keçməsin... İctimai Şuradan CAVAB

Müəllimlər də vahid formaya keçsin, ya keçməsin... İctimai Şuradan CAVAB

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025–2026-cı tədris ilindən vahid məktəbli geyim formasından istifadə edəcək. Xəbərin yayılmasından sonra ölkəmizdə müəllimlər arasında vahid geyim formasının tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Şagirdlər üçün vahid forma artıq bir neçə ildir ki, tətbiq olunsa da, müəllimlərin geyimi ilə bağlı vahid yanaşma hələlik tam mövcud deyil. Bəziləri hesab edir ki, müəllimlər də xüsusi geyim formasında dərsə gəlməlidirlər, digərləri isə bunun fərdi məsuliyyət çərçivəsində həll olunmalı olduğunu düşünürlər. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə bildirib ki, geyim tərbiyəedici gücə malikdir. Onun sözlərinə görə, əsrlər boyu insanlar geyim məsələsinə mədəniyyətin göstəricisi kimi yanaşıblar. 

“Bu konteksdə geyim mədəniyyəti anlayışı formalaşmışdır. Geyim mədəniyyəti hətta insanların fəaliyyətlərinə görə də fərqli məzmun daşımış,  ev, iş, əyləncə, ziyafət, teatr, iclas və s. kimi geyim formaları həyata vəsiqə almışdır. Bu yolla insanlar geyim ilə fəaliyyət arasında müəyyən bağlılığın olduğunu təzahür etdirmişlər”.     

O qeyd edib ki, geyim mədəniyyətlə yanaşı, həm də psixoloji effektlərə də malikdir. 

“Belə ki, geyim insanın özünənəzarəti funksiyasını artırır. Daha dəqiq ifadə etsək, geyim insanın cəmiyyətdə, digər insanlar arasında özünü necə aparmasını şərtıəndirən amillərdən biridir. Əgər insanların fəaliyyətini müşahidə etsək, insanların öz davranışlarını tənzimləməsində geyimin nəzərəçarpacaq rol oynadığını görə bilərik. Geyim bu yolla insanın məzmununu inikas etdirən amilə çevrilmiş olur.  Bu o deməkdir ki,  geyimlər reallıqda həmçinin insanın peşə fəaliyyətinin təzahür forması kimi  çıxış edir. Məsələn, hüquq-mühafizə orqanlarının fəaliyyətində bu amil öz əksini daha qabarıq şəkildə göstərir. Hər bir insan hüquq mühafizə orqanlarının hər bir işçisinin öz peşə fəaliyyətlərinin tələbləri müstəvisində apardıqlarının şahididir. Geyim mədəniyyəti həkimlik fəaliyyətində də öz təsbitini tapmışdır. Təmiz və ağ xalatlı insan görəndə hər bir insan ilk növbədə onun həkim olduğu qənaətinə gəlir”.

Professor həmçinin vurğulayıb ki, dünyanın inkişafının müəyyən dövrlərində təhsil sahəsində də, müəllim və tələbə (şagird) geyimləri təcrübəyə tətbiq edilmişdir: 

“Biz “O olmasın bu olsun”, “Dəli Kür”  və s. tarixi hadisələri əks etdirən filmlərdə müəllimin və tələnbələrin (şagirdlərin) xüsusi geyimlərdə olduğunu görürük. Xarici ölkələrin istehsal etdiyi filmlərdə də biz bu hadisənin şahidi oluruq. Həmin geyimlərdə həm müəllimi, həm də şagirdi çoxlu insan arasından fərqləndirmək, onları cəmiyyətdə hansı fəaliyyətlə məşğul olduqlarını ayırd etmək olur. Bu geyimin insana verdiyi üstünlükdür”.

H.Əlizadə eyni zamanda ölkəmizdə son dövrlərdə məktəblilər üçün vahid geyim formasına keçidi təqdir etdiyini deyib:

“Hətta fikrimcə, məktəbli formasının üzərində şagirdin təhsil aldığı məktəbin №-sinin, ad və familiyasının, yazılması yaxşı olardı. Bu onların öz davranışlarına harada olmasından asılı olmayaraq, nəzarətin artmasına səbəb olardı”.

Professor onu da əlavə edib ki, son günlərdə müəllimlər üçün də belə formanın olması haqqında müzakirələr gedir. O bu fikrə, müsbət münasibət bəslədiyini də dilə gətirib:

“Müəllim sinfə özünəməxsus formada daxil olmağını biz məqsədəuyğun hesab edirik. Onsuz vəzifəsinin məsuliyyətinə dərk edən müəllimlər məktəbə gedərkən akademik mühitin tələblərinə uyğun geyinirlər.  Amma təm-təraqlı geyimlə məktəbə gələn müəllimlərin də olduğunun şahidiyik. Təbii ki, bər-bəzəkli geyimlə sinifə daxil olan müəllim şagirdlərin diqqətinin yayınmasına səbəb olur. Bu yol verilməzdir”.

“Bununla yanaşı, müəllimlər üçün xüsusi formanın olmasını məqsədəuyğun hesab etmirəm”,- həmsöhbətimiz söyləyib. 

“Hesab edirəm ki, bu məsələni müəllimlərin öz məsuliyyətinə buraxmaq daha məqsədəuyğun olardı. Onlar isə öz növbəsində akademik mühitin tələblərinə uyğun geyimə üstünlük verməlidirlər. Unutmaq olmaz ki, geyim həm də tərbiyəedici təsir gücünə malikdir”,- deyə H.Əlizadə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri