Icma.az
close
up
RU
MH17 reysinin qəzasına görə Rusiya məsuliyyət daşıyır ICAO

MH17 reysinin qəzasına görə Rusiya məsuliyyət daşıyır ICAO

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.

Bəyanata görə, Rusiya öz hərəkətləri ilə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəasını pozub.

Yaxın həftələrdə ICAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.

Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında Avstraliya və Niderland təqdim edib, onların vətəndaşları təyyarə qəzasında ölənlərin əksəriyyətini təşkil edirdi. 2024-cü ilin iyununda Rusiya bu işdə ICAO-nun səlahiyyətini tanımadığı üçün şikayətin baxılmasında iştirakını dayandırdığını açıqlayıb.

Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna nümayəndələrindən ibarət Beynəlxalq İstintaq Qrupu belə nəticəyə gəlib ki, hava gəmisi Rusiyadan bir müddət əvvəl gətirilmiş “Buk” ZRK-dan rusiyayönümlü separatçılar tərəfindən vurulub. Niderlanddakı məhkəmə 2022-ci ilin noyabrında qondarma Donetsk Xalq Respublikasının keçmiş “müdafiə naziri” İqor Strelkovu (Girkin) və daha iki nəfəri təyyarənin qəsdən məhv edilməsi və qəsdən adamöldürmə ittihamları ilə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. İşin daha bir iştirakçısı bəraət alıb.

“Malaysia Airlines”a məxsus “Boeing 777” təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb, bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri