İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib.
Axar.az xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.
Bəyanata görə, Rusiya öz hərəkətləri ilə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəasını pozub.
Yaxın həftələrdə İCAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.
Qeyd edək ki, “Malaysia Airlines”a məxsus “Boinq 777” təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb, bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 May 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















