Icma.az
close
up
RU
İcbari tibbi sığorta ilə 126 nəfər koxlear implantasiya əməliyyatı olub

İcbari tibbi sığorta ilə 126 nəfər koxlear implantasiya əməliyyatı olub

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Koxlear implantasiya əməliyyatı anadangəlmə və ya sonradan yaranmış sensonevral eşitmə azlığı olan şəxslərə tətbiq olunur.

Anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqların yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), sonradan yaranmış ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan şəxslərin yaş həddi isə 65 yaş kimi müəyyən edilir. 2024-cü il ərzində eşitmə qabiliyyətinin bərpası üçün 126 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

İcbari tibbi sığorta ilə qarşılanan sözügedən tibbi xidmət 3 mərhələdən ibarətdir: pasiyentin müayinəsi, cərrahi əməliyyat və reabilitasiya dövrü.

Tibbi xidmətdən istifadə etmək üçün şəxs ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən birində və ya Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında ixtisaslı həkimin (lor) müayinəsindən keçməlidir. Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, KT, MRT və audiometriya müayinələri aparılır. Diaqnoz təsdiq edildikdən sonra ixtisaslı həkimin göstərişi əsasında vətəndaşa cərrahiyyə əməliyyatı təyin edilir.

Xüsusi tibbi təchizat və təminat tələb edən koxlear implantasiya əməliyyatı göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icra olunur. Əməliyyat tibbi göstərişə əsasən təhlükəlilik dərəcəsinə görə növbəlilik prinsipi ilə icra olunur. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə nitq prosessorunun (üst cihaz) yerləşdirilməsi, əməliyyatdan sonrakı 12 ay ərzində 3 dəfə cihazda səsin tənzimlənməsi, habelə reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya üçün 36 seans loqoped və 36 seans psixoloq xidməti icbari tibbi sığorta ilə qarşılanır.

Pasiyentin reabilitasiyası zamanı loqoped səs-tələffüz oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlər həyata keçirir, uşaqların eşitmə qavrayışı, nitqi, ünsiyyət qurma bacarığını inkişaf etdirir. Psixoloq isə davranış pozğunluğunun aradan qaldırılması, təfəkkür və qavramanın inkişafı ilə bağlı işlər aparır.

Bu gün “25 Fevral - Beynəlxalq Koxlear İmplant Günü”dür. Koxlear implantasiya olunmuş şəxslərdə eşitmə qabiliyyəti tam bərpa edilir və onlar ömürlük əlillikdən xilas edilirlər. Əməliyyat nəticəsində tam eşitmə və danışma məhdudiyyətli şəxslər normal həyat tərzinə qayıda bilir. Bu da təbii ki, onların peşəkar imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə, karyera və şəxsi həyatlarında uğur qazanmalarına səbəb olur.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri