İcbari Sığorta Bürosunun təşəbbüsü ilə mini futbol turniri keçiriləcək
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş sığorta sektoru üzrə mini-futbol turniri təşkil olunur. Sığorta bazarında fəaliyyət göstərən aparıcı şirkət və qurumların iştirakı ilə keçirilən turnirin əsas məqsədi sektor daxilində əməkdaşlığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və korporativ münasibətlərin inkişafına töhfə verməkdir.
XQ xəbər verir ki, “QOLAT Sport Services” MMC-nin təşkilatçılığı ilə keçirilən turnirə aprelin 5-də start veriləcək və 12 komanda qələbə uğrunda mübarizə aparacaq. Martın 18-də turnirin püşkatma mərasimi keçirilib, iştirakçı komandaların rəqibləri və oyunların cədvəli müəyyənləşdirilib.
Qeyd edək ki, turnir qrup mərhələsi və pley-off sistemi üzrə keçiriləcək. Qrup mərhələsində komandalar topladıqları xallara əsasən növbəti mərhələyə vəsiqə qazanacaq. Pley-off mərhələsində məğlub olan komandalar turniri tərk edəcək. Yarımfinalda uduzan komandalar isə üçüncü yer uğrunda əlavə oyunda yarışacaq.
Oyunlar hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq və ümumi oyun vaxtı 40 dəqiqə təşkil edəcək. Matçlar AFFA Hakimlər Komitəsi tərəfindən təyin olunmuş hakimlər tərəfindən idarə ediləcək.
Turnirin yekununda ilk üç yeri tutan komandalar medallarla birinci yerin sahibi isə kubokla təltif olunacaq. Bununla yanaşı, ən çox qol vuran futbolçu, ən yaxşı qapıçı və turnirin ən yaxşı oyunçusu da müəyyənləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 18 Mart 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















